Cümə günü, 13 noyabr 2026
     

Zəncəfili koronavirus dövrünün ən bahalı və ən populyar məhsuluna çevirənlər kimdir…

Image


Son günlər Azərbaycanın istehlak bazarında bəzi məhsulların qiymətində kəskin artım müşahidə edilir. Koronavirus təhlükəsinin insanları təhdid etdiyi ilk dövrlərdə ölkəmizdə sarımsağın qiyməti birdən-birə 15 manata qalxdı. Ardınca isə zəncəfilin qiymətində az qala on qat bahalaşma baş verdi.

Məsələn, zəncəfilin 1 kiloqramının qiyməti 5-6 manatdan indi 45-50, bəzi mağazalarda isə 60 manata qalxıb. Hazırda iri supermarketlərdə, istehlak məhsullarının satıldığı digər obyektlərdə zəncəfilin qiymətinin kəskin surətdə artmasının səbəbləri həm mediada, həm də sosial şəbəkələrdə geniş müzakirə edilir. Onu da qeyd edək ki, sosial şəbəkələrdə zəncəfilin qiymətinin kəskin başalaşması ilə bağlı məlumatlar, bazar və marketlərdən çəkilən fotolar davamlı olaraq yayılır. Həmin fotolardan zəncəfilin 1 kiloqramının 45 manata satıldığı görünür, heç bir rəsmi qurum isə bahalaşmanın səbəbinə izah vermir.

  • Zəncəfil ölkəmizə haradan gətirilir və bu məhsulun qiymətini kimlər bahalaşdırıb?

Ekspertlərin sözləinə görə, koronavirusla bağlı insanlar immunitetlərini gücləndirmək üçün zəncəfildən geniş istifadə etməyə başlayıblar. İstehlakçıların zəncəfilə olan tələbatı isə bu məhsulun qiymətinin bahalaşdırılması ilə bağlı bəzi işbazların əlinə fürsət verib.

  • Sadiq Qarayev: “Zəncəfil bizim ölkəyə xaricdən gətirilir, həm bu amil, həm də onun həddindən artıq reklam edilməsi...”

Zəncəfilin Azərbaycana əsasən Şərqi Asiya ölkələrindən gətirildiyini deyən biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Sadiq Qarayev baki-xeber.com-a zəncəfil haqqında müəyyən məlumatlar verdi. “Zəncəfilin vətəni əsasən tropik  bölgələrdir. O xüsusilə Çində, Avstraliyada, ümumiyyətlə, Şərqi Asiyada daha çox yayılıb. Onun əsasən köklərindən istifadə olunur. Zəncəfilin kökləri efir yağları ilə zəngindir. Xüsusi ətirli efir yağları ilə zəngin olduğu üçün ondan qida sənayesində müxtəlif məqsədlərlə istifadə edilir. Zəncəfilin tərkibində 400-dən çox birləşməyə rast gəlinir, bir sıra vitaminlərlə zəngindir. Zəncəfil Quranda da adı keçən bitkilərdən biridir. İnsanlar qədim dövrlərdən ondan müxtəlif məqsədlər üçün istifadə ediblər. Xüsusən də Çində, Hindistanda xalq təbabətində geniş istifadə olunur. Soyuqdəyməyə, revmatizmə və sair xeyirlidir, ağrıkəsici, tərlədici xassəyə malikdir.  Bu da onun bədənin immun sisteminin gücləndirilməsi üçün vacib olan bir bitki olduğunu deməyə əsas verir”.

S.Qarayevin fikrincə, zəncəfilin bir sıra xəstəliklərin mülalicəsində istifadə edilməsi o demək deyil ki, bu, xəstəlikləri tam şəkildə müalicə edir. “Zəncəfilin qiymətinin artımına gəlincə, hesab edirəm ki, bu onun həddindən artıq reklam edilməsi, insanlar arasında populyarlaşması, ona tələbatın artması ilə bağlıdır. Zəncəfil olmasın, bir başqa bitki də bu şəkildə reklam edilsəydi, insanlar onu araşdırmadan alacaq, daha çox istifadə edəcəklər. Belə halda da bu məhsulların qiyməti qalxır. Zəncəfil bizim ölkəyə xaricdən gətirilir, həm bu amil, həm də onun həddindən artıq reklam edilməsi, ona istehlakçı tələbatının artması onun qiymətinin bu şəkildə bahalaşmasına səbəb olub. Amma zəncəfilin 1 kiloqramına 45-50 manat verib almaq heç də istehlakçının nəzərdə tutduğu məqsədinə çatması üçün yetərli deyil. Hesab edirəm ki, virusla bağlı ən optimal və bütün dünyada qəbul olunmuş tədbir sosial izolyasiya, özünütəcriddir. Bu o virusun həndəsi silsilə ilə artmasının qarşısını almaq üçün dünyanın qəbul etdiyi yeganə vasitədir” - deyə alim vurğuladı.

  • Eyyub Hüseynov: “İnsanlar son zamanlar koronavirusa görə zəncəfildən, sarımsaqdan geniş istifadə edirlər”

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, qiymət artımı istehlakçının həmin məhsula tələbi ilə bağlı baş verib. E.Hüseynovun sözlərinə görə, bəzi işbazlar    varlanmaq məqsədini hər şeydən üstün tutaraq qiyməti qaldırıblar: “Bu gün zəncəfil bizə əsasən Çindən gətirilir. Zəncəfilin qiymətinin bu qədər bahalaşması birbaşa o məhsulu ölkəmizə gətirən şəxslərin biznes maraqları ilə bağlıdır. 

İnsanlar son zamanlar koronavirusa görə zəncəfildən, sarımsaqdan geniş istifadə edirlər, bu da işbazların bu məhsulun qiymətini həddindən artıq qaldırmasına şərait yaradıb. Məsələ burasındadır ki, bazar qiymətləri azaddır və dövlət qurumları qiymətlərə müdaxilə etmirlər”.

Zəncəfilin qiymətinin kəskin bahalaşması məsələsi ilə bağlı İqtisadiyyat Nazirliyinin mövqeyini öyrənə bilmədik.

Məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyindən  mətbuata verilən məlumata görə, nazirlik heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin formalaşmasında iştirak etmir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib ki, nazirliyin qiymətlərə müdaxilə etmək funksiyası yoxdur: “Bu bizə aidiyyəti olan məsələ deyil. Nazirlik heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin formalaşmasında iştirak etmir. Nazirliyin belə bir funksiyası yoxdur. Bu, sərbəst bazardır. Sosial şəbəkədə həmin şəkilləri mən də gördüm. Bu gün bir neçə marketə baxış keçirdim. Orada zəncəfilin qiyməti 9 manat 60 qəpik idi. Niyə belə baha qiymətə satırlar? Bunu artıq satandan soruşmaq lazımdır”.

İradə  SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ