Cümə günü, 13 noyabr 2026
     

Tələbələr keçmədikləri dərslərin də haqqını ödəyiblər - bəzi təhsil haqları geri qaytarıla bilərmi...

Image


Məlum olduğu kimi, ölkəmizdə koronavirusla mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə bu il mart ayının 3-dən etibarən Azərbaycanda tədris-təlim müəssisələrində tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Bu gün orta, orta ixtisas, peşə təhsili müəssisələrində və ali məktəblərdə təhsil alanlar evdə onlayn şəkildə dərslərini davam etdirirlər.

Bildiyimiz kimi, ölkəmizin ali məktəblərində təhsil həm ödənişli, həm də ödənişsiz əsaslarla həyata keçirilir. Bir çox ali məktəb tələbələrdən illik təhsil haqqının tam hissəsini alıb, bəziləri isə ödənişin iki dəfəyə həyata keçirilməsinə razı olub. Odur ki, bir sıra ali məktəblərdə ödəniş iki dəfəyə qəbul edilib. Tələbələrin də əksəriyyəti həm birinci, həm də ikinci yarımildə təhsilini davam etdirmək üçün ali məktəblərə ödənişlər ediblər.

Qeyd etdiyimiz kimi, pandemiya ilə əlaqədar olaraq tələbələr bir neçə aydır dərsə getmirlər. Onların xeyli hissəsi onlayn şəkildə təhsillərini davam etdirsə də, bəziləri müəyyən texniki səbəblərdən dərslərə onlayn davam etmirlər.

Pandemiya dövründə ali məktəblər tələbələrin ödədiyi təhsil haqqının müəyyən məbləğini geri qaytara bilərmi?

Ekspertlərin əksəriyyəti hesab edir ki, ali məktəblər keçilməyən dərslərə görə tələbələrin ödədiyi təhsil haqqının müəyyən faizini ya tələbənin özünə qaytarmalı, ya da növbəti tədris ilinə hesablamalıdırlar. Onlar qeyd edirlər ki, oxuduğu ali təhsil müəssisələrinə ikinci yarımil üçün ödəniş etməyən tələbələrə də universitetlər maliyyə güzəştləri etməlidirlər. Ekspertlərin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib.

Ali məktəblər də dövlətin bu qərarına dəstək məqsədilə tələbələrin təhsil haqqına güzəştlər etməlidirlər. Bunun daha məntiqli olduğunu deyən ekspertlər hesab edirlər ki, bir çox tələbə təhsil haqqını tam ödəyib, onların təhsil haqqının müəyyən hissəsinin qaytarılması daha məntiqli olardı.

Bunun pandemiya dövründə tələbələrin özlərinə və ailələrinə müsbət təsir edə biləcəyini deyən ekspertlərin fikrincə, bu barədə ali məktəblər qərar verməlidirlər. Tələbə keçmədiyi dərsə görə vəsait ödəyibsə, o vəsaitin geri qaytarılmasının daha uyğun olduğunu deyən ekspertlərin bildirdiyinə görə, xüsusən də özəl ali məktəblər ilk olaraq bu addımı atmalıdırlar. Özəl ali məktəblərə sahibkarlıq subyekti kimi pandemiya dövründə dəyən ziyana görə dövlət tərəfindən maliyyə yardımı ayrıldığını qeyd edən ekspertlər bildirirlər ki, dövlət sahibkarın ziyanını ödəyirsə, sahibkarlıqla məşğul olan ali məktəb də tələbənin ziyanını ödəməlidir.

  • “Təhsil Nazirliyi tədrisin məsafədən idarə olunması ilə bağlı lazım olan addımları atdı”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov bizimlə söhbətində məsələyə belə şərh verdi: “Bildirim ki, universitetlərdə ödəniş haqqı I kursda ilin əvvəlində tələb olunurdu, I kursdan sonra isə iki dəfəyə ödənilirdi. Keçən il Təhsil Nazirliyi ali məktəblərə çox humanist bir çağırış etdi. Nazirlik, eyni zamanda, ali məktəblərə tövsiyə etdi ki, universitetlər insanların maddi durumunu nəzərə alsınlar. Yəni kimin imkanı varsa, təhsil haqqının tam məbləğini ilin əvvəlində ödəyə bilər, kimin onu hissə-hissə ödəmək imkanı varsa, ona hissə-hissə ödəmək imkanı yaradılsın. Ali məktəb müəssisələri nazirliyin bu humanist çağırışına qoşuldular və təhsil haqqının bir neçə mərhələdə ödənilməsinə şərait yaratdılar. O ki, qaldı tədrisin məsafədən idarə edilməsi, pandemiya ilə əlaqədar olaraq tədris müəassisələrinin bağlı olması səbəbindən ödənişlərin geri qaytarılması məsələsinə, açığı, mən burada bir qədər fərqli düşünürəm. Düşünmürəm ki, ali məktəblər həmin vəsaiti tələbəyə geri qaytarmalıdırlar. Çünki, əslində, pandemiya dönəmində Təhsil Nazirliyi tədrisin məsafədən idarə olunması ilə bağlı lazım olan addımları atdı. Hətta Azərbaycan dövlətinin məsafədən təhsillə bağlı reallaşdırdığı nümunəni dünyanın elm və təhsil tutumlu ölkələrindən biri olan Böyük Britaniya ay yarım sonra olduğu kimi öz ölkəsində tətbiq etdi. Məsələn, İngiltərə Azərbaycan versiyası olan teledərslərə keçən həftədən start verdi. Bu işi Azərbaycan nümunəsi üzərində qurdu. Yaxud 2 aydan sonra Ukraynada bu proseslər Azərbaycan nümunəsinə uyğun həyata keçirildi. Yəni Azərbaycan teledərslərin timsalında yeni bir nümunə yaratdı və bəzi ölkələr də bizdən götürüb həmin nümunələri tətbiq etdilər. Təhsil Nazirliyi təkcə orta məktəblərdə, orta ixtisas müəssisələrində deyil, həmçinin, ali məktəblərdə də təhsil alanların tədrisdən geri qalmaması üçün yenə də universitetlərə tələb olunan bütün dəstək və köməkliyi göstərdi. Düzdür, ADA, UNEC və bəzi ali məktəblər öz imkanları hesablarına distant təhsilə start verdilər. Distant təhsilin təşkil olunması ilə bağlı UNEC-də olanda gördüm ki, distant təhsil keçilir və bu proses ənənəvi təhsildən heç də geri qalmır və tələbələrin dərsə davamiyyət məsələsi yalnız tələbənin istəyindən asılıdır. Doğrudur, dərsdə iştirak etməməklə bağlı heç bir cəza metodları yoxdur. Amma tələbələr istəyirlərsə, bu dərslərə qoşula bilərlər. Eyni zamanda, həmin dərslər elektron variantda bazada yerləşdirilir, ondan sonrakı mərhələdə də istifadə etmək olar. Ali təhsil müəssisələrinin çoxu baxmayaraq ki, məsafədən tədrisi idarə edir, amma növbəti mərhələdə bu prosesə qoşuldular. Demirəm ki, hamısında dərslər idealdır, amma qoşulublar”.

İ.Orucov qeyd etdi ki, bu məsələdə ali məktəblər yalnız zamanında distant təhsilə keçidlə bağlı lənglik göstərdiklərinə görə qınana bilərlər. “Bu prosesin vaxtında icra olunmaması ali məktəblərdə birbaşa rektorların günahıdır. Məsələn, necə olur ki, Gəncədəki Aqrar Universitetdə məsafədən təhsil mükəmməl şəkildə həyata keçirilir, amma Bakının mərkəzində olan ali məktəbdə distant təhsillə bağlı problem yaranır. Məsələ burasındadır ki, pandemiya dövründə bizim universitetlərin çoxunun belə hallara, fövqəladə vəziyyətlərə hazır olmadığı, müasir çağırışlardan geri qaldıqları məlum oldu” - deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ