Cümə günü, 13 noyabr 2026
     

Koronavirusa yoluxmuş tanınmış baş redaktor həmkarlarına və bütün Azərbaycan vətəndaşlarına çağırış etdi - MÜSAHİBƏ

Image


“Bizim kimlərisə yoluxdurmamaq məsuliyyətimiz də olmalıdır...”

 

Koronavirusa yoluxanlar arasında tanıdığın insanların, həmkarlarının, qələm adamlarının da olduğunu eşidəndə çox təəssüflənirsən, ürəyindən dərin bir sızıltı keçir. Əlbəttə, gözəgörünməz düşmən olan koronavirus hər birimizi yaxalaya, bizdən öc ala bilər. Yəni heç kim bu düşmənlə üzləşməkdən sığortalanmayıb. Bununla belə, virusa yoluxan hər bir Azərbaycan vətəndaşının bu virusa qalib gələcəyinə inanırıq.

Bu günlərdə “Kaspi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist  İlham Quliyevin və ailə üzvlərinin COVID-19-a yoluxması ilə bağlı xəbər yayılıb. Olduqca təəssüf və ağrı hissilə qarşıladıq bu xəbəri.  Hazırda “Neftçilər” xəstəxanasında koronavirusdan müalicə alan İlham Quliyevlə əlaqə saxladıq və onun vəziyyətilə tanış olduq.

- İlham müəllim, bu xəbəri böyük təəssüf hissilə qarşıladıq. Keçmiş olsun. İndi özünüzün və ailə üzvlərinizin vəziyyəti necədir?

- İndi şükür Allaha, yaxşıyam, artıq təhlükə sovuşub. İndi məndə narahatlıq, təhlükə doğuran simptomlar yoxdur. Biz iyunun əvvəlindən virusa yoluxmuşduq. Özümüzdə narahatlıq hiss edən kimi xəstəxanaya müraciət etdik və iyunun 10-da bizim test nəticələrimiz çıxdı. Amma məndə nəticə neqtiv idi. Ailə üzvlərimi, övladlarımı və həyat yoldaşımı xəstəxanaya yerləşdirdik. Amma mənim test nəticəm neqativ olduğu üçün məni xəstəxanaya götürmədilər, evdə qaldım. Mən evdə qaldığım müddətdə özümdə bütün əlamətləri müşahidə edirdim. Hiss edirdim ki, məndə bu xəstəliyin bütün əlamətləri - baş və əzələ ağrıları, halsızlıq, temperatur, boğaz ağrısı vardı. Sonra mən ağciyərlərimi kompyuter tomoqrafiyasına saldım. Kompyuter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında “buzlu şüşə” aşkarladı və həkimlər bunu COVID-19-un nəticəsi olaraq qəbul etdilər. Sonra məsləhət oldu ki, məni xəstəxanaya yerləşdirsinlər, həkim nəzarətində olum. Xəstəxanada çox intensiv müalicə prosesi gedir, sistemlər köçürülür, virus əleyhinə dərmanlar verilir, antibiotiklər qəbul edirəm. Həkim nəzarətindəyəm, şükür Allaha, özümü yaxşı hiss edirəm. Yəqin ki, bir müddət müalicəm davam edər və məndən növbəti testin nəticəsi neqativ çıxarsa, evə buraxarlar. Amma yəqin ki, bir müddət xəstəxanada olacağam.

- Ailə üzvlərinizin virusa yoluxduğunu biləndə hansı hisslər keçirdiniz?

- Birinci, testin nəticələri ailə üzvlərimdə pozitiv çıxdı və bundan çox narahat oldum. Uşaqlarımın yaşı azdır, onların və həyat yoldaşımın vəziyyətinə görə çox ciddi narahatlıq keçirdim. Amma virus məsələsi meydana çıxandan mən onunla bağlı çox məlumatlıyam. Yəni, ilkin olaraq, bildim ki, ailə üzvlərimin vəziyyətində elə də həyati təhlükə yoxdur. Lakin, istər-istəməz, narahatlıq yaşadım. Ailə üzvlərimi xəstəxanaya yerləşdirdikdən, həkim nəzarətinə verdikdən sonra isə xeyli toxdadım. O vaxt fikirləşirdim ki, özüm müalicəmi ev şəraitində davam etdirərəm, bu halla özüm mübarizə apara bilərəm. Amma sonrakı şərait göstərdi ki, həkim nəzarətində olmağa böyük ehtiyac var və mübarizənin həkim nəzarəti altında aparılması önəmlidir. Bu, müalicə prosesinin müddətini də xeyli azaldır. Yəni biz eyni vaxtda virusa yoluxsaq da, artıq ailə üzvlərimi evə buraxıblar və onlar evdədirlər. Amma mən onlardan sonra xəstəxanaya getdiyim üçün hələ mənim müalicəm davam edir. Yəni bu əyani bir göstəricidir.     

- İlham müəllim, yeri gəlmişkən, bir məsələni də soruşum, son günlər sosial şəbəkələrdə bəzi şəxslər şayiələr yayırlar ki, guya xəstəxanalarda virusa yoluxan xəstələrin müalicəsinə ciddi yanaşılmır. Təbii ki, əsassız iddialardır. Prosesin şahidi kimi sizin yanaşmanız necədir? Xəstəxanalarda virusa yoluxan xəstələrin müalicəsinə necə yanaşılır?

- Səhiyyə sisteminin üzərində çox böyük gərginlik var. Xeyli sayda xəstə var və bizim səhiyyə sistemimiz də buna hazır deyildi. Yalnız bizdə deyil, ümumiyyətlə, bütün dünyada səhiyyə sistemi birdən-birə bu qədər xəstəni müalicə etmək imkanına malik deyildi. Əlbəttə, inkişaf etmiş Avropa ölkələrində də biz bu problemlərin yaşandığını gördük. Artıq bu sistem qurulub, xəstəxanalarda xəstələr tam izolyasiya olunur, ətraf aləmdən təcrid edilir, yeməklə təmin olunurlar. Mən özümün müalicə aldığım xəstəxana ilə bağlı deyə bilərəm ki, burada həkimlərdən, tibb bacılarından, ümumiyyətlə, tibbi personaldan çox razıyam  Əllərindən gələni etməyə çalışırlar ki, hər şey yaxşı olsun. İnanıram ki, başqa xəstəxanalarda da vəziyyət belədir. Biz özümüz xəstə olsaq da, tibbi personala dəstək olmağa çalışmalıyıq. Onlar burada necə böyük əziyyətlə çalışırlar, onu biz görürük. İsti havada xüsusi geyimlərdə xəstəyə xidmət göstərmək elə də asan deyil. Mən bizim sağlamlığımızın keşiyində duran tibb işçilərinə təşəkkür edirəm, Allah həmişə köməkləri olsun, onlar da ailələrindən uzaq düşüblər. Bu bir bəladır, bir xəstəlikdir, inşallah, öhdəsindən tezliklə gələrik.

- Bilirsiniz, bəzi vətəndaşlarımız virusa yoluxsalar da, həkimə, təcili tibbi yardıma müraciət etmir və öz xəstəliklərini gizlətməyə çalışırlar. Təbii ki, bu da daha çox insanın yoluxması ilə nəticələnir. Son olaraq vətəndaşlara nə deyərdiniz?

- Vətəndaşlarımıza müraciət edib onu demək istəyirəm ki, qorxmaq lazım deyil. Bundan çox da təşvişə düşsək, özümüzə problemlər yaradarıq. Amma qorunmaq lazımdır. Çalışmaq lazımdır ki, yaxın müddətdə bu virusa yoluxmasınlar. Çünki, bayaq qeyd etdiyim kimi, səhiyyə sistemi xeyli yüklənib, insanların xəstəxanalara qəbul olunması ilə bağlı problemlər var. Bunun nəticəsində də müalicə prosesi xeyli uzanır, istər-istəməz, insan evdə müalicə alanda təşvişə düşür. Amma həkim nəzarətində olanda problem olmur. Hər hansı bir xoşagəlməz situasiya meydana gələrsə, həkimlər dərhal onun ən optimal çıxış yolunu tapır və xəstəni yönləndirirlər. Amma evdə olanda bizdə bu imkanlar olmur. Ona görə də maksimum təmasdan çəkinmək, maska və əlcək taxmaq, sosial məsafə gözləməyə çalışmaq lazımdır. Bu, həyatımızın yeni bir reallığıdır. Mən başa düşürəm, insanlar bir-birilə ünsiyyətdə olmaq istəyir, indiki tələblərə uyğunlaşmaq çətindir. Ancaq utanmaq lazım deyil. Burada məqsəd bizim kimdənsə çəkinməyimiz deyil ki, kimdənsə yoluxmayaq, burada bizim kimlərisə yoluxdurmamaq məsuliyyətimiz də olmalıdır. Biz bu prizmadan yanaşmalıyıq ki, heç kimi yoluxdurmayaq. Redaksiya əməkdaşları da təsdiqləyə bilər ki, virus məsələsi meydana çıxandan mən bu məsələyə çox ciddi yanaşmışam, maskadan, əlcəkdən istifadə etmişəm, sosial məsafə saxlamışam. Hətta mən əməkdaşlarıma tapşırmışdım ki, heç kəs mənim otağıma maskasız girməsin. Amma bunun nəticəsidir ki, özümün yoluxmağıma baxmayaraq, redaksiyada heç kimdə virusun simptomları aşkarlanmadı. Əgər mən onu etməsəydim, bir neçə nəfəri də yoluxdurmuş olardım. Bu baxımdan, özümü çox rahat hiss edirəm ki, qoruyucu tədbirlərdən ciddi şəkildə istifadə etmişəm, nəticədə ətrafımda, dostlarım, iş yoldaşlarım arasında bu virusa bir nəfəri də yoluxdurmamışam. Əgər biz hamımız bu şəkildə çalışarıqsa, bu xəstəliyin tempinin aşağı düşməsinə səbəb ola bilərik. Ona görə də insanlar maksimum əhalinin gur olduğu yerdə olmasınlar, marketlərə, apteklərə girərkən diqqətli olsunlar. Diqqətli olarıqsa, xəstəliyin səviyyəsini bir qədər aşağı sala bilərik.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ