Şair Elşad Baratın “Ölümsüzlər” kitabının təqdimatı oldu - FOTO

img

Şair Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr etdiyi “Ölümsüzlər” adlı kitabının təqdimat mərasimi Masallı Rayon İcra Hakimiyyətin təşkilatçılığı tərəfindən Heydər Əliyev Mərkəzində baş tutdu.

Tədbirdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak ediblər.

Əvvəlcə Vətən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra giriş sözü söyləyən Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai- siyasi və humanitar məsəllər şöbəsinin müdiri Aybəniz Qafarova dedi: - Möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu strategiya, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında mətin xalqımızın şücaəti nəticəsində, milli birlik və döyüşçülərin ruh yüksəkliyi sayəsində 44 gün müddətində  möhtəşəm bir Zəfər qazandıq. Şəhidlərin xatirəsinin yaşaması naminə rayonda gerçəkləşən layihələr, vətənpərvərlik mövzusunda silsilə tədbirlər görülür. Bütün bunları Vətənimizin qəhrəman övladlarının müqəddəs ruhları qarşısındakı  əsas borcumuz bilirik.   Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Elşad Baratın ərsəyə gətirdiyi yeni “Ölümsüzlər” kitabı  da şəhidlərin əziz xatirəsinə həsr olunub.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ətiqə Tağıyeva, şair Nurməmməd Ağayev, Masallı Mərkəzi Kitabxana Sisteminin direktoru Əlhəddin Nəzərov, şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova müəllifin gördüyü işə yüksək qiymət verdilər, ona gələcək yaradıcılığında uğurlar arzuladılar.

Kitabın müəllifi şair Elşad Barat söhbət əsasında bildirdi ki, “Ölümsüzlük” yaradıcılığımda  sayca beşinci kitabımdır. Yeni nəşr 300 səhifəlik olmaqla, burada 100-ə yaxın şəhid haqqında məlumat, şer və şəkillər yer alıbdır.

Müəllif Masallı rayonu, Köçəkli kəndindən olan İntiqam Abbasova həsr etdiyi şeri söylədi, tədbirin təşkilatçı və iştirakçılarına minnətdarlığını bildirdi, kitablar hədiyyə etdi, xatirə şəkilləri çəkdirdi.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Son xəbərlər