Cümə günü, 13 noyabr 2026
     

Dil qaydalarımızın pozulmasına görə hüquqi məsuliyyət proseduru rəsmən başladı - Dilimizin əsas himayəçisi hansı dövlət orqanı olacaq? MŞ-nin də adı çəkilir…

Image


Azərbaycan dilini qorumaq hər bir vətəndaşın, KİV təmsilçilərinin, hüquqi və fiziki şəxslərin birbaşa vəzifəsi olsa da, təəssüf ki, bir sıra hallarda biz bunun əksini görürük. Dövlət dilinin norma və qaydalarının tətbiqi sahəsində ciddi qüsurlar mövcuddur. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda 2013-cü ildə monitorinq şöbəsi yaradılıb. Həmin qurum dövlət dil normalarını pozanları aşkarlasa da, hüquqi mexanizm olmadığı üçün, onların cərimələnməsi reallaşmayıb.  

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Bununla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə 533-1-ci bənd əlavə edilir. Bu maddə kütləvi informasiya vasitələrində (KİV) və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması hallarını nəzərdə tutur.

Belə ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Dilimizin əsas himayəçisi hansı dövlət orqanı olacaq?

  • Sayalı Sadıqova: “...səlahiyyətli qurum Monitorinq Mərkəzi olacaq”

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü, professor Sayalı Sadıqova “Bakı-Xəbər”ə bildirdi ki, bu sahədə cərimələrin tətbiqinin hüquqi cəhətdən tənzimlənməsi böyük fayda verəcək. S.Sadıqovanın sözlərinə görə, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli Fərmanı var. O qeyd etdi ki, Prezidentin sözügedən Fərmanında “Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin yaradılması məsələsi xüsusi vurğulanıb. Həmin Fərmana əsasən, 30 iyul 2019-cu ildə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında

Nazirlər Kabineti qərar verib.  Bu məsələyə də sözügedən mərkəzin nəzarət edəcəyini deyən S.Sadıqova hesab edir ki, dilimizin tətbiqinin mükəmməl şəkildə olmasına nail ola biləcəyik: “Prezidentin Fərmanı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Amma hələ praktik olaraq həmin qurum fəaliyyət göstərmir. Proses pandemiya dövrünə düşdüyü üçün hələ bu istiqamətdə müəyyən işlər görülməyib. Həmin Fərmanda Monitorinq Mərkəzinin fəaliyyəti, işçi sayı, fəaliyyət istiqamətləri və sair öz əksini tapıb. Hələ bu quruma sədr təyin edilməyib. Sədr təyin edildikdən sonra qurum öz fəaliyyətinə başlayacaq. Dilimizin norma və qaydalarının düzgün şəkildə tətbiq edilməsinə səlahiyyətli qurum Monitorinq Mərkəzi olacaq. Bu yaxınlarda Monitorinq Mərkəzinin əsasnaməsində hansı istiqamətlərin olacağı Milli Məclisdə də müzakirə olundu. Gərək həmin qurumun əsasnaməsi hazırlansın, sədr təyin edilsin, sonra isə o tətbiqi işinə başlasın. Amma hələ başlamayıb. Əslində, qurum artıq fəaliyyətə başlamalıdır. 2018-ci ildən reklamlar, ədəbi dilin qorunması ilə bağlı problemlər, bu sahəyə nəzarət məsələsi müzakirə edilib və nəticədə qarara alınıb ki, Monitorinq Mərkəzi yaradılsın və bu sahəyə nəzarət etsin”.

Monitorinq Mərkəzində Dilçilik İnstitutunun da təmsilçiliyinin olacağını deyən S.Sadıqova qeyd etdi ki, sənəddə də Dilçilik İnstitutunun direktorunun bu işdə nəzarətçi kimi iştirak etdiyi əks olunub. S.Sadıqovanın bildirdiyinə görə, Monitorinq Mərkəzinin təyin ediləcək rəhbəri və 10 nəfər işçisi bu məsələyə nəzarət funksiyasını yerinə yetirəcək.

  • Buludxan Xəlilov: “Buna nəzarət mexanizmini həm Monitorinq Mərkəzi, həm də Mətbuat Şurası həyata keçirə bilər”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü, professor Buludxan Xəlilov isə bizimlə söhbətində bildirdi ki, bu məsələyə Monitorinq Mərkəzi ilə yanaşı, Mətbuat Şurası da nəzarət etməlidir. “Dil dəyərdir. Özü də deyərdim ki, bütün dəyərlərin fövqündə dayanan dəyərdir. Ona görə də belə bir dəyərin imkanlarına kölgə salmaq, onun tələblərini pozmaq heç kəsi təmin edə bilməz, o cümlədən də Azərbaycan dilinin daşıyıcılarını və bu dilin sosial bazasında dayanan, danışan insanları. Təəssüflər olsun ki, Azərbaycan dilinin imkanlarını, onun həm praktik danışıq, həm də yazılı imkanlarını pozanlar çoxalır və günü-gündən artır. Kütləvi informasiya sahəsi isə dilin nümayişi, tətbiqi, dilin üzə çıxması, təbliği sahəsində bir örnəkdir. Bu baxımdan KİV sahəsində dillə bağlı qüsurlar daha tez nəzərə çarpır. Bu səbəbdən də Prezident İlham Əliyevim imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 116.1-ci maddəsinə 533-1-ci bəndin əlavə edilməsi təqdirəlayiqdir. Bildiyimiz kimi, bu maddə kütləvi informasiya vasitələrində (KİV) və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması hallarını nəzərdə tutur və burada konkret cərimə məbləği göstərilir. Hesab edirəm qanuna edilən bu dəyişiklik dəyər olan dilin praktik və tətbiq imkanlarını qorumaq üçün çox statuslu bir vasitədir, sənəddir. Bu mənada kütləvi informasiya vasitələrində, reklam daşıyıcılarında hüquqi və fiziki şəxslərin, vəzifəli insanların dilin tətbiqi məsələsinə düzgün riayət etməsi vacib bir məsələyə çevrilir. Belə ki, həm hüquqi, həm də fiziki şəxslər dilin tətbiqi imkanlarına düzgün əməl etməklə dili sevdirə, örnəyə çevirə biləcəklər, dilin potensialını, gücünü və imkanlarını üzə çıxaracaqlar. O ki, qaldı bu məsələyə nəzarət mexanizminin necə olmasına, fikrimcə, buna nəzarət mexanizmini həm Monitorinq Mərkəzi, həm də Mətbuat Şurası həyata keçirə bilər. Mətbuat Şurasında bir qrup yaradıla bilər ki, həmin qrupun üzvləri bu məsələyə nəzarət etsinlər. Bu nəzarətin günlük də, həftəlik də, aylıq da olması mümkündür. Tutaq ki, birgünlük, birhəftəlik, biraylıq  nəzarət KİV-in həm qəzet-jurnal, həm də televiziya və radio qoluna ola, dilin normalarını, qaydalarını pozan, qüsura yol verən KİV-ə pozuntularla bağlı müvafiq sənəd göndərilə və cərimələr tətbiq oluna bilər. Deyim ki, bu, beynəlxalq təcrübədə tətbiq olunan bir ənənədir. Buna ona görə ənənə deyirəm ki, artıq dünyada cərimələnmə ənənəsi tətbiq olunur. Məsələn, Baltikyanı ölkələrdə uzun illərdir bunu tətbiq edirlər. Onlar bununla da dil qaydalarının pozulmasının qarşısını alırlar. Dil bu gün (bütün dünya dillərinə aiddir - B.X.) iki cəhətdən öz işləkliyində təqiblərə məruz qalır. Birincisi, xaricdən. Belə ki, “hansı dil hansı dili üstələyəcək” baxımından dillər arasında rəqabət gedir. İkincisi isə daxildən olan təzyiqlərdir. Azərbaycan dili bu təzyiqlərin ikisini də yaşayır. Həm beynəlxalq dillərlə rəqabət prosesinə girir, artıq müxtəlif dillərdən Azərbaycan dilinə birbaşa siyasi, hüquqi, elmi əsərlər tərcümə olunur. Digər tərəfdən isə ölkənin daxilində dili düzgün tətbiq edə bilməyənlər dilə müdaxilə edirlər. Ona görə də heç birinə yol vermək olmaz. İndi elə bir əsrdir ki, dildə gedən siyasət düzgün qurulmasa, artıq rəqabət prosesinə dil tab gətirə bilməz, dil başqa dillərin təsiri altına düşə bilər. Ona görə də biz çalışmalıyıq ki, Azərbaycan dilində danışan və yazılı şəkildə istifadə edən onun imkanlarından düzgün bəhrələnsin. Bu səbəbdən həm hüquqi, həm fiziki, həm də vəzifəli şəxs bu məsuliyyəti hiss etsin. Belə olan təqdirdə Azərbaycan dili öz imkanlarını ortaya çıxaracaq və nəticədə dilimiz həm şifahi, həm də yazılı qolunu inkişaf etdirə biləcək”.

Bu sahədə çox ciddi narahatlıq olduğunu qeyd edən B.Xəlilovun sözlərinə görə, bu narahatlıq ondan ibarətdir ki, həm küçə və bazarlarda reklamların dili qüsurludur, həm də KİV-in dilində böyük qüsurlar mövcuddur. B.Xəlilov vurğuladı ki, Prezidentin Sərəncamından irəli gələn proseslər tətbiq olunduqdan sonra Azərbaycan dilindən istifadə edənlərin məsuliyyəti artacaq və eyni zamanda, radioda, televiziyada, qəzet və jurnallarda peşəkar jurnalistlər dəstəsi yaranacaq. “Təsadüfi adamlar meydan ala bilməyəcək. Etiraf edək ki, bu gün radioda, televiziyada, qəzet və jurnallarda kifayət qədər qeyri-peşəkar çalışır. Onlar geyimləri, ədaları ilə özlərini nümayiş etdirir, dilin imkanları isə kənarda qalır. Beləliklə, dil sevilə bilmir, dil daxildə təqiblərə, təzyiqlərə məruz qalır. Mənə elə gəlir ki, qanuna edilən bu dəyişiklik məsuliyyətimizi daha da artıracaq və dildən istifadə edən hər bir vətəndaş öz məsuliyyətini dərk edəcək. Bu sənədin mahiyyətinə varmaq istəyirəm. Bu o demək deyil ki, hamı doğma ana dilini yüksək səviyyədə, mütəşəkkil qaydada, dilçi səviyyəsində bilməlidir. Bu mümkün deyil. Dilçi dilçi, jurnalist jurnalist, yazıçı yazıçı səviyyəsində bilir. Söhbət ondan gedir hər kəs öz sahəsində doğma ana dilini necə tətbiq edir? Budur məsələ. Bu gün Azərbaycan dilinin problemi dildə deyil, o dildən istifadə edənlərdədir. Mənə elə gəlir ki, bundan sonra dili tətbiq edənlər artıq öz məsuliyyətlərini dərk edəcəklər. Müntəzəm olaraq ayrı-ayrı KİV-də monitorinqlərin aparılması, cərimələrin tətbiq edilməsi isə artıq peşəkarların üzə çıxmasına şərait yaradacaq və nəticədə hər kəs öz məsuliyyətini hiss edəcək” - deyə B.Xəlilov vurğuladı.

İradə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ