Cümə axşamı günü, 12 noyabr 2026
     

Beynəlxalq elmi jurnallar Azərbaycan alimlərinin pulunu necə çəkir?

Image


Elmin çox ciddi sahə olması faktdır. Amma təəssüf ki, son zamanlar elmə qeyri-ciddi, alver predmeti, qazanc, gəlir kimi yanaşanlar da az deyil.

Bəzi insanlar elmi iş yazıb, yaxud yazdırıb, onu ən müxtəlif yollarla müdafiə etmək istiqamətində sanki yarışa giriblər. Bir sözlə, hazırda elmi ad və elmi titul qazanmaq uğrunda bir yarış gedir. Bu öz yerində. Hazırkı qaydalara görə, elmi iş müdafiə edib alimlik dərəcəsi almaq iddiasında olan adamların qarşısına müdafiə şuraları, Ali Attestasiya Komissiyası konkret olaraq tələb qoyub ki, elmi iş müdafiə etmək istəyənlərin mütləq şəkildə bir və bir neçə məqaləsi xaricdəki beynəlxalq indeksli jurnallarda çap olunmalıdır. Bizim alimlərin də çoxu o beynəlxalq indeksli jurnallarda çap oluna bilmirlər, bunun üçün çox zaman bu təşkilatlarla əlaqələri kifayət qədər olmur. Amma bəzi alimlər öz məqalələrini xaricdəki beynəlxalq indeksli elmi jurnallarda çap edə bilirlər. Alimlərimizin əksəriyyəti isə xaricdəki halaqramsız, indekssiz, pirat jurnalların toruna düşür. Onlar kimlərəsə pul vermək yolu ilə xaricdəki pirat jurnallara yol tapır və burada məqalə çap etdirir. İş hasil olanda isə məlum olur ki, bu adamın bir ətək pul xərcləyib məqalə çap etdirdiyi jurnal pirat imiş və onun bir nəşr kimi heç bir çap hüquqi yoxdur. Təsəvvür edin ki, dünyanın bir çox ölkəsində, həmçinin də Azərbaycanda pirat jurnallarla bizim alimlər arasında vasitəçi rolu oynayan işbazlar var ki, həmin işbazlar bu pirat jurnallara müştəri toplamaqla məşğul olurlar.  Xaricdəki yırtıcı və pirat jurnallar Azərbaycan alimlərini, elmi işçilərini, sözün əsl mənasında,  soyub talayırlar. Bir alim bir məqalə çap etdirmək üçün bu jurnallara böyük məbləğdə pul xərcləməli olur. Bir sözlə, pirat jurnallar bizim alimlərin cibinə girir və onların öz vəsaitlərini havaya sovurmasına xidmət edirlər.

Ümumiyyətlə, bütün dünyada pirat elmi jurnallara qarşı ciddi mübarizə aparılır, Azərbaycanda bu kimi hallara qarşı mübarizə aparılır, amma bu elə də güclü şəkildə getmir.

  • “O qədər əziyyətdən, prosedurdan keçəndən sonra xaricdə məqalə çap etdirmək üçün böyük məbləğdə vəsait tələb olunursa…”

Elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, bu yalnız Azərbaycanda deyil, dünya elmində çox aktual problemdir. “Azərbaycan elmində son illər geriləmələr var. Yadınızdadırsa, biz bu barədə keçən ilin oktyabrında ətraflı danışmışıq. Amma problemlər öz həllini tapmadığı üçün, yenidən bu mövzulara qayıtmağa zərurət var. 2018-2020-ci illərdə Ali Attestasiya Komissiyasında dəyişikliklər baş verdi, problemləri həll etməli olan yeni struktur pandemiya ucbatından bunu həll edə bilmədi. Amma biz rəqəmləri müqayisə etdikdə görürük kü, 2015-ci ildən 2018-ci ilə qədər tədqiqatçıların, yəni elmlə məşğul olanların sayı 2025 nəfər azalıb. Bunun səbəblərini ötən müsahibədə qeyd etmişdim. Amma gözləmək olardı ki, 2018-ci ildə AAK-da baş verən dəyişmələr müsbətə doğru irəliləyişə səbəb ola bilərdi. Amma, bildiyimiz kimi, problemlər hələ də qalır, onlar öz həllini gözləyir. Bilirsiniz ki, elmi dərəcə almaq istəyən insanlar müxtəlif çətin prosedurları keçməklə yanaşı, xaricidəki beynəlxalq reytinqi olan indeksli jurnallarda da məqalələr çap etdirməlidirlər. Əvvəllər buna “Tomson” deyirdilər, indi 5 yeni qurum var ki, bunlardan da ən əsası “Scobs” şəbəkəsidir. Qabaqlar tutaq ki, bir elmlər doktoru işini müdafiə etmək üçün beynəlxalq indeksli jurnalda bir məqalə çap olunması nəzərdə tutulurdusa, fəlsəfə doktorları üçün bu nəzərdə tutulmurdusa, indi fəlsəfə doktorları üçün də nəzərdə tutulur. Əvvəllər elmlər doktorları üçün bir məqalə tələb olunurdusa, indi onların sayı ikidir. Yeni qaydalara görə, həmçinin, professor sertifikatı almaq istəyənlər üçün də beynəlxalq indeksli jurnallarda 2 məqalə çap etdirməsi mütləqdir.

Burada diqqətçəkən əsas məqamlardan biri odur ki, çox zaman alimlərimiz pirat jurnalların toruna düşürlər. Pirat jurnallarla mübarizə aparılması çox vacibdir. Bu məsələ çox aktualdır, bunu xüsusilə də Rusiya mediası ciddi şəkildə müzakirə edir və ona şərh verir. Amma çox təəssüflər olsun ki, bizdə bu problemlər barədə susmağa üstünlük verirlər. Yəni bizdən fərqli olaraq, Rusiyada xarici pirat jurnallara qarşı əsaslı tənqidlər mövcuddur. Bu jurnalların ciddi tənqid olunmasını biz bir sıra məqalələrdə də görə bilərik. Artıq bu jurnallar var və onların tutduqları saxtakar yollar ifşa edilir. 2017-ci ildən başlayaraq bu məsələ Rusiyada ciddi tənqid olunur. Bu cür jurnalları yırtıcı, pirat jurnal adlandırırlar, orada nəşr edilən məqalələr isə zibil, tullantı məqalələr kimi qiymətləndirilir. Nəyə görə? Çünki bu jurnallar elmdən çox öz maddi maraqlarını, gəlirlərini əsas götürürlər. Pirat jurnallarda bir məqalənin çap edilməsi üçün böyük vəsait tələb olunur. Yüksək reytinqli beynəlxalq indeksli jurnallar pirat jurnalları öz sıralarından xaric etsələr də, yenə də onlar qalmaqdadır. 2016-cı ilə qədər 175-dən artıq pirat jurnal həmin şəbəkədən, sistemdən çıxarılıb. Pirat jurnallar şəbəkədən çıxarılsa da, onlar yenə də alimlərin məqalələrini çap etməyi davam etdirirlər, təəssüf ki, bu məqalələri də bizim elmi təşkilatlar, universitetlər qəbul edirlər. Halbuki, onları qəbul etməməlidirlər. Rusiyada nə üçün piratçılıqla ciddi mübarizə aparılır, onlar niyə bu məsələyə xüsusi diqqət yetirirlər? Çünki Rusiyada ali məktəblərdə, akademiyada işləyənlərin xarici jurnallarda çap edildiklərinə görə maaşına əlavələr verilir. Ona görə də onlar bu jurnallara meyl edirdilər, nəticədə də dövlətin mükafat kimi verdiyi pullar havaya xərclənirdi. Baxaq bizə. Dediyim kimi, bizdə elmlər doktoru dərəcəsini almaq üçün beynəlxalq indeksli jurnallarda iki məqalə çap edilməsi tələb olunur.

Bu gün bəzi işbazlar meydana çıxıb. Belələri Azərbaycanda da var, amma ölkəmizdəkilər elə də geniş şəbəkəyə malik deyillər. Rusiyada bir sayt var və alimlərə səslənir ki, kim bu jurnallarda çap olunmaq istəyirsə, biz onlara kömək etməyə hazırıq. Mən özüm həmin jurnallarla əlaqə saxlamışam. Məsələn, Rusiyada çıxan belə bir jurnala məqalə göndərdim və bildirdim ki, siz mənə məqalənin çap ediləcəyi müddəti deyin, mənə cavab verdilər ki, ən tezi sizin məqalə 2023-cü ildə çap oluna bilər. Mən indən sonra neçə il gözləməliyəm ki, məqaləm çap olunsun. Belə məsələlər işbazlar üçün geniş imkanlar açır. Mənim bir məqaləm Polşada çıxan və “Tomson” şəbəkəsinə daxil olan jurnalda çap olunub, amma çox böyük çətinliklərlə. Üç il mübarizə aparmışam və Avropa Şurasındakı polşalı deputatın köməkliyilə mən o məqaləni çap etdirmişəm. Əlbəttə, bu imkanlar çox adamda yoxdur, hazırda mənim özümdə də yoxdur, amma o vaxt bir şans yaranmışdı. 2016-cı ildə məqaləm çıxan həmin jurnala indi məqalə göndərmişəm, amma bir xəbər yoxdur”.

M.Zülfüqarlının sözlərinə görə, pirat jurnallarla alimlər arasında xüsusi vasitəçilər, işbazlar var ki, onlar əvvəlcə alimlərlə puldan danışmasalar da, müəyyən bir müddətdən sonra alimlərə çap qiymətləri göndərirlər. “Mənim özüm elə şəxslərlə əlaqə saxlamışam, əvvəlcə çox xoş danışdılar, pirat jurnallara üz tutmamaqla,  pulları havayı yerə xərcləməməklə bağlı məsləhətlər də verdilər, ardınca isə vasitəçilər mənə çap qiymətlərini göndəriblər, bildiriblər ki, əgər siz iki-üç aya nisbətən az reytinqli jurnallarda çap olunmaq istəyirsinizsə, buna görə 1200 dollar, bir az orta reytinqli jurnalda çap edilmək üçün 1400 dollar ödəməlisiniz, yüksək reytinqli jurnalda isə məqaləniz 1600 dollara çap oluna bilər. Onlar konkret olaraq tələb edilən vəsaiti təqdim ediblər. Hətta “siz həmin məqaləyə 6 nəfər alim də cəlb edə bilərsiniz və həmin vəsaiti bölüşdürərsiniz ki, sizə güc düşməsin” deyə bildiriblər. Yəni pirat jurnallarla alimlər arasında vasitəçilik edən müəyyən şəxslər və qurumlar öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar, alimləri onların toruna salırlar. Onlar düşünmürlər ki, ictimai fənnlərdən, xüsusən də tarixdən yazılan məqalələrin altında bir müəllifin imzası olur. Hazırda Azərbaycan Ali Attestasiya Komissiyası  qoşa müəllifli məqaləni tanımır və şəxsən öz məqalən olmalıdır. Əsasən qoşa müəllifli məqalələr olanda bundan vəzifəli şəxslər, AMEA-da olan institut direktorları, digər səlahiyyətli şəxslər bəhrələnirlər. Gənclər məqaləni yazır, onlar da öz adlarını ora əlavə edirlər, sonra da məqalələrinin çox olduğunu bildirirlər. Gənc, yaxud öz gücünə işləyən kadrlar heç zaman kiminsə yazdığı məqaləyə şərik olmurlar. Əgər tarix sahəsindən bir alim həmin jurnallarda bir məqalə çap etdirmək istəsə, gərək vasitəçilərə 1200 dollar vəsait ödəsin ki, iki-üç aya o məqalə çap olunsun. Amma pul ödənildikdən sonra məqalənin taleyi haqda əvvəlcədən heç nə söyləmək olmur, çünki bilmirsən ki, ödədiyin pulu həmin vasitəçilər o jurnallara çatdıracaq, yoxsa yox. Bu sonrakı məsələdir. Azərbaycanda elmlə məşğul olan adamlar bilirlər ki, stimul 0 dərəcəsindədir. Yəni əziyyətlə müdafiə edib elmlər doktoru olan şəxsin əməkhaqqına cəmi 40 manat əlavə olunur. Fikir verin, o qədər əziyyətdən, prosedurdan keçəndən sonra xaricdə məqalə çap etdirmək üçün böyük məbləğdə vəsait tələb olunursa, bu, gənclərdə elmə marağı öldürür”.

M.Zülfüqarlı hesab edir ki, alimlərimiz ətək-ətək pulu xarici jurnallara tökməkdənsə, onların məqalələri Azərbaycanda çap olunan yüksək indeksli beynəlxalq elmi jurnallarda çap olunsun və Ali Attestasiya Komissiyası da prosedurlar zamanı bunları əsas götürsün. Bunun vəziyyətdən çıxış yolu olduğunu deyən M.Zülfüqarlının sözlərinə görə, bundan daha çox fayda görərik: “Çünki Azərbaycan tarixinə aid xarici ölkə jurnallarında elə bir maraq yoxdur ki, orada bu cür məqalələr çap olunsun. Azərbaycan elmini inkişaf etdirmək üçün bu cür süni maneələr aradan qaldırılmalıdır. İndi bu işi insanlardan tələb edən səlahiyyətli şəxslərin özlərinin həmin şəbəkələrdə heç məqalələri çıxmayıb. Yəni onlar keçən əsrin 90-cı illərinin əvvəllərində, 2000-ci illərin başlanğıcında elmi ad, elmi dərəcə alanda bu cür tələblər yox idi. Bu adamlar indi isə öz səlahiyyətlərində olan qurumlarda belə şərtlər qoyurlar, düşünürlər ki, biz bu adları əldə etmişik, başqaları qoy edə bilməsin. Mənə elə gəlir ki, bu, dövlətçiliyimiz üçün də ciddi problemdir, Azərbaycanda elmi dərəcəsi, elmi adı olan adamların sayı sürətlə azalacaq, bu da gələcəkdə çox ciddi problemlər yarada bilər. Hesab edirəm ki, 2021-ci ildə bu məsələlərə yenidən baxılmalı, islahatlar keçirilməlidir, sadələşmiş bir prosedur olmalıdır. Bizim alimləri xaricdəki yırtıcı, pirat jurnallara yönləndirməkdənsə, onlardan Azərbaycan tarixinə, dövlətçiliyimizə aid daha sanballı əsərlərin yazılmasını tələb etmək daha doğru olardı” - deyə M.Zülfüqarlı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ