Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda onlayn tədrisə böyük maneə - internetin sürətindən narazılıq var

Image


Ölkədə koronavirusla bağlı karantin rejimi yumşaldılsa da, təhsil və bir sıra xidmət sahələrində işlər hələ ki, onlayn qaydada aparılır. Məlumdur ki, 3 martdan etibarən 4447 orta məktəbdə təhsil alan 1,6 milyon şagird üçün dərsin normal axarı pozulub. Lakin Təhsil Nazirliyi 11 martdan başlayaraq teledərs, 2 apreldən etibarən "Virtual məktəb" layihəsi ilə şagirdlərə təhsilin əlçatanlılığını təmin etməyə çalışır.

Distant iş prosesi birbaşa internet resursları tələb etdiyi üçün, bir çox hallarda, problemlər yaranır. Tədris prosesində müəllimlər və tələbələr internetin sürətindən narazı qalırlar. Bildirirlər ki, provayderlərə müraciət etsələr də, problem öz həllini tapmır.

  • Günel Gözəlova: “Mütəxəssislərimiz istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə…”

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirdi ki, mütəxəssislərimiz istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik tədbirlər həyata keçirirlər: "Məlum olduğu kimi, COVID-19 pandemiyası dövründə ölkədə, xüsusilə paytaxtda bir çox şirkət onlayn rejimdə fəaliyyət göstərir və dərslər onlayn qaydada keçirilir. Bununla əlaqədar genişzolaqlı şəbəkədə əhəmiyyətli dərəcədə trafik artımı müşahidə edilir. Bəzən seçdiyi xidmətlər və ya evində yerləşdirdiyi paylayıcı qurğular vətəndaşın bu müddət ərzində artan tələblərinə cavab vermir. Bununla yanaşı, göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral xətlərə daim nəzarət edilir. Fəaliyyət göstərən özəl internet provayderlərə, həmişə olduğu kimi, dəstək verilir. Onlara imkan yaradılır ki, müştərilərinə kəsintisiz internet xidməti göstərsinlər. Vətəndaşların internet xidmətindən istifadə etməsi və xidmətlərə qoşulması üçün bütün imkanlar yaradılır".

G.Gözəlova onu da əlavə etdi ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarının genişləndirilməsinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət olunub: "Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış “Virtual məktəb” layihəsinə dəstək çağırışına artıq “Azercell” qoşulub. Şirkət “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və “Azercell” abunəçisi olan 25 mindən çox müəllim-pedaqoji heyətin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 AZN dəyərində 5 GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verir".

  • Kamran Əsədov: “Bakıda internet problemi ciddi olmasa da, regionlarda çalışan bir çox müəllim üçün bu çətin məsələdir”

Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, onlayn dərslərdə müəyyən çatışmazlıqlar yaşanır: “Burada ən çox etiraz doğuran məqam internetin zəifliyi, ya da ümumiyyətlə, olmamasıdır. Bakıda internet problemi ciddi olmasa da, regionlarda çalışan bir çox müəllim üçün bu çətin məsələdir. Müəllimlərin əksəriyyətinin interneti yoxdur, meqabaytdan istifadə etsə, o da zəif və çox bahadır. "Zoom" proqramına, "Virtual məktəb"ə qoşulmaq olmur, müəllim yalnız votsap qruplarında dərs keçməli olur. Bölgələrdə çox az müəllim onlayn dərs keçir, şagirdlərin 60-70 faizi onlayn dərslərdə iştirak edə bilmir. Rayonlarda "Virtual məktəb"dən söz gedə bilməz. Uşaqların özünün şəxsi telefonu, kompyuterinin olmaması onların onlayn dərslərdə iştirakına mane olur. Ata və anası işdə olanlar dərslərdə iştirak edə bilmirlər. Buna görə də təhsilin əlçatanlılığı təmin olunmayıb. Digər bir məqam valideynlərin, uşaqların müəllimə yersiz və zamansız səsli, uzun mesajlar yollamasıdır. Bu da müəllimin vaxtını çox alır. Bu qədər şagird və valideynə cavab vermək qeyri-mümkündür. Daha bir problem mobil operatorların internet tarifləri ilə bağlı heç bir güzəşt etməməsi ilə əlaqədardır. Əgər mobil operatorlar və internet provayderləri tərəfindən internet güzəştləri olsa, həm muəllimlər, həm də şagirdlər daha yaxşı nəticələr göstərər, daha həvəsli olarlar. Çünki 40 dəqiqəlik "Zoom" proqramı ilə bir dərsi keçmək müəllimə azı 10 manata başa gəlir. Bunu gündəlik dərslə hesablasaq, müəllim üçün nə qədər baha olduğunu görərik. Şagirdlərə dərs vaxtı kənardan edilən müdaxilələr, kömək cəhdləri, uşaqların muəllimi aldatmaq cəhdləri məsələnin digər mənfi tərəfidir. Yəni cavabları kitaba baxıb vermək halları ola bilir. Çünki müəllim monitordakı görüntülərə eyni vaxtda baxa bilmir. Onlayn dərs şagirdlərin telefon, kompyuter və internetdən asılılığına səbəb ola bilər. Normal dərsə qayıtdıqdan sonra 2 aylıq vərdişin qısa müddətdə aradan qaldırılması inandırıcı deyil. Şagirdlər bundan sonra daha çox telefonu istəyəcəklər. Şagirdlərin sosiallaşmasının, canlı ünsiyyətinin olmaması da ciddi problemlərdəndir. Yalnız virtual münasibətlər formalaşır ki, bu da onların psixoloji dayanıqlılığına mane olur. Yəni biz bilik verə bilirik, amma bacarıqları forlmalaşdıra, onları psixoloji tərbiyə edə bilmirik".

  • Osman Gündüz: “Provayderlər verdikləri internetin sürətinə nəzarət etməlidirlər”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzun sözlərinə görə, provayderlər verdikləri internetin sürətinə nəzarət etməlidirlər: “Provayderlər və telefon qovşağı istifadəçiyə yüksək sürətli internet verməyə borcludur. Ümumiyyətlə, provayder hər bir şəraiti nəzərə almalı, yüksək göstəricilərə cavab vermək üçün monitorinq keçirməli, xətləri test etməli, antenalar, ötürücülər, həmçinin, şirkətin ofisindəki internet ötürücü avadanlıqları yoxlamalı, yüksək vəziyyətə gətirməlidir. İstifadəçi internet çəkdirən zaman müəyyən sürət seçir və buna əsasən müqavilə bağlayır. Əgər istifadəçidən asılı olmayan səbəblərdən müqavilədə qeyd edilən və hər ay abunəhaqqı ödənilən internet sürəti zəifləyir və ya kəsilirsə, istifadəçi buna görə provayderi məhkəməyə verə bilər".

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ