Gömrükçülər Astara postunda 137 kiloqram heroin aşkarladı

img

Gömrük orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" hesabında paylaşım edib.

Sədr qeyd edib ki, ölkənin cənub sərhədində - Astara gömrük postunda 137 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Son xəbərlər