DİN azyaşlı qızın oğurlanmağa cəhd olunması iddialarını araşdırır

img

Daxili İşlər Nazirliyi (DİN) Bakıda azyaşlı qızın məktəbdən oğurlanmağa cəhd olunması iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddialar nəzarətə götürülüb.

Bununla bağlı bütün zəruri tədbirlər icra olunur: "Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcəkdir", - məlumatda qeyd edilir.

Qeyd edək ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Azyaşlının ailə üzvlərinin bildirdiyinə görə, naməlum şəxs onu avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.

Son xəbərlər