Şəhid Rəfail Hüseynovun anım mərasimi keçirildi - FOTO

img

İkinci Qarabağ müharibəsində hünər göstərib ad qoyan Rəfail Hüseynov Masallı rayonu, Qarğalıq kəndində dünyaya göz açmışdır. O, Vətən yolunda canından keçməklə əbədi bir ömür qazanmışdır. Şəhidin doğma kəndində onun anım mərasimi oldu.

Anım tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhidin həyat yolu və döyüşlərdə göstərdiyi  şücaətdən  söz açdı, valideynlərə hörmət və ehtiramını bildirdi. Mərasimdə Masallı Xalq teatrının kollektivi və Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə şəhid Rəfail Hüseynova ithaf olunmuş "Şuşa Fatehi" adlı ədəbi-bədii kompozisiya təqdim edildi. Teatrın rejissoru C.Əliyevin rəhbərlik etdiyi səhnə heyətinin ifasında şəhidlik zirvəsini tərənnüm edən həzin şerlər səsləndi, monoloqlarda Vətən oğlu şəhid Rəfailin igidliyindən bəhs olundu.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər