Cümə axşamı günü, 12 noyabr 2026
     

Ağla, qərənfil, ağla!

Image


Qurdun azğın dişləri

Alt-üst etdi işləri.
Daraçəkilmişləri
Ağla, qərənfil, ağla!

Çilikləndi eynəyim,
Yetər artıq göynəyim,
Başdaşları köynəyim,
Ağla, qərənfil, ağla!

Bu ağrı içimdədi
Hamı bir biçimdədi
Vətən yas içindədi
Ağla, qərənfil, ağla!

Qan etdilər səhəri,
İçirdilər zəhəri,
Bas bağrına şəhəri,
Ağla, qərənfil, ağla!

Zirvələr sar saxladı
Dünya da sarsaxladı
Yaramız qaysaxladı
Ağla, qərənfil, ağla!

Tank gəlir özgə səsdə
Quş neyləsin qəfəsdə?
İzdiham dəstə-dəstə
Ağla, qərənfil, ağla!

Gəl nə sındır, nə xışla
Məzarları naxışla
Hamını bir baxışla
Ağla, qərənfil, ağla!

Şeytan öz qabındadı
Hiylə niqabındadı
Getdi bu qabın dadı
Ağla, qərənfil, ağla!

Zülmətdə xan gecəni
Gözləri qan gecəni
Bu qudurğan gecəni
Ağla, qərənfil, ağla!

Cücərt məni, ək məni
Oyatmaz tütək məni
Diri-diri tək məni
Ağla, qərənfil, ağla!

Ənvər Paşa bilincə
Danış incə, din incə
Qarabəkir gəlincə
Ağla, qərənfil, ağla!

Ömrün biz köçündəyik
Alovun içindəyik
Bu yasın üçündəyik
Ağla, qərənfil, ağla!

Atı yəhərsiz deyil
Xəncəri zərsiz deyil
Tanrım xəbərsiz deyil
Ağla, qərənfil, ağla!

Biz verdik ixtiyarı
Qəm bürüdü diyarı
Ağlatma Bəxtiyarı
Ağla, qərənfil, ağla!

Anar silkələnibdi
Qabil güllələnibdi
Qana qan bələnibdi
Ağla, qərənfil, ağla!

Gənclərlə səsləşərdi
Torpaq üstə əsərdi
Görüşə tələsərdi
Ağla, qərənfil, ağla!

Qoy məhv olsun yağı de
Çəkdi bizə dağı de
Bayatı de, ağı de
Ağla, qərənfil, ağla!

Rəbbim saldı azarı
Bizdən düşdü güzarı
Yoxdu behi bazarı
Ağla, qərənfil, ağla!

Eldi gücü dayağı
Vətəndədi ayağı
Xəlil Rza sayağı
Ağla, qərənfil, ağla!

Həmişə vicdanlını,
Qeyrətlini canlını,
Sabir Rüstəmxanlını
Ağla, qərənfil, ağla!

Zirvədə səkmək olmur,
Yenidən əkmək olmur,
Bu dərdi çəkmək olmur,
Ağla, qərənfil, ağla!

Doğranan meşəmizdi,
Dərdimiz nəşəmizdi,
Ağlamaq peşəmizdi,
Ağla, qərənfil, ağla!

İsmayıl Şıxlı gəlib,
İsdi baxışlı gəlib,
Toylu aşıxlı gəlib,
Ağla, qərənfil, ağla!

Qatlamaynan dizimi,
İtirməynən izimi.
Ağlatma Dilbazimi,
Ağla, qərənfil, ağla!

Kim yaralı, kim xəstə,
Şəhidlər dəstə-dəstə.
Ölənləri ahəstə,
Ağla, qərənfil, ağla!

Habil yas saxlamazdı,
Kökündən laxlamazdı.
Gülərdi, ağlamazdı,
Ağla, qərənfil, ağla!

Mən nə deyim bu bürcə,
Özün de bircə-bircə.
Yaşamadıq ömürcə,
Ağla, qərənfil, ağla!

Nərimanı teyləmə
Sirri yada söyləmə
Çox da kürlük eyləmə
Ağla, qərənfil, ağla!

Səp yaramın duzunu,
Ərit qəlbin buzunu,
Qurd apardı quzunu,
Ağla, qərənfil, ağla!

Kaş dərs olsun bu bizə
Göz yunmayaq gündüzə
Qan artıq çıxıb dizə
Ağla, qərənfil, ağla!

Nə qədər gördük kötək,
Nə əl qaldı, nə ətək,
Dərdimiz bətək-bətək,
Ağla, qərənfil, ağla!

Su dəhnədən soğulur,
Kimsə susur boğulur,
Günəş hər gün doğulur,
Ağla, qərənfil, ağla!

Dərdimiz təməllidi,
Bu ki bizə bəllidi.
Ağlamaq təsəllidi,
Ağla, qərənfil, ağla!

Güllələr səpələndi,
Qan köynəyə bələndi.
Varlığım silkələndi,
Ağla, qərənfil, ağla!

Yandım-söndüm külüm yox,
Zəmidə sünbülüm yox,
Bu zülümtək zülüm yox,
Ağla, qərənfil, ağla!

Acı külək hey əsir,
Can almağa tələsir,
Ruhumuz qaldı əsir,
Ağla, qərənfil, ağla!

Hər birisi əriydi,
Dillərdə əzbəriydi
Xalqın öncülləriydi
Ağla, qərənfil, ağla!

Alim avazla gəlib
Zəlimxan sazla gəlib
Məmməd Arazla gəlib
Ağla, qərənfil, ağla!

Gül üstə arı sızlar
Ölənin yarı sızlar
Möhlətin tarı sızlar
Ağla, qərənfil, ağla!

Dərdimiz çiçəklədi
Hey bizi kötəklədi
Ölüm bizi təklədi
Ağla, qərənfil, ağla!

Söylə nə var havayı,
Ucuz sanma bu vayı
Hikkələnib boz ayı
Ağla, qərənfil, ağla!

Bu bizlərə şərdimi?
Ya da bir zəhərdimi?
Bir evdən üç mərdimi
Ağla, qərənfil, ağla!

Bu yarımçıq şamları
Qaralmış axşamları
Gül qoxan əndəmları
Ağla, qərənfil, ağla!

Kişi doğulmuşları
Əbədi susmuşları
Şəhid qaranquşları
Ağla, qərənfil, ağla!

Bu düşməni tanı sən
Əldən vermə anı sən
Can verməyən canı sən
Ağla, qərənfil, ağla!

Tər çiçəklər tər getdi
Ev dağıldı dər getdi
Gəlin qaldı ər getdi
Ağla, qərənfil, ağla!

Milləti seçənləri
Qanımı içənləri
Zülümlə köçənləri
Ağla, qərənfil, ağla!

Əylən dizdən öncə
Tapdanan izdən öncə
Düşməni bizdən öncə
Ağla, qərənfil, ağla!

Bu qədər talanları
Şər adlı yalanları
Dərdi lap kalanları
Ağla, qərənfil, ağla!

Dözənmirik zillətə
Hıçqırığa, illətə
Sən də qoşul millətə -
Ağla, qərənfil, ağla!

Tükəndi getdi dözüm
Söndü ocağım, közüm
Bir şəhid də mən özüm
Ağla, qərənfil, ağla!

Eldar HƏSƏNLİ
23 yanvar 1990
Azərbaycan Yazıçılar və Jurlalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ