Cümə günü, 13 noyabr 2026
     

Karantin qaydalarının 1 avqustadək uzadılmasından yan keçə bilərdik - vətəndaşlarımızın məsuliyyəti sonadək bütöv olsaydı...

Image


Azərbaycanda koronavirusa yoluxanların sayının bu dərəcədə artmasının, əlbəttə ki, vətəndaş məsuliyyətsizliyindən irəli gələn amil olduğu danılmazdır. Son həftələrin təhlil və araşdırmaları da göstərir ki, gündəlik virusa yoluxanların sayının 300-dən artıq olması birbaşa məsuliyyət hissindən uzaq olan vətəndaşların qaydalara riayət etməməsi ilə bağlıdır. Vətəndaşlar qaydalara əməl etsəydilər, maska taxıb, sosial məsafə gözləsə, sanitar-gigiyena qaydalarına əhəmiyyət versəydilər, nə ölkəmizdə xüsusi karantin rejimi avqustun 1-nə qədər uzadılardı, nə də 21 iyundan 5 iyul 06:00-a qədər ciddi karantin rejimi elan olunardı.

Məlum olduğu kimi, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva iyunun 18-də keçirilən brifinqdə ölkəmizdə karantin rejiminin avqustun 1-nə qədər uzadılacağını və 21 iyundan 5 iyul 06:00-a qədər ciddi karantin rejimi elan olunacağını bildirib. O, həmçinin, qeyd edib ki, Bakı, Gəncə, Yevlax, Sumqayıt, Lənkəran şəhərləri və Masallı, Cəlilabad, Abşeron rayonları üzrə SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq qaydası tətbiq ediləcək, eləcə də ticarət mərkəzlərinin fəaliyyəti, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq.

Ekspertlər qeyd edirlər ki, dövlətin bu barədə qərar qəbul etməsinə yeganə səbəb vətəndaş məsuliyyətsizliyidir. Onlar hesab edirlər ki, vətəndaşlar məsuliyyətli davransaydılar, ölkəmiz çoxdan koronavirusla vidalaşa bilərdi. Hələ virusun ilk zəif dalğaları dünyada hiss olunduğu zaman Azərbaycan dövləti qabaqlayıcı tədbirlər görməyə başladı və bu yöndə hərtərəfli işlər həyata keçirməklə vətəndaşının sağlamlığına, təhlükəsizliyinə nə qədər önəm verdiyini ortaya qoydu. Amma çox təəssüf ki, bir qisim vətəndaşın buna əhəmiyyət vermədiyini və virusa məsuliyyətsiz yanaşdığını qeyd edən ekspertlərin sözlərinə görə, bunun nəticəsində də virus bu qədər yayıla bildi.

  • “...mövcud tədbirlərin görülməsinin 4 əsas səbəbi var”

Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə bildirdi ki, həm karantin rejiminin uzdılması, həm də ikihəftəlik xüsusi karantin rejiminin elan olunmasına səbəb vətəndaşların özləri olub. “Hesab edirəm ki, bu qərarın verilməsinə zərurəti elə vətəndaşlar özləri yaradıblar. Bizim başdan buraxdığımız səhv elə vətəndaş məsuliyyətsizliyi ilə bağlı olub. Yadınıza gəlirsə, virusun ilk günlərindən bizim sizinlə bu mövzuda çox söhbətimiz olub, “Bakı-Xəbər” TV-də bununla bağlı danışmışıq. Təəssüf ki, bizim əhali koronavirus bəlasını qarşılamağa hazır deyildi, hələ də hazır deyil. Aparılan maarifləndirmə işi də nəticə vermir. Bunun da səbəbi odur ki, maarifləndirmə mexanizmi lazımi səviyyədə deyil. İndiki maarifləndirmə 30 il əvvəlki qaydada aparılmamalıdır. Bu, yeni yanaşma tələb edən bir maarifləndirmə işi olmalıdır. Bu proses elmi əsaslarla aparılmalıdır. Mən bununla bağlı yeni təkliflər hazırlamışam və o təkliflər “İctimai liderlər” qrupuna da təqdim olunub, orada müzakirə edilib. Həmin qrupda millət vəkilləri də təmsil olunurlar. Mən həmin təkliflərdə maarifləndirmə işinin necə aparılması yollarını göstərmişəm. Maarifləndirmə işi aparılır, amma bu, əhaliyə təsir etmir.

Bir məqamı da deyim, hər gün Ələsgər Ələkbərov küçəsi ilə keçib gəlirəm. Ə.Ələkbərov küçəsi 12-də az qala bir aydır su borusu partlayıb və yerdə gölməçə əmələ gətirib, amma əlaqədar qurumlar o borunu təmir etmirlər. Bunun nəticəsində də gölməçədəki çirkab su ətrafa, evlərə çirkab yayır, insanlar üçün əlavə infeksiya mənbəyi yaradır. Koronavirusdan qorunmağa nə əhali hazırdır, nə də bəzi müvafiq qurumlar. Belə bir mənzərə yaranıb ki, camaata “maska tax” deyirik, evlərinə də çirkab sularla virus göndəririk. Bundan başqa, küçədə insanların çoxunu maskasız görürəm. Sosioloq olaraq mənim üçün maraqlı olduğu üçün küçədəki maskasız insanları saxlayıb soruşuram ki, siz nəyə etiraz edirsiniz, niyə maska taxmırsınız, sosial məsafə gözləmirsiniz? Deyir, ay müəllim, boş şeydir, virus yoxdur, bu bir siyasətdir. Deyirəm, onu sizə kim deyir? Bu gün vətəndaşlarımızın koronavirus infeksiyasına barmaqarası baxmasının və bunun nəticəsində də mövcud tədbirlərin görülməsinin 4 əsas səbəbi var. Mən bunu araşdırıb təhlil etmişəm. Azərbaycanda koronavirusun olmadığı barədə kimlərsə şayiə yayır, burada təxribatçı qruplar işlər görürlər. Birincisi, bu təxribatların yayılmasında maraqlı olanlar iri ticarət obyektlərinin, restoranların, şadlıq saraylarının, gözəllik salonlarının və şou-biznesin təmsilçiləridir. Onlar xalq arasında ciddi cəhdlə təxribatçı fikirlər, şayiələr yayırlar ki, “koronavirus yoxdur, bu uydurmadır”. Onların yeganə məqsədi odur ki, bu şayiə ilə camaatı öz obyektlərinə cəlb etsinlər, pul qazansınlar, camaat virusa yoluxur-yoluxsun, təki bunlar pul qazansınlar. Ən böyük nadanlıq budur. İkincisi, burada xarici qüvvələrin də maraqlarını istisna etmirəm. Azərbaycanı istəməyən qüvvələr fürsətdən istifadə edərək koronavirusun bir müharibə olduğunu zənn edib, bizə qarşı təxribatlar törədir və bizim ölkədə vəziyyətin daha da pisləşməsinə çalışırlar. Onlar çalışırlar ki, bu cür şayiələr çoxalsın. Üçüncüsü, camaatın özündə koronavirusla bağlı bir etinazsızlıq, əhlikeyflik var, “Allah qoruyacaq deyirlər, Allah heç kimə demir ki, sən get özünü bəlaya sal, mən səni qoruyacağam, Allah insana şüur, düşüncə verib.  Dördüncüsü, supermarketlərə girəndə görürsən ki, nə maska taxan var, nə sosial məsafə gözləyən, bundan əlavə, meyvə-tərəvəz, çərəz, çörək satan satıcıların da əlində əlcək, ağzında isə maska yoxdur. Bunlar hamısı infeksiya mənbəyidir. Hara baxırsan, orada insanların koronavirusa nadancasına yanaşmasının şahidi olursan və heyrətə gəlirsən. Bir qisim adam da keyfindən küçəyə çıxır, deyir ki, çıxmasam dünya dağılar. Bu cür yanaşma doğru deyil. Küçə də virus mənbəyidir. Küçəyə çıxırsansa, qaydalara əməl et”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, bəzi məmurlar da vətəndaşlara laqeyd yanaşır, öz məsuliyyətlərini dərk etmir, Prezidentin çağırışlarını icra etmirlər. “Prezident bu qədər işlər görür, çıxışlar edir, tələblər irəli sürür, çağırışlar edir, amma bundan bəzi məmurlar nəticə çıxarmır, öz üzərlərinə düşən vəzifəni icra etmirlər. Əhalinin laqeyd davranışları nəticəsində ölkəmizdə virusa yoluxanların sayı bu cür artdı. Ölkəmizdə karantin rejiminin sərtləşdirilməsi zəruri oldu. Televiziyaları şit, bayağı verilişlərdən uzaqlaşdırıb maarifləndirmə işinə səfərbər olmağa cəlb etmək lazımdır. Necə ki, İkinci Dünya Müharibəsi dövründə Sovet televiziyası və radiosu səfərbər olunmuşdu. Koronavirus müharibəsi İkinci Dünya Müharibəsindən də dəhşətli bir müharibədir. Evdə oturduğun yerdə bu infeksiyaya yoluxa bilərsən. Bu istiqamətdə görüləcək işlərimiz çoxdur” - deyə Ə.Qəşəmoğlu vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ