çərşənbə günü, 11 noyabr 2026
     

El harayına can deyən şəhid - On ucuncu yazı

Image


(Əvvəli ötən sayımızda)

Mən Eldəniz dayıma demək istəyirəm ki, şəhid olan oğlun Elcan həqiqətən də sənin başını ucaltdı. Amma o, hələ indi-indi tanınmağa başlayır. Oğlun qeyrətli bir oğul idi. Bu xalq var olduqca oğlunun adı daim zirvələrdə olacaq. Elcan öz şəhidliyi ilə gənc nəsil üçün bir mayak oldu.

Yaşadığımız dünyanın inkişafı alimlərin sayəsindədir. Onlar olmasaydı kainatdakı heç bir elm təkamül etməzdi. Bu inkişafda hər kəs alimlərə borcludur. Bəs alimlər necə? Onlar kimə borcludurlar? Əlbəttə ki, şəhidlərə. Əgər alimlər şam işığında oturub elmi kəşflər edirlərsə, bunu heç də özlərinə qürrələnmə səbəbi saymamalıdırlar. Axı, şam olmasaydı alim qaranlıqda nə edə bilərdi ki? Şam əriyib yox olduqca alim inkişaf etdiyi kimi, şəhid də canını verməklə haqq-ədalət ayaq üstdə qalır, yıxılmır.

Vətən müharibəsinin başlanmasından bir aydan artıq vaxt keçmişdi. Ordumuz qələbə ardınca qələbə qazanırdı. Elcanın şəhid olduğu döyüş sentyabr ayının sonlarına təsadüf edir.

Dəyərli oxucularla qəlbimdəkiləri səmimi şəkildə bölüşmək istəyirəm. Mənim üçün mənəvi qardaşımın necə şəhid olması çox maraqlı idi. Elcanın döyüş yoldaşlarından heç kəslə əlaqə saxlaya bilmirdim. Deyirdilər ki, tağımın hamısı döyüş zamanı şəhid olub. Lakin hüzr məclisindən sonra dayım Şəmkir rayonundan olan bir qazinin nömrəsini mənə verdi. O, Elcanla çiyin-çiyinə döyüşlərdə iştirak edibmiş. Zəng vurdum. Dəstəyi götürən qazimizlə salam-kəlam edərək, Allahdan şəfa dilədim və qələbə qazanmaları münasubətilə təbrik elədim. Sonra söhbəti çox uzatmayıb birbaşa məni maraqlandıran mövzuya keçdim. Elcanın döyüş yoldaşı dedi: “Döyüş vaxtı komandir taktiki addım üçün tağımdan səkkiz könüllü istədi. Elcan həmin könüllülərin içərisində idi. Biz yaralanmışdıq və bir neçə əsgərin köməyi ilə bir qədər geri çəkilməliydik. Güllə yağış kimi yağırdı. Elcan köməklik edib məni digər əsgər yoldaşımın çiyninə dayadı. Sonra biz yavaş-yavaş geri çəkildik və komandir könüllülərlə birlikdə azad olunan kənddə bir qədər irəlilədi. Bütün bölük hücum vəziyyətini almışdı. Heç bir dəqiqə keçmədi ki, ermənilər raket və minamyot atəşinə başladılar. Mənim son gördüyüm səhnə bu oldu. Sonra gözümü hərbi hospitalda açdım. İlk soruşduğum şəxslərdən biri elə Elcan oldu. Onun şəhid olduğunu eşitdikdə sanki belim qırıldı. Müharibədəki az müddət ərzində Elcan mənim üçün doğma bir insana çevrilmişdi. Allah ona rəhmət eləsin”.

Elcanın şəhidlik zirvəsinə necə çatdığı barədə məlumat məhz bu qədər idi. Allahdan diləyirəm ki, bizlər də Cənnət əhli olaq və hadisələrin təfərrüatını şəhidin öz dilindən eşidək...

Oktyabr ayının sonları idi. Şəhidin Aybəniz və Təranə adlı bibiləri ata ocağında cəm olmuşdular. Müharibə hələ davam etsə də, bibilər baş vermiş mühüm hadisədən xəbərsiz idilər. Eldəniz qardaşı İntiqamla birlikdə yenicə evə gəlmişdilər. Yeni-yeni kəndlərin işğaldan azad olunması xəbəri hamını sevindirir, qəlblərində fərəh hissi oyadırdı. Birdən telefonun zəngi çalındı. Dəstəyi Elcanın əmisi İntiqam götürdü. Zəng vuran Füzulidəki hərbi hissənin komandanlığından idi. İntiqam telefonun dəstəyi əlində quruyub qalmışdı. Bir dəqiqəlik danışıq yekunlaşdı. Dəstək asıldı. Hamı təəccüb qarışıq narahatlıqla İntiqamın üzünə baxır, ondan bir cavab gözləyirdi. İntiqam sakitcə masada əyləşdi. Otağa sanki ölüm sükutu hakim kəsildi. O, nəfəsini dərib birnəfəsə dedi: “Elcan şəhid olub”.

Elcanın bibiləri və atası sanki bu xəbərdən şoka düşdülər. Eşitdiklərinə inana bilmirdilər. Elcanın bibiləri Aybəniz və Təranənin nalə səsləri göyə yüksəldi. Digər otaqdakı evin gəlini Gülnarə səs-küyə qaçıb gəldi. Vəziyyəti anlayıb özünü saxlaya bilmədi, hönkürtü ilə ağlamağa başladı. Atası isə heç nə demədən yerində donub qalmışdı. Gözlərindən axan buz kimi soyuq yaş damlaları yanaqlarını islatsa da, səsi çıxmırdı. Hiss edirdi ki, dizlərindəki taqət tükənir və biixtiyar yerə çökdü. Həqiqətən də ata üçün böyüdüb, boya-başa çatdırdığı balasının ölüm xəbərini eşitməsi belinin sınması idi.

...Ertəsi gün ailə hərbi hissədən deyilən ünvana yollandı: şəhidlər saxlanılan morqa. Bu, hamını bir az təəccübləndirmişdi. Axı, adətən şəhidi el-obasına hərbçi yoldaşları öz çiyinlərində gətirirlər. Nə əcəb, Elcanın ailəsi harasa çağırılırdı?

Elcanın bibisi, eyni zamanda mənim anam bütün olanların anbaan şahidi idi. O da Elcanın atasıgillə deyilən yerə getmişdi. Məsələni təfərrüatı ilə ondan öyrənmişəm deyə rahat yaza bilirəm.

Anam həmin anları belə xatırlayır:

“Biz getdik morqa. Hərbi formadakı həkim mənə və bacıma içəri girməyi məsləhət görməyərək, qardaşıma içəri daxil olmasını söylədi. Lakin biz onun tək keçməsinə razı olmadıq. Birlikdə morqa daxil olduq. Üzəri qara örtüklə örtülmüş bir cənazənin yanına aparıldıq. Örtük qaldırılanda gözlərimizə inanmadıq. Bu, yanaraq kül olmuş insan cəsədi idi. Daha doğrusu, insan cəsədinə bənzəyirdi. Elə bil ərimişdi. Həkim: “Oğlunuz mərmi və raket hücumları nəticəsində şəhid olub”, - dedikdə Eldəniz hirslə üzünü ona tutdu: “Yox, bu mənim oğlum deyil! Siz məni aldadırsınız. Mənim oğlum sağdır!” – deyib yaşarmış gözlərini yerə dikdi. Həkim və yanındakı yüksək rütbəli zabit bizi sakitləşdirməyə çalışaraq dedi: “Təki, siz deyən kimi olsun. Onda istəyirsinizə, DNT analizi götürək”. Razılaşdıq. Eldəniz oradakı həkimlə birlikdə harasa getdi və heç yarım saat keçmədi ki, geri qayıtdı. Rəngi ağappaq olmuşdu. Göz yaşları içərisində bizə yaxınlaşıb getməli olduğumuzu bildirdi. Qayıtdıq Gəncəyə. Gecə-gündüz dua edirdik ki, kaş məlumat yalnış olsun, Elcan sağ olsun. Aradan bir həftə keçdi. Axşamtərəfi idi. Telefon zəng çaldı. Dəstəyi bu dəfə Eldəniz götürdü. Zəng vuran Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi idi. Nə dedisə, qardaşımın rəngi ağappaq ağardı, dizləri büküldü. Yazığın çiyninə elə bil, dağlar çökdü. Dəstək havada asılı qaldı. Əsl vay-şivən bax, onda qopdu. Hamı Elcanın şəhid olduğunu başa düşdü...”.

Növbəti gün şəhid Elcan Muradovun cənazəsi bayrağa bükülmüş halda Gəncəyə daxil oldu. Elcanın tabutunu bütün şəhər qarşılayırdı. Qəhrəman oğulun bədəni tamam yandığı, tanınmaz hala düşdüyü üçün tabutu açmağa qoymadılar. Hamı bayrağa bürünmüş şəhidin tabutunu qucaqladı.

Bəlkə də tabutun dili olsaydı, özünü necə xoşbəxt hiss etdiyini deyərdi. Çünki tabut adi bir taxta parçasıdır. Elə də dəyəri yoxdur. Hansı insan gedib ağacı öpüb bağrına basar ki? Elcanın üçrəngli bayrağa bürünmüş tabutu digərlərindən fərqlənirdi. O, sadəcə ağac parçası deyildi. Axı, içərisində müqəddəs bir əmanət - şəhid daşıyırdı. Bu səbəbdən həmin tabut şərafətli idi.

Elcan Muradov şəhid oldu və məzarı Ana Vətənin köksündə qazıldı – Gəncənin Şəhidlər Xiyabanında. Torpaq mehriban bir ana kimi onu öz qoynuna aldı. Bütün mələklər göydən yerə enib şəhidi salamladılar. Nəinki bütün mələklər, indi kainat, varlıq aləmi ona salam deyir. Çətinliklər içərisində on doqquz il həyat sürən Elcanın ruhu indi rahatdır. Sanki o, başını soyuq torpağın yox, doğma ananın dizləri üzərinə qoymuşdu. Axı, Vətən də bir anadır.

Ana Vətənin üçrəngli bayrağına sarılan Elcan 9 noyabrda, yəni “Bayraq günündə” dəfn olundu. Bu təsadüf idimi? Məncə xeyr. Uğrunda şəhid olduğu Ana Vətən öz örpəyini onun üzərinə atmışdı və yer-göy şəhidə laylay deyirdi...

Elcanın ilahi dərgaha qovuşmasından iki-üç həftə keçmişdi. Həm bibisi oğlu, həm də ən yaxın dostu, sirdaşı Turxan Kəlbəcərdə hərbi xidmətdə idi. Torpaqlar azad olunmuş, Qarabağda Azərbaycan bayrağı yüksəldilmişdi. Könüllü cəbhəyə yollanan Turxan axşamüstü imkan tapıb Təranə xalasına zəng vurdu.

- Salam, xalacan.

- Əleyküm salam, qurban olum. Necəsən?

- Sağ ol, şükür Allaha! Hər şey yaxşıdır. Xala, bu gün yuxuda Elcanı görmüşəm, – deyən Turxan kövrələrək sözünə davam etdi. – Gördüm ki, qəşəng, mənzərəli bir yerdəyəm. Qarşıdakı al-əlvan çiçəklərlə bəzənmiş bağdan Elcan çıxıb mənə yaxınlaşır. Bağrına basıb üzümdən öpür. Hər şeyin yaxşı olduğunu başa düşürəm. Birdən arxa tərəfdə bir neçə nurani şəxs peyda olur. Elcan onlara tərəf çevrilib gülümsəyir və mənə baxıb əllərini çiynimə qoyur. Mən ağlayıram. “Bəs deyirlər, sən ölmüsən”, – deyə soruşuram. Elcan təbəssümlə deyir: “Yox, ölməmişəm. Görürsən ki, sağ-salamatam. Özü də vəziyyətim əladır”. Mən: “O arxadakı adamlar kimdir?” – soruşanda Elcan cavab vermir. Yavaş-yavaş məndən uzaqlaşıb onlara doğru gedir. Bir azdan çevrilib baxır və həmişəki kimi hər şeyin yaxşı olduğunu bildirmək üçün gözlərini yumub açır.

Turxan yuxunu danışdıqca Təranə xalası göz yaşlarını saxlaya bilmir. Bu yuxu sadiq yuxulara bənzəyirdi. Yəqin ki, Allah özü Elcanın yaxınlarına şəhidin halını bildirmək istəyib.

- Turxan, balam, mən belə də bilirdim. Elcan şəhid olub. İndi Cənnətdədir. İnanıram ki, sənin arxada gördüyün nurani insanlar ya mələk imiş, ya da peyğəmbərlər. Nə bilim, bəlkə də haqq-ədalət uğrunda şəhid olanlardır. Əsas odur ki, Elcan indi rahatdır.

Bəli, Elcan şəhid oldu. Məhz buna görə o, dünyanın ən xoşbəxt insanlarından biridir. Şəhidliyin mübarək, əziz qardaşım!

Bu dünyada əbədi yaşayır ki? Hər bir insan gec, ya tez ölümü dadır. Lakin əsas odur ki, fərasət ölümünlü əbədiyyət qazanasan. Dəyərli füzulişünas-alim Mail İsmayıloğlunun ölümünə saatlar qalmış söylədiyi qəzəldə deyildiyi kimi:

 

Ey əhli-Vətən, siz mənim ünvanımı bildiz,

Bundan sonra bu sevgili ünvan sizin olsun.

 

Keyfiyyətin axırda bilərsiz bu cəhanın,

Zövqü yox olan mülki-Süleyman sizin olsun.

 

Yarın qəmi-hicranına çox dözmüşəm, indi

Mən getdim, həmən möhnəti-hicran sizin olsun!..

 

Ölümündən sonra üstü açılan gizli yaxşılıq

Hər bir normal düşüncəli insanın daxilində başqasına yaxşılıq etmə istəyi var. Bu, Yaradanın fitrətimizdə qoyduğu bir qanunauyğunluqdur. Lakin bəzən bəşər övladı öz daxili mənəviyyat qanunlarına, vicdanının çağırışlarına zidd olaraq yanlış və bəyənilməz əməllər edir. Təəssüf ki, yaşadığımız hazırki dünyada pislər yaxşıları üstələyir, amma varlıq aləmi məhz azsaylı yaxşıların sayəsində varlığını davam etdirir. Tarix göstərir ki, cəmiyyətlərdə yaxşı insanlar olmayanda həmin cəmiyyətlər fəlakətə düçar olur.

Yaxşı insanların göstəricisi məhz yaxşı əməlləridir. Başqa sözlə, yaxşı əməllər insanı yaxşı insan edir. Ən yaxşı əməllərdən biri isə müqəddəs dəyərlər naminə öz canını fəda etməkdir. Allah yolunda canlarını fəda edən şəhidlərimizin hər birinin həyatını araşdırdıqca çox maraqlı bir halla üzləşirik. Belə ki, hər bir şəhidimiz həyatı boyunca yaxşı əməlləri ilə ad çıxarmış şəxslər olub. Onların içərisində elələri də olub ki, etdiyi yaxşılıqları gizlətməyə çalışmış, lakin ölümlərindən sonra həmin əməlləri ortaya çıxmışdır. Belə şəxslərdən biri də şəhid Muradov Elcandır.

(Ardı var)

Elvin ARİFOĞLU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ