Cümə günü, 13 noyabr 2026
     

İgid ömrü - Onuncu yazı

Image


 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq.

Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

“Füzuli oğuluydu, oğul!”

Komandir Sərvərin dünyamızdakı sonuncu günü

Sabirabadadır yolumuz. Mesxeti türklərinin məskunlaşdığı Axısxa kəndində yaşayan, əslən Mesxeti türkü Sərvər Rəcəbovun görüşünə tələsirik. Ömrünün əhəmiyyətli hissəsini qəhrəmanlıqla xərcləmiş sabiq Xocalı döyüşçüsü, Xocalı Özünümüdafiə batalyonunun qərargah rəisi, kapitan, “Azərbaycan bayrağı” ordenli Sərvər Rəcəbovun. Füzuli haqqında bilgilənməkdi məqsədimiz. Azərbaycan ordusunun daha bir qəhrəmanıdı Sərvər. Onunla sadəcə görüşməyin belə fəxarət olduğunun fərqindəyəm. Üstəlik o, Füzuli Rüstəmovun - Milli Qəhrəmanımızın igidliklərinin canlı şahidlərindən biri kimi əvəzsiz məlumat mənbəyidi məndən ötrü.

Sabirabada artıq sizləri mümkün qədər yaxından tanış edə bildiyim Xocalı aeroportunun milis işçisi olmuş, Füzuli Rüstəmovun yaxın dostu, qonşusu, əməliyyatlar yoldaşı Nazim Hüseynovun maşınıyla gedirik. İkimizik. Yolboyu Nazimdən Füzuli ilə bərabər Sərvərin də xarakteri, kimliyi barədə məlumatlar alıram. Nazim sorğularımı kifayət qədər dolğun cavablandırır (arabir söhbətimiz Xocalının keçmişinə - soydaşlarımızın xocalılı günlərinə, ordakı yaşam tərzinə, hətta ermənilərlə o zamankı münasibətlərin bəzi detallarına qədər uzanır. Axtarışlarımın buna bir o qədər dəxli olmadığından o məlumatları buraya əlavə etmirəm – N.Z.). Əldə etdiyim məlumatlardan qaynaqlanan suallarımı və ona verilən cavabları isə Sərvərin öz dilindən təqdim edəcəyəm sizlərə. Soruşduqlarım mənim jurnalist marağımın “obyekti” hərtərəfli, yaxşı öyrənmək istəyinin büruzə verilmiş hissəcikləridir.

...Bu da Axısxa. Sabirabad rayonunun mərkəzindən təxminən 30 kilometr məsafədə yerləşən kəndin müasir standartlara cavab verəcək magistral yolu var. Deyilənə görə, bu rahat yolun yaşı çox deyil. Yaxın illərdə ərsəyə gətirilib. Kəndin içərisinə bir qədər girib Sərvərin evini soraqlayırıq. Qarşımıza çıxan ilk adamlar evin yerini göstərəndə onların çöhrəsində qəribə bir nigarançılıq, narahatlıq hisslərinin baş qaldırdığı diqqətimizi cəlb edir. Əbəs deyilmiş bu təlaşlar... Sərvəri çarpayıda, ölüm yatağında görürük. Komandir heç qalxıb bizimlə ayaq üstə görüşmək iqtidarında da deyil. “Qara ciyər serrozu” pəhləvan eloğlumuzu elə sarıb ki...

Vəziyyəti ilə maraqlanırıq. Ayaqları şişkin, iştahı yox. Kənd camaatı dəstə-dəstə onu yoluxmağa, əslində üzə vurmasalar da, onunla vidalaşmağa gəlir. Onlardan biri dedi ki, iki gün öncə sonuncu dəfə Sabirabad rayon xəstəxanasında ciyərindən su çəkiblər Sərvərin. Ailə üzvləri, doğmaları narazılıqlarını da izhar etdilər ki, belə bir döyüşçü ölüm yatağındadır, ancaq rayon rəhbərliyindən onunla maraqlanan yoxdur. Həkimlərin dediyinə görə isə, qara ciyər köçürülsə komandirin həyatını xilas etmək mümkün ola bilər.

“Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır

Söhbətimizi bir qədər yubadıb, elə Axısxadaykən paytaxtda fəaliyyət göstərən bir neçə internet portallarına və  sosialyönümlü televiziya verilişlərinin müəlliflərinə telefon açdım. Özüm tez-tələsik media qurumlarımıza aşağıdakı məzmunda müraciət hazırladım:

Əziz media qurumları! Əziz dostlar!

Respublika Xatirə Kitabının xəttilə Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov haqqında yazdığım kitaba materiallar toplamaq üçün Sabirabad rayonuna ezam olunmuşam. Səfərdən məqsədim burada - mesxeti türklərinin məskunlaşdığı Axısxa kəndində yaşayan sabiq Xocalı döyüşçüsü, Xocalı Özünümüdafiə batalyonunun komandiri, kapitan,  “Azərbaycan bayrağı” ordenli Sərvər Rəcəbovla həmsöhbət olmaqdır.

Xocalılı döyüşçülərdən olan Nazim Hüseynovun bələdçiliyi ilə baş tutan səfərimiz zamanı bu qəhrəman komandirin sağlıq durumu əhvalımızı korladı. Sərvər Rəcəbov hazırda “qara ciyər serrozu”ndan əziyyət çəkir. Həkimlər onun ciyərinə yığılan suyu çəkməklə öz işlərini bitmiş hesab edirlər. Lakin doğmalarının xüsusi narahatlıqla verdikləri məlumata görə, qəhrəman döyüşçümüzün sağalması tamamilə mümkündür. Bunun üçün sadəcə olaraq ailənin imkanları çox məhduddur.

Əziz dostlar!

Məlumat üçün bildirim ki, Sərvər Rəcəbov Özbəkistanın Fərqanə vilayətindəki hadisələrdən dolayı oradan didərgin düşmüş mesxeti türklərindəndir. Azərbaycana gəldikdən sonra isə Xocalıda məskunlaşaraq burada milis (polis) sıralarında xidmət edib. Bu zaman Xocalıya ermənilərin hücumları başlayıb. Ona görə də S.Rəcəbov Xocalı Özünümüdafiə batalyonunu yaradaraq Xocalı ətrafında postların qurulmasını və şəhərin qorunmasını təşkil edib. 1989-cu ildən 26 fevral 1992-ci ilə - Xocalı soyqırımı gününə qədər. Həmin gün o da ailəsi – anası, qardaşı və cəmi beş gün əvvəl doğulmuş körpəsini götürüb Xocalı əhalisi ilə birgə böyük məhrumiyyətlərdən keçərək Ağdam ərazisinə gəlib çıxa bilib.

Sərvər ailəsini təhlükəsiz yerə çıxardıqdan sonra yenə Qarabağa – ermənilərlə döyüşə qayıdıb və Xocalı batalyonunu bərpa edib. Burada da böyük qəhrəmanlıqlar, şücaətlər göstərib. Xalqımız qarşısında fədakarlıqlarını nəzərə alan mərhum dövlət başçısı Heydər Əliyev Sərvər Rəcəbovu “Azərbaycan bayrağı” ordeni ilə təltif edib.

Əziz dostlar!

Həyatını Azərbaycan uğrunda səfərbər etmiş Sərvər Rəcəbovun indi Azərbaycan dövlətinin və xalqının yardımına ehtiyacı var. Sərvərin ailəsi onun müalicəsinə kömək etmək üçün müvafiq dövlət qurumlarına, imkanlı şəxslərə müraciət etməyinizi, ən azı sabiq döyüşçünün sağlıq durumunun kritikliyini ictimailəşdirməyinizi istəyir. Bu həyəcan təbilinin iştirakçısı olmaqsa hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur...

Bu məzmunda müraciəti əksər media qurumlarına təcili ünvanladım. “Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır” başlıqlı yazı ilə Modern.az, Day.az, Publika.az, Avropa.info və digər saytlarda çalışan dostlarımız həmin məlumatı anındaca tirajladılar. Bu bizi bir qədər ürəkləndirdi də...

“Ruhu bizimlə qalar”

Bir gün sonra bu məlumatı daha geniş media şəbəkəsinə çıxarmaq istəyirdim ki, bu anda... artıq dostlaşdığımız Nazim mənə telefon açdı. Və həyəcanlı səslə Sərvərin dünyasını dəyişməsi xəbərini verdi. Bu xəbəri almaq mənim üçün də çətin oldu. “Azərbaycan bayrağı” ordenli döyüşçümüz, məşhur qəhrəman, əslən mesxeti türkü olan Sərvər Rəcəbovun dünyasını dəyişməsi xəbərindən ikimiz də sarsıldıq. Nə yaxşı ki, onun müsahibəsini yaza bilmişdim. Müraciətimin ardınca Sərvərin ölüm xəbərinə yazdığım başsağlığı-nekroloqunu mediaya ünvanlayası oldum. Nekroloqu da bir çox media qurumları mənə istinadla məyusluqla ictimailəşdirdilər. Sosial şəbəkələrdəki dostlar başdan-başa Sərvərin ölümündən yazdılar. Şair-publisist dostumuz Əli Rza Xələfli nekroloqun altından belə bir şərh yazmışdı: “Ruhu bizimlə qalar, inşallah, səsi isə dostum Nəzirməmməd Zöhrablının qələmində görüşümüzə gələr”.

Gözəl yanaşmaydı. Qəhrəmana qəhrəmansayağı əsgər sayğısı olsun bu biz dostlardan. Rahat yat, komandir! Kaş biz də sənin ruhuna Xocalının azadlıq salamını ərməğan edə bilək!

Sərvər: “Füzuli tüfənglə erməniləri gəbərdə-gəbərdə meşələri gəzirdi”

Nazimlə gəldiyimi görüb çox sevinir. Yataqdan qalxa bilməsə də, keçmiş döyüşçü dostlar bir-birinə sarılıb xeyli qucaqlaşıb öpüşürlər. Bu anı bütün təfsilatı ilə yazıya gətirmək çox çətindi, onu ancaq əyani şəkildə gözlə görmək mümkün idi. Üstəlik, onların görüşünə səbəb olmağımın fərəhini yaşamaq səadətinin mənə verdiyi rahatlığın da bu məqamda xüsusi yeri görünürdü!..

Bütün varlığı və manerası ilə hərbçi xarakterini bu halında da canında yaşadan Sərvərin Nazimdən ilk soruşduğu söz dostunun övladları barədə olur. Nazim “böyük oğlum bu yaxınlarda karate və keplinq dzü-do üzrə üçqat dünya çempionu oldu” deyən kimi dostunun övladının uğurundan sonsuz mütəəssir olan Sərvərin sevincdən gözləri yaşardı. Sabiq hərbçi-komandir bu anda bəlkə də bütün ağrılarını unudaraq bizimlə söhbətə davam etdi. İlk yadına düşən oğlunun Xocalı faciəsindən az öncə doğulması faktını xatırlaması oldu:

- Xocalı faciəsi günü mənim oğlum Azad cəmisi beş gün idi doğulmuşdu.

- Siz Xocalıya Fərqanə hadisələrindən sonra gəlib çıxmısız?

- Bəli.

- Bəs necə oldu ki, sizi Xocalıda məskunlaşdırdılar?

Sərvəri yoluxmağa gələn həmkəndlilərindən biri kənardan müdaxilə edir söhbətimizə:

- Demişdilər orda fin evləri tikiblər, gedin yerləşin o evlərdə.

Sərvər etiraz edərək söyləyir ki, Xocalıda məskunlaşmalarının əsas səbəbi bu deyil. Əslində o da, qardaşı da polis işçisi olduqlarından onları Stepanakert (Xankəndi – N.Z.) polis idarəsinə göndəriblər. Böyük qardaşı polkovnik, o isə baş leytenant rütbəsində olub o zaman. Onları buraya Daxili İşlər Nazirliyindən təyin edibmişlər.

- Köçdünüz ora, fin evlərində yaşamağa başladınız...

- Hə. Qardaşımı Şuşa həbsxanasına rəis müavini təyin etdilər, məni isə Xocalıya verdilər.

Bu zaman bizə evdə bişirilən “özbək plovu” gətirirlər. Ac olmadığımızı deyirik. Sərvər bir zabit təkidilə “əgər çörəyimdən yeməsəniz, danışmayacağam!” deyəndən sonra Nazimlə hərəmiz bir az plovun dadına baxmalı oluruq. “Özbək plovu” mənə Uzaq Şərqdə - keçmiş SSRİ-nin Xabarovsk vilayətindəki hərbi qulluq illərimi xatırladır. Orda aşbaz işləyən özbək əsgərlər bu plovdan bişirərdilər xüsusi, əlamətdar günlərdə. Təbii ki, bizim plov bütün çeşidlərilə daha dadlı-ləzzətlidir. Ancaq əsgər üçün o zaman fərqli nəyinsə, xüsusilə plov adına nəyinsə ələ düşməsi xüsusi bir bayram ovqatı sərgiləyirdi. Əlqərəz, bu plovun adını eşidincə bir anlığa 35 il öncəyə qayıdıram xəyallarımda. Bu öz yerində, amma fürsəti fövtə vermək olmaz. Sərvərin könlünü qırmamaq və onu danışdırmaq lazımdı. Açığı, Sərvərin bu halını gördüyümüzdən iştahla yeyə bilmirik. Yoxsa “özbək plovu”nun tanış-nostalji dadına baxmaq elə də pis olmayacaqdı. Əlqərəz, iştahsız da olsaq, Sərvəri razı salmaq üçün bir az yeyib söhbətimizə davam edirik. Deyir Füzulini Xocalıya düşən kimi tanıyıb. Səbəbi Füzulinin qoçaqlığı, o çətin günlərdə fərqlənməyi, ermənilərə rahatlıq verməməyi olubmuş.

- Baş qərargah rəisi olduğunuz Xocalı Özünümüdafiə Batalyonunu yaratdıqdan sonra onun tərkibinə qoşulduğuna görə tanış oldunuz Füzuli ilə?

- Yox. Ondan xeyli əvvəldən. Füzuli oğuluydu, oğul! Füzuli bir yerdə dayanıb-duran oğul deyildi. Gecə-gündüz çiynində tüfəng gəzərdi meşələri. Erməniləri gəbərdə-gəbərdə. Heç kim getməsə də, o bu Nazimgillə bərabər gedib erməninin “anasını ağladıb” gəlirdi. Əsgəranda, Həsənabad kəndində, başqa kəndlərdə. Çox “boyevoy” (döyüşkən – N.Z.) oğlan idi.

- Sərvər müəllim, mən sizə demişdim telefonda. Məlumunuz olsun deyə bir daha bildirim ki, bu, Mədəniyyət Nazirliyi Xatirə Kitabı redaksiyası ilə “Bakı Xəbər” qəzetinin birgə layihəsi əsasında yazılan kitabdı. Hər dəfə bir şəhidimizə həsr olunur. Bu dəfə məsləhət oldu ki, Füzulidən yazılsın, Füzulinin bir bacısından başqa heç kiminin olmadığını söylədilər. İndi biz o kitabı çapa hazırlayırıq. Füzulinin bacısı Fiqurə xanımı da, Nazimi də, digərlərini də danışdırmışam. İndi növbədə sizsiniz həmsöhbətim...

- Lap yaxşı. 1989-cu il noyabrın 19-da Xocalı Özünümüdafiə Batalyonu yarandı. 1990-cı ilin yanvarında isə tam fəaliyyətə başladı. Batalyonun əsas funksiyası oldu camaatı, kəndi qorumaq, növbə ilə erməniyə qarşı səngərlərdə, postlarda dayanmaq, bir də əməliyyatlar keçirmək. Bu idi fəaliyyətimiz. Batalyona ilk qoşulanlardan biri Füzuli oldu.

- Məsələn, Nazim deyir ki, ən çətin, ən etibarlılıq tələb edən işləri Füzuliyə həvalə edirdik. Hətta Əlif Haciyevlə məsləhətləşib sonradan Azərbaycanın Milli Qəhrəmanı adını almış cəsur döyüşçü, Xocalıda yaralı yatan Aqil Quliyevi Ağdama çatdırmağı da Füzuliyə tapşırmağı planlaşdırıbmışlar. Sadəcə olaraq, plan Xocalının sonuncu günlərinə təsadüf etdiyindən, yollar çox təhlükəli olub deyə, nəticədə bu niyyət baş tutmayıb...

- Çox qəhrəman oğul idi. Nədənsə çəkindiyinin şahidi olmadım. Hara desən başı üstə gedirdi. Getdiyi işi də yüz faiz yarıdıb qayıdırdı. Gedib kəşfiyyat aparırdı. Gəlib xəbər verirdi ki, orada nə qədər erməni, nə qədər silahları var. Çox zaman onların silahlarını götürüb gətirirdi. İnanın ki, Füzuli batalyonu silahla təmin edirdi.

Nazim qoşulur bu yerdə söhbətimizə:

- Hələ tikiş fabrikində qarovulçu işləyəndə, inanın Allaha, ermənilərin Əsgəranda bizim tələbələri daş-qalaq etdiyini eşidən kimi, gedib hardansa bir tir tüfəngi alıb gətirdi, başladı ermənilərə divan tutmağa.

Sərvər:

- Dəfələrlə atla getdi Ağdama, ordan silah-sursat gətirdi gizli meşə yollarıyla. Nə qədər patron tapıb gətirmişdi. Xatırlayıram, Ağdamdan bir xəbər də gətirmişdi. Ona demişdilər ki, siz tərəfə ermənilərin iki BTR-i, üç hərbiləşdirilmiş ZİL maşınları gəlir. Neyləyirsiz, eləyin! Ay Ağdam, sizin eləmədiyinizi biz necə edək axı?! Nə isə. Bax bu Nazim orda başçı kimi, bir də rəhmətlik Aqilin əsgərləri həmin texnikanın qabağına beton parçaları yığdılar. Erməniləri orda ilişdirib tərksilah elədik. BTR-in içindəkilər tabe olmaq istəmirdilər. Rəhmətlik Hikmət Nəzərli qranatı soxdu BTR-in içinə dedi hamımız burda partlayacağıq. Ordakı ermənilər də qorxularından tərksilah oldular. İki zabit, iyirmi iki əsgəri tutduq. Maşınların içərisində çoxlu silah-patron, ərzaq var idi. Onların hamısını gətirdik kəndə. Səhəri gün Gəncədən general Şapoşnikov gəldi ki, o şeyləri verməlisiz, yoxsa Xocalını məhv edəcəyik, dağıdacağıq. Biz də ərzağı, patrondan da xeylisini boşaltmışıq. BTR-in birini biz götürmüşdük, birini Hikmət. Bizimkini Füzuli sürürdü. Sonra məcbur olduq qaytaraq. Füzuli BTR-in içərisindəki aparatların hamısını sökdü darmadağın elədi, yararsız hala saldı. Nə isə, ZİL-lərlə o BTR-i apardıq verdik, ancaq Hikmət qaytarmadı özündəki BTR-i, çəkdi kəndin qırağında saxladı, dedi ala bilirsiniz, gəlin döyüşlə alın.

Sonra sabiq komandir bizə Bozdağ əməliyyatından söhbət açdı:

- Bozdağda əməliyyat keçirdik. Bizi “Alazan”la vururdular hər tərəfdən. İyirmi adamla getmişik, sən demə orda səksən nəfər erməni yığılıbmış. Satqınlar xəbər veribmiş bizim hücum edəcəyimizi. Bizi orda səksən erməni gözləyirmiş. Güc-bəla canımızı qurtardıq ordan. Füzuli necə gözəl döyüşdü orda. Ermənilərin üç UAZ maşınını partlatdıq. “Alazan”larını partladıb saldıq dağdan aşağıya. Bizdən də biri yaralandı. Adını unutmuşam (Nazim köməyə gəlir. Deyir yaralanan Xocalı polis bölməsinin baş leytenantı Tusi adlı döyüşçü olub. Tusi sözünü eşidəndə Sərvər onu da xatırladı – N.Z.). 

- Bozdağ deyilən yer hara idi?

(Ardı var)
Nəzirməmməd ZÖHRABLI
Jurnalist-publisist




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ