“Kəndimiz Mərkəzdə” adlı layihənin tədbirləri ara vermir

Bu yeni layihədir. Lənkəran Regional Mədəniyyət İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin birgə təşkilatçılığı ilə kəndlərdə fəaliyyət göstərir. Burada əsas məqsəd kəndlərdəki mədəniyyət müəssisələrinin fəaliyyətini aktivləşdirmək, yaradıcı gəncləri özfəaliyyət kollektivlərinə cəlb etmək, gənclərin asudə vaxtının səmərəli təşkili, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzi haqqında gəncləri məlumatlandırmaqdır.
Lənkəranın kənd mədəniyyət evləri və klublarda “Kəndimiz Mərkəzdə” adlı layihə çərçivəsində silsilə tədbirlər davam edir. Növbəti tədbir Mamusta kənd Folklor Evində baş tutmuşdur. Tədbirə kəndin ziyalıları və gənclər qatılmışdılar.
Onu da bildirim ki, tədbir öz maraq dairəsinə görə uzun müddət yaddaşlardan silinməz.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü