çərşənbə günü, 11 noyabr 2026
     

Əmzik... - YUNUS OĞUZ yazır

Image


Oturmuşdum redaksiyada, özüm üçün cızma-qara edirdim. Yox, yox, elə başa düşməyin ki, kiminsə başına corab toxumaq üçün bu işlə məşğul oluram. Bunun üçün bəzi saytlar, redaktorlar var ki, bu  işi  "sənətkar"casına görürlər. Həm də elə edirlər ki, adamın heç ruhu da incimir. Yəni corabı elə toxuyurlar ki, bir də görürsən torun içindəsən. Körpə əmziyi necə sorursa, onlar da "kliyentin" olan-qalanını elə sorur. Belə südün mayasında təhdid, şantaj, qorxutmaq, qorxmaq varsa, day heç zad. Adam mayanı batırmır, e.., ömrünü batıra-batıra gedir.

Nə isə, telefon zəng çaldı. Ekranda köhnə dostumun nömrəsi göründü. Yaradıcı adamdır, hərdən şeirdən, sənətdən mırt vururuq. Açdım telefonu. Səsindən qayğılı olduğunu hiss etdim. Salamlaşdıqdan sonra soruşdum:

-Nə var, nə yox? Səsindən hiss etdim ki, qayğılısan. Bir şey olmayıb?

Dostumun elə bil dərdi açıldı:

-Demə Mirzə, demə. İki gündür bir sözə qafiyə tapmıram deyə gözümə yuxu getmir.

Ürəyimdə fikirləşdim ki, bu da sənə ikinci Moşu, qafiyə axtarışındadır. Gülmək istəsəm də özümü yığışdırdım. Axı, kişinin son ümid yeri mən idim, telefon açıb kömək istəyirdi.

-O nə sözdür ki, sənin kimi sənətkar, təbi gələndə ruhu ala buludlarda dolaşan ustad  girinc olub?

Düşünmədən cavab verdi:

-Əmzik.

-Nə, nə.., əmzik? - Dəqiqləşdirmək istədim. - Əmzik dedin?

-Hə də, əmzik dedim, Mirzə. Qəşəng uşaq şeiri yazıram. İlişmişəm bu sözün qafiyəsində.

Gülmək məni tutdu. Bir qədər güləndən sonra dedim:

-Sən bu əmziyə aid şeiri böyüklərə həsr etsəydin qafiyəsin tez tapardın. Məsələn, Nazik-əmzik. Bu sözün sinonimin işlətsən, daha güclü bir şey ortalığa çıxarda bilərdin.  Vaxtın varsa keşmişdən bir əhvalat danışım.

-Buyur, Mirzə! Sənin danışdığın əhvalatlar duzlu və mənalı olur.

-Deməli, bir nəfər səfərə getməyə hazırlaşır. Bunun bir qədər parası varmış. Pulunu evdə saxlamağa qorxur. Fikirləşir ki, neçə gün evdə heç kim olmayacaq, oğrular gəlib əlində-ovcunda olanı apararlar. Nə isə, onu basır cibinə, durub gəlir vəzifədə işləyən dostunun yanına. Hal-əhvalatı danışır, cibindən amanatı çıxardıb vermək istəyəndə, dostu etiraz edir. Deyir ki, gərək bu işi şahidlərin yanında edəsən. Dərhal işçilərindən üç-dörd nəfəri yanına çağırıb deyir:

-Bu adam bu qədər pulu  əmanət edir. Hamınız şahidsiniz?

İşçilər bir ağızdan dillənirlər:

-Hə, şahidik...

Adam arın-arxayın gedir səfərə. Qayıdan kimi gəlir dostunun yanına ki, bəs amanatı qaytar, mən gəlmişəm. Dostu cavab verir ki, nə amanat? Məndə heç bir amanatın  yoxdur.

Adam pərt halda deyir:

-Ay, müəllim! Necə yəni amanatım səndə deyil? Mən sənə, bax burada, şahidlərin yanında filan qədər pul vermişəm. Çağır onları.

Müəllim "yaxşı" deyib həmin işçiləri çağırır. Onlara xitabən soruşur:

-Bu adam iddia edir ki, sizlərin yanında mənə bir  miqdar pul verib. Siz də şahidsiniz.

Hamısı bir ağızdan deyir:

-Xeyr, biz elə bir işə şahidlik etməmişik.

Adam görür ki, dostuna verdiyi pul  batıb, əli ətəyindən uzun geri qayıtmaq istəyəndə müəllim onu saxlayır, seyfindən  pulu  çıxarıb ona qaytarır.

Adam təəccüblə soruşur:

-Müəllim, bəs niyə bayaqdan məzhəkə çıxardırdın? O nə idi, bu nə idi?

Dostu tövrünü pozmadan deyir:

-Havayı mal, pul süd verən əmzik kimidir. Əmdikcə əmmək istəyirsən. Tamahını saxlamasan, elə hey sormaq istəyəcəksən. Bununla sənə göstərmək istədim ki, əclaf məmurların içində gör necə işləyirəm?

Telefonun o biri başından dostumun qəhqəhə dolu gülüşünü eşitdim. Sakitləşəndən sonra soruşdu:

-Mirzə, danışdığının alt qatını anlamadım, bir izahat ver. Mən söhbəti əmzikdən başladım, sən əclaf məmurlarda qurtardın.

-Elə mən də gəlirəm sənin məsələnin üstünə.

Soruşdum:

-De görüm, əclaf məmurların abreveturası necə olacaq?

O düşünmədən cavab verdi:

-"ƏM"

-Ay sağ ol! Özü də, bu hərəkətdə olan aktiv feldir. İndi gör bu feldən neçə isim yaranır; "əmzik, əmcək, əmən və s". İndi qışqırmayana nə məmə var, nə də pəpə (pəpə uşaq dilində çörək mənasını verir), yəni böyüyə də əmzik lazımdır, kiçiyə də. İllah da, Allah məmurlarımıza insaf verməsin, hərə əlində bir əmziklə düşüblər dövlətin büdcə adlı borusunun üstünə. Bu boruda hərə bir deşik açıb əmziyini yapışdırıb ora. Sorhasordur. Qara maskalılar birini qapazlayıb basır içəri, əmziyini

əlindən alır. Nə qədər əmibsə burnundan gətirir. Onun yerinə təyin olunan məmur gələndə özü ilə əvvəlkindən də böyük əmzik gətirir. Şövqlə yapışdırır büdcə borusunun üstünə. Büdcə də vakuumla işləyir deyə dərhal yapışır. Qaz, su, neft borularını açırsan, vakuumda olduqlarına görə əvvəlcə təzyiqlə hava gəlir.., sonrası isə əmziklərin işidir. İndi hərə əlində bir, bərkgedənlər isə iki-üç əmzik gəzdirir. Harda tutursa, orada sormağa başlayırlar. Lap o meyxanada deyildiyi kim:

Sorhasordur, əmib sorub durdular

Əcəb deyib əmziyimizi qırdılar.

Amma qafiyə yaxşı gəldi ha.

Dostum razılaşdı, həm də elə bil dərdi açıldı:

-Düz deyirsən, Mirzə, - dedi- bu məmurlar əmziklərin bir neçəsini ötürüblər qida sahəsinə. Qiymətlərin üstünə elə bil əmziyin də qiymətini qoyublar. Sən canın Mirzə, belə şey olar? Hələ aptekləri demirəm. Məmləkətdə sanki hərrac keçirilir, qiymət davası gedir. Bu gün bu qiyməti qoyuram, sabah qaldırıram. Alan varmı? Əlbəttə var, ehtiyac varsa, deməli qiyməti qaldırmaq lazımdır. Əmziklər işləyir. -Bir anlığa susdu, nə düşündüsə sual verdi. -  Yaxşı, Mirzə, bəs mən neyləyim?

Mən də gülərək cavab verdim:

-Sən bu əmziyə qafiyə axtarmağı tərgit, amma əmziyini yanından əksik eləmə. Bəlkə sənin də bəxtin gətirdi, qabağına yekə boru çıxdı, o zaman onu ora yapışdırarsan. Necə deyirlər: "Süd verən inək yelindən bəllidir". Dostum mənimlə razılaşıb sağollaşdı. Deyəsən ağlına nəsə batmışdı.

İndi bu şair dostum cibində əmziklə aralarda dolaşır. Hələ ki, cəhdləri alınmayıb.

Yunus Oğuz



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ