Cümə günü, 13 noyabr 2026
     

Gündəlik yoluxma sayı 600-ə yaxınlaşır - karantin qaydalarının yumşaldılmasında azacıq tələskənliyə yol verməsəydik…

Image


Son rəsmi hesablamalara görə, Azərbaycanda virusa yoluxanların sayı 14 min nəfəri keçib. Ölkəmizdə mart ayının əvvəlində elan edilən karantin rejimi tədricən, mərhələli şəkildə yumşaldıqdan sonra gündəlik virusa yoluxanların sayında kəskin artım müşahidə edilməyə başladı. Əvvəlki bir ayda gündəlik yoluxanların sayı 200-300 civarında idisə, sonradan bu, 400-500 oldu. İndi isə təəssüf ki, ölkəmizdə gündəlik virusa yoluxanların sayı 590 nəfərdir. Artıq rəqəm 600-ə yaxınlaşır.

Karantin qaydalarının mərhələli yumşaldılması prosesinin xeyrindən çox zərərinin hiss edildiyi gizlin deyil. Çünki bu hal karantin rejimi yumşaldıqdan sonra özünü daha ağrılı formada büruzə verməyə başlayıb. Ekspertlər hesab edirlər ki, Azərbaycanda karantin qaydalarının yumşaldılması prosesində tələskənliyə yol verildi və qaydaların yumşaldılması prosesinə iyul ayından başlanmalı idi. İnsanların karantin qaydalarının yumşaldılmasından nəticə çıxarmaq əvəzinə, sui-istifadəyə yol verdiyini deyən ekspertlərin bildirdiyinə görə, karantin qaydaları yumşaldılan kimi vətəndaşlar küçələrə axışdılar, alış-veriş haqqında düşündülər, bununla özlərinin və başqa insanların həyatını risq altında qoyduqlarını unutdular.

Ekspertlər hesab edirlər ki, hazırda problemdən yeganə çıxış yolu vətəndaşların məsuliyyətli olması və bu da nəticə verməsə, təkrar karantin rejiminin sərtləşdirilməsidir.

  • Azər Həsrət: “Virusa yoluxanların sayının artmasında əsas səbəb karantinin yumşaldılması deyil, vətəndaşlarımızın, bizim insanın məsuliyyətsizliyi və bivecliyidir”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, əvvəlcədən də virusa yoluxanların sayının artacağı proqnozlaşdırılırdı. “Mən indi xatırlayıram ki, mart ayında, Novruz bayramı günlərində biz bu məsələni müzakirə etmişdik. Onda hələ yoluxanların sayı 2-3 nəfər idi. O vaxt da dedim ki, biz bu məsələni ciddiyə almırıq, belə getsə, biz yüzlərlə insanın virusa yoluxduğunu müşahidə edəcəyik. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belə olmaqdadır və olacaq da. Onu düşünmürəm ki, burada əsas rolu karantinin yumşaldılması oynadı. Əksinə, düşünürəm ki, karantin qaydaları biz az da yumşaldılmalı, insanların rayon və kənd yerlərinə gedib istirahət etməsinə şərait yaradılmalıdır. Virusa yoluxanların sayının artmasında əsas səbəb karantinin yumşaldılması deyil, vətəndaşlarımızın, bizim insanın məsuliyyətsizliyi və bivecliyidir. Yəni adicə 30 qəpiklik maska nədir ki, onu taxmırlar. İndinin özündə Bakıda, Sumqayıtda, Gəncədə və sair şəhərlərimizdə sərt karantin rejimi elan olunub. Amma biz baxırıq ki, insanlarımız yenə avtobuslarda sosial məsafə saxlamır, bir-birinə yaxın durub gedirlər, yenə də dükan-bazarda, alış-veriş yerlərində maskasız görünürlər. Yəni evdən çölə çıxanda maska taxmaq lazımdır. Bu gün virusla bağlı problemin kəskinləşməsinə səbəb insanlarımızın məsuliyyətsizliyi, səhlənkarlığıdır. Yoxsa ki, karantin rejiminin yumşaq və sərt olmasının fərqi yoxdur. Şəxsən mənim üçün karantinin yumşaq və ya sərt olmasının o qədər də əhəmiyyəti yoxdur. Çünki evdən çıxanda mütləq maska taxıram, harasa alış-verişə gedəndə, ictimai nəqliyyata minəndə maskadan istifadə edirəm, sosial məsafə gözləyirəm və digər qaydalara əməl edirəm. Yalnız özüm tək olduqda, ətrafımda adam olmadıqda  maskanı çıxarıram. Təəssüflər olsun ki, mənim maska taxdığım şəraitdə insanların 90 faizi maskasızdır. Bax, problemin kökü bundadır. Dövlət və insanlarımız bu qədər çağırışlar edir, amma əfsuslar olsun ki, vətəndaşlarımızın böyük əksəriyyəti bunu anlamaqda çətinlik çəkir, anlamaq istəmir. Hətta elə cahil adamlar da tapılır ki, günü bu gün də koronavirusun boş, yalan şey olduğunu əsassız olaraq iddia edirlər. Arıq dünyada virusa yoluxanların sayı az qala 10 milyona çatıb, yarım milyona yaxın da ölən var. Bu qədər böyük rəqəmlər varkən, insanlar buna niyə şübhə ilə yanaşırlar, anlaya bilmirəm”.

  • Əhməd Qəşəmoğlu: “Hesab edirəm ki, əvvəlcə əhali yumşaldılma prosesinə hazırlanmalı və sonra bu barədə qərar verilməli idi”

Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu isə hesab edir ki, problemin dərinləşməsinin əsas səbəblərindən biri karantinin yumşaldılmasında tələskənliyə yol verilməsi olsa da, burada vətəndaşların da məsuliyyətsiz davranışları az rol oynamayıb. “Doğrudur, karantin rejiminin yumşaldılmasında tələskənliyə yol verildi. Amma problemin dərinləşməsində əsas səbəb tam olaraq bu deyil. Hesab edirəm ki, əvvəlcə əhali yumşaldılma prosesinə hazırlanmalı və sonra bu barədə qərar verilməli idi. Mən Prezidentin çıxışına baxdım. Prezidentin toxunduğu məsələlərin hamısı vacib məsələlərdir. Prezident çağırış edir, müxtəlif qurumlara tapşırıqlar verir, bu çox müsbət haldır. Amma bu işə məsul olan məmurlar Prezidentin tələblərinə uyğun davranmır, öz üzərlərinə düşən məsuliyyəti və Prezidentin onlardan nə istədiklərini anlamırlar. Bu işə məsul olan məmurlar başdan əhali ilə işləməli idilər, bu işə sosioloqlar cəlb edilməli idi. Onlar əhalinin rəyini, fikir və təkliflərini öyrənməliydilər. Amma bəzi məmurlar özlərini hamıdan ağıllı sayıb sağlam təkliflərə əhəmiyyət vermədilər. Əhali məsuliyyətsizliyə ona görə yol verdi ki, vaxtında məmurlar onlarla işləmədi, maarifləndirmə işi düzgün qurulmadı. Müasir Azərbaycan insanı 30-40 il əvvəlki insanlar deyil, müasir kompyuter bilgilərinə yiyələnmiş insanlardır. Onlarla iş tamam başqa mexanizmlər əsasında qurulmalı idi. Maarifləndirmə tamamilə yeni üsullarla aparılmalıdır, bu işə, dediyim kimi, sosioloqlar, eləcə də epidemioloqlar cəlb edilməli idi. Əhali ilə onlar da işləməli idi” - deyə Ə.Qəşəmoğlu qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ