Bazar günü günü, 20 sentyabr 2026
     

Bakı Nəqliyyat Agentliyi qarajlardakı avtomobillərə də cərimə yazmağa başlayıb... Agentliyin reaksiyası…

Image


Məlum olduğu kimi, Bakı şəhərində avtomobillərin dayanma-durma qaydalarının müəyyənləşməsi və xüsusilə də buna görə cərimələrin tətbiq edilməsi səlahiyyətləri Dövlət Yol Polisi ilə yanaşı, həm də Bakı Nəqliyyat Agentliyi məxsusdur.

Məhz cərimələrin yığılması ilə bağlı məqamı təsadüfən xatırlatmadıq. Çünki BNA-nın bu istiqamətdə apardığı maarifləndirmə və təbliğat işlərində, nədənsə, cərimələrə, onların toplanmasına daha çox üstünlük verilir. Üstüörtülü reklam xarakterli həmin mətnlərlə tanış olan hətta savadlı insanlarda belə elə təəssürat yaranırdı ki, sanki BNA-nın təyinatı yalnız cərimə yığmaqdan ibarətdir. Əslində, bu qurum çox böyük səlahiyyətlərə malikdir. Demək olar ki, paytaxtın ictimai nəqliyyat sahəsinin tənzimlənməsində geniş səlahiyyətləri əlində cəmləyir. Ancaq nədənsə, həmin qurum üçün şəhərin daha çox yaralı yeri sayılan ictimai nəqliyyatda olan problemlərin aradan qaldırılması deyil, məhz cərimələrin toplanması cəzbedici görünməyə başlayıb. Cərimələrin yazılması və toplanması üzrə səlahiyyətləri əlinə keçirəndən sonra BNA-nın ilk olaraq sevincək şəkildə təqdim etdiyi nailiyyətlərindən biri də toplanan cərimələrin miqdarı ilə bağlıdır. Dərhal nəzərə çarpır ki, bunlar DYP-dən qat-qat çox cərimə yığmağı bacarıblar.  Amma həmin cərimələrin BNA tərəfindən hansı qaydada toplandığını araşdırdıqda məlum olur ki, sözün həqiqi mənasında həmin pulu əhalidən, sanki çığırda-çığırda alılırlar. Bunu biz demirik. Qurumun yürütdüyü cərimə siyasətilə bağlı aparılan ictimai müzakirələri, sosial və ənənəvi media nümunələrində yazılanları oxuduqdan sonra bu qənaətə gəlirik. Hətta ictimai qınaq o həddə çatıb ki, bir çox vətəndaş BNA-nın ləğv edilməsi təklifini belə irəli sürür. Dövlət Agentliyi isə bunun əhalinin xeyrinə olduğunu israrla bildirir. Qurum rəsmiləri ictimailəşən istənilən bir mövzu ilə bağlı yalnız özlərini haqlı çıxramaqla məşğuldurlar. Məsələn, bu sətirlərin müəllifi kimi mən bu yaxınlarda klinikalardan birinin qabağında sükan arxasından düşməyərək, xəstə olan doğmamı götürən zaman BNA tərəfindən cərimələnmişəm. Həmin yerdə cəmi üç dəqiqə dayanmışam. Bu məsələni ictimailəşdirəndən sonra qurumun mətbuat katibi mənim, güya xəstəxana deyil, dönərxananın önündə dayandığıma dair açıqlama verdi. Fikirlərini də belə izah etdi ki, güya həmin ərazidə ümumiyyətlə xəstəxana yoxdur. Məcbur olub, həmin ərazidə çəkiliş edib, bizim yox, BNA-nın yalan danışdığını isbatladıq.

Bu sahənin mütəxəssisləri hesab edirlər ki, Bakı şəhərində dayanma və durma, parklama üçün ərazilər çox məhduddur, bu baxımdan sürücülər üçün müəyyən şərait yaradılmalıdır. Ancaq BNA bunu nəzərə almadan, yalnız daha çox cərimə yığmağa meyllənib. Çox təəssüf ki, qurum hər yerdə tikinti bumunun olduğunu nəzərə almır. Guya bilmirlər ki, əksər ərazilər tikinti şirkətləri tərəfindən zəbt olunub. Hətta bəzi binalar səkilərin üzərində inşa edilir. Parkinqlər nəzərə alınmır və az qala yolun hərəkət hissəsində marketlər, müxtəlif ticarət mərkəzləri, iaşə obyektləri tikilir. Bununla şəhərdə bir xaos yaradıblar. Buna görə də sürücülər bəzən məcbur olurlar ki, hansısa aptekin və mağazanın önündə 5 dəqiqəlik avtomobilini saxlayıb ordan nəsə alsın. BNA isə “Yol hərəkəti haqqında” Qanunun tələbləri çərçivəsində fəaliyyətə üstünlük verir. Həmin qanuna görə, dayanma-durma qadağan olunan yerdə sürücü maşını 5 saniyə də saxlasa, bu artıq qayda pozuntusudur. O da aydındır ki, qanunu kim pozursa, onun cəriməsini də ödəməlidir. Ancaq yaxşı olardı ki, BNA bu gün tətbiq etdiyi sərt cərimə siyasətinə görə tənqid ediləcəyini əvvəlcədən proqnozlaşdıraydı.

Əslində, Bakı Nəqliyyat Agentliyi ilə nəqliyyat sahəsində fəaliyyət göstərən bir neçə dövlət qurumu hansı sahəyə kimin və necə nəzarət etməli olduğu barədə bir-birilə münasibətlərini hələ ki, tənzimləyə bilməyib. Onun nəticəsidir ki, BNA, yenicə fəaliyyətə başlamasına rəğmən, ən çox məhz cərimələr vasitəsilə büdcəsinə daha çox pul cəlb edən bir quruma çevrilib. Bu da, təbii ki, vətəndaşlarla sürücülərin ciddi narazılığına səbəb olur. Cərimələri BNA yazsa da, işin təşkililə bağlı cavabdehin kim olduğu hələ bilinmir. Bakı Şəhər İcra Hakimiyyəti özlərinə aid olmadığını deməklə məsuliyyəti boynundan atır. BNA isə strukturun qurulması, alternativlərin təklifini ikinci plana atıb. Parklanma qadağandırsa, onun alternativi də olmalıdır. Bununla bağlı isə BNA, təəssüf ki, ciddi iş aparmır.

Qeyd edək ki, BNA-nın sərt cərimə siyasətindən narazı olanların sırasında tanınmış şəxslər də az deyil. Belə şəxslərdən biri yazır ki, hətta səhər saat 10- da özü  evində, avtomobili isə qarajda olan  sürücülərə də cərimə mesajları gəlməyə başlayıb.

Məhz bu məqamla bağlı BNA-nın mətbuat katibi Mais Ağayevin münasibətini öyrəndik. O bildirdi ki, avtomobil qarajda ola-ola cərimənin yazılması mümkün deyil: “Ola bilər ki, texniki səhv var. Bunun üçün həmin adam protokolu bizə təqdim etməlidir ki, araşdıraq. Elə olur ki, cərimə başqa vaxt olunub, sadəcə vətəndaşa bu barədə mesaj gec çatıb, o da elə bilib ki, avtomobili qarajda olan zaman üçün cərimə olunub. Ən əsası da, belə hallarda məlum olur ki, şəxslər başqalarına etibarnamə verir, etibar olunan şəxsin etdiyi cəza ilə bağlı bildiriş də maşının əsl sahibinin adına gəlir. Yəni belə hal çox nadir hallarda baş verə bilər”.

Bütün bu sadalanan faktlardan sonra bir nəticəyə gəlmək olar: yaxşı olar ki, BNA cərimələrin yığılmasına çox da meyllənməsin. Şəhərin bərbad gündə olan ictimai nəqliyyat sektoruna bir diqqət ayırsın. Çünki sanki onlar öz nəzarətlərində olan sərnişin avtobuslarını cərimə edilməyən kateqoriya sırasına aid ediblər. Halbuki, daha çox narazılıq məhz həmin avtobus sürücüləri və marşrut sahiblərindəndir. Bir məsələni də xüsusi vurğulamaq istərdik ki, bu üsulla cərimələri toplayıb özünü yaxşı işləyən qurum kimi göstərməyin fəsadlı tərəfləri də var. Son vaxtlar Prezident əhalinin içinə gedib, şəxsən onların problemi ilə tanış olub, həlli istiqamətində konkret addımlar atırsa, BNA niyə sərt cərimə siyasətilə kütləvi narazılığa şərait yaratmalıdır?

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı…

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ