Cümə günü, 13 noyabr 2026
     

Gömrük Komitəsi “Aeterna Farm” MMC-nin ittihamlarına tam aydınlıq gətirdi - VIDEO

Image


Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə özünü “Aeterna Farm” MMC-nin hüquqi nümayəndəsi kimi təqdim edən şəxs Dövlət Gömrük Komitəsinin ünvanına həqiqətə uyğun olmayan ittihamlar irəli sürüb.

Həmin şəxs iddia edir ki, ötən ilin sentyabr ayının 18-də Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı guya qanunsuz şəkildə “Aeterna Farm” MMC-nin anbarına daxil olub, “qanuni” əsaslarla, “dövlət rüsumu ödənilməklə” Azərbaycan Respublikasına gətirilən dərman vasitələri və tibbi avadanlıqları götürərək şirkətə maddi ziyan vurub, “işgüzar” imicinə xələl gətiriblər.

İddialara cavab olaraq bildiririk ki, “Aeterna Farm” MMC-nin anbarına baxış keçirilməsi, dərman və tibbi ləvazimatların götürülməsinə səbəb həmin hadisədən 2 gün əvvəl, yəni sentyabr ayının 16-da “Aeterna Farm” MMC-nin ünvanına gələn malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə cəhd göstərilməsidir.

Komitəsən baki-xeber.com-a bildirilib ki, sentyabrın 16-da Gürcüstan istiqamətindən “Qırmızı Körpü” gömrük postuna daxil olmuş Azərbaycan Respublikası vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi “DAF” markalı, 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobilində Serbiya Respublikasından “Aeterna Pharma” şirkətinə 16422 avro dəyərində tibbi məhlul yükü göndərilməsinə dair gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədləri təqdim etməklə nəqliyyat vasitəsindəki yükü tibbi məhlul adı ilə qeydiyatdan keçirib. Lakin avtomobil gömrük nəzarətinin başa çatdırılması üçün təyinatı üzrə stasionar rentgen qurğusundan keçməyərək birbaşa gömrük postunun yaxınlığında olan yanacaqdoldurma məntəqəsinə gətirilib, orada “DAF” markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanlarını açaraq həmin əraziyə əvvəlcədən gətirdiyi, yük yerində 3120 qutu tibbi məhlul olan, zahiri görünüşcə eynilik təşkil edən özünə məxsus digər “DAF” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı yük avtomobilinin qeydiyyat nişanları ilə dəyişdirib. Həmçinin, nəqliyyat vasitəsinin üzərinə gömrük təminatı üçün qoyulmuş GPS (naviqasiya) qurğusunu yük yerinin trosunu kəsməklə çıxararaq digər nəqliyyat vasitəsinə quraşdırıb. Bundan sonra dərman vasitələri yüklü nəqliyyat vasitəsini Vüqar Qədirov idarə edərək hərəkətini Bakı şəhəri istiqamətində davam etdirib, tibbi məhlul yüklü digər nəqliyyat vasitəsi isə razılaşdıqları kimi qardaşı, Azərbaycan Respublikası vətəndaşı Qədirov Xəqani Dilqəm oğlu tərəfindən idarə edilərək stasionar rentgen qurğusunun olduğu əraziyə gətirilib. Daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə Bakı şəhəri istiqmətində hərəkətdə olan Vüqar Qədirovun idarə etdiyi “DAF” markalı nəqliyyat vasitəsi Qazax rayonunun girişində saxlanılaraq “Qırmızı Körpü” gömrük postuna qaytarılıb və ilkin baxış zamanı nəqliyyat vasitəsinin kabinəsində aşkar edilmiş 745 adda 1899172,23 manat dəyərində dərman preparatları aşkar edilib. Həmin fakta görə 17 sentyabr 2019-cu il tarixdə DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə iş başlanıb. İstintaq zamanı müəyyən edilib ki, qaçaqmalçılıq yolu ilə keçirilmiş 745 adda 1899172,23 manat dəyərində dərman preparatlarının 674 adda 1572066,29 manat dəyərində olan hissəsi qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman preparatlarıdır. Göstərilənlər nəzərə alınmaqla cinayət işi Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən, AR CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrinə tövsif edilib və istintaqı davam etdirilib.

Qeyd edilməlidir ki, “Aeterna Farm” MMC–nin anbarından dərman preparatlarının götürülməsi AR cinayət prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni və əsaslıdır. Belə ki, cinayət işinin istintaqı zamanı müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına müvafiq olaraq Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18.09.2019-cu il tarixli qərarına əsasən “Aeterna Farm” MMC–nin anbarına həmin anbarın maddi məsul şəxslərinin iştirakı ilə axtarış və götürmə istintaq hərəkəti həyata keçirilib. İstintaq hərəkəti başlanmazdan əvvəl məhkəmə qərarı “Aeterna Farm” MMC–nin direktoru İskəndərli İlqar Qayıbverdi oğluna elan edilib, o, bu barədə məhkəmə qərarının surətində müvafiq qeydlər aparıb və istintaq hərəkətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Fiziki və kimyəvi ekspertizalar şöbəsinin əməkdaşının iştirakı təmin edilib.

Axtarış və götürmə zamanı müəyyən edilib ki, “Aeterna farm” MMC Serbiya Respublikasından 11.07.2019-cu il tarixdə 2956 qutuda olan “Hartman Solution İni 500 ml” və “Ringer Solution İni 500 ml” dərman vasitələri idxal edib, mövcud qanunvericiliyə əsasən həmin tibbi məhlulla bağlı “Aeterna farm” MMC Səhiyyə Nazirliyindən müvafiq icazə sənədi əldə edənədək gömrük ödənişi ödənilmədən həmin tibbi məhlullar gömrük orqanı tərəfindən qanunverciliyə əsasən 4 ay müddətinə “Aeterna farm” MMC-nin anbarında müvəqqəti saxlanca verilib və anbar plomblanıb. Lakin həmin tibbi məhlul yükü ilə bağlı sərəncam vermək hüquq olmadığı halda “Aeterna farm” MMC rəhbərliyi tərəfindən gömrük qanunvericiliyin tələblərinə ziddi olaraq anbarda olan plomblar qopardılıb, Vüqar Qədirovun qaçaqmalçılıq yolu ilə gətirdiyi dərman preparatları ilə yerlərinin dəyişdirilməsi üçün həmin tibbi məhlulun bir qismi əvvəlcədən V.Qədirova məxsus nəqliyyat vasitəsinə yerləşdirilib. Daha sonra “Aeterna farm” MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumatların əks edildiyi qısa idxal bəyannaməsi təqdim edilərək V.Qədirova məxsus 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobili ilə güya Serbiya Respublikasından yenidən tibbi məhlul yükünün idxal ediləcəyi əvvəlcədən bəyan edilib. Halbuki, həmin tibbi məhlul yükü artıq idxal edilmiş və “Aeterna farm” MMC anbarına müvəqqəti saxlanca verilmişdi. İstintaq zamanı müəyyən edilib ki, gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallardan, bəyannaməyə əlavə edilən invoys sənədində ayrı-ayrılıqda qeyd edilmiş dərman vasitələrnin heç birinin yerində olmadığı, gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallardan isə, bəyannaməyə əlavə edilən invoys sənədində qeyd edilmiş 16560 flakon “Ringer Solution İni 500 ml” dərman vasitəsindən 10260 flakonun, 13000 “Hartman Solution İni 500 ml” dərman vasitəsinin 12400 flakonun yerində olmadığı müəyyən edilib və müvafiq protokol tərtib olunub.

Axtarış və götürmə istintaq hərəkəti zamanı həmin ərazidə 4 anbarın olduğu, həmin anbarlarda Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi “DAF” markalı, 99RM810/60ZA811 və “DAF FTXF 105” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitələrində aşkar edilmiş dərman preparatları ilə eynilik təşkil edən dərman preperetları da daxil olmaqla, ümumlikdə 75 adda 4555 qutu tibbi avadanlıq və 33 adda 3508 qutu dərman preparatlarının anti-sanitariya şəraitində saxlanıldığı müəyyən edilib, həmin tibbi avadanlıq və dərman preparatları normativ-texniki sənədlərin tələblərinə cavab verib-verməməsi, dövlət qeydiyyatından keçib-keçməməsi, yararlı olub-olmamasının müəyyən edilməsi üçün götürülüb. Bundan əlavə, istintaq hərəkəti zamanı faktiki olaraq anbara daxil olan və çıxan tibbi avadanlıq və dərman preparatlarının adlarının əks edildiyi, ciddi hesabat sənədləri olmayan, 3 ədəd qara-mühasibatlığın əks edildiyi kitabçalar və digər əlyazmalar aşkar edilərək götürülüb. Qeyd edilməlidir ki, həmin tibbi ləvazimatlar içərisində güya 3000 ədəd qoruyucu maskanın olması həqiqəti əks etdirmir, götürülmüş dərman vasitələri və tibbi ləvazimatlar tərəflərin iştirakı ilə tərtib edilmiş müvafiq sənədlər əsasında götürülüb və həmin sənərlərin nüsxələri qarşı tərəfə təqdim edilib. Bununla yanaşı, anbardan götürülmüş, ümumilikdə 389 200 ədəd şprislər “Azərbaycan Standartladırma İnstitutu” Publik Hüquqi Şəxsinin müvafiq rəyinə əsasən standartlara cavab vermir, istifadəyə yararsızdır və insan sağlamlığı üçün zərərlidir.
Səsləndirilən digər iddiaya gəlincə, bildiririk ki, 18.09.2019-cu il tarixdə “Aeterna Farm” MMC–nin anbarında foto, video çəkilişlərdən istifadə edilməklə aparılan axtarış və götürmə zamanı həmin anbarların havalandırma sistemləri ilə təmin edilmədiyi, anbarlar standarlara cavab vermədiyi, antisanitar şəraitdə olan 2 anbarın divarının dəmir örtüklərlə örtüldüyü müəyyən edilib.

Lakin sosial şəbəkədə yayılan videodan görünür ki, “Aeterna Farm” MMC tərəfindən onlara məxsus anbarlar sonradan əsaslı təmir edilib, fasad hissəsində olan, dərman vasitələrinin saxlanması standartına cavab verməyən dəmir örtüklər çıxarılıb, yeni qapılar qoyulub, tikinti işləri aparılıb və müvafiq havalandırma sistemi ilə təchiz edilib. Odur ki, ictimaiyyəti çaşdırmağa yönələn həmin videoda qərəzli olaraq yalan məlumatlar verilməklə həmin anbarların standartlara cavab verdiyi görüntüsü yaradılıb.

Xatırladaq ki, qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda dövlət qeydiyyatı tələb olunduğu halda dövlət qeydiyyatından keçməyən dərman preparatlarının Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirilməsi əməllərinə görə Qədirov Xəqani Dilqam oğlu və Qədirov Vüqar Dilqəm oğlu Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə kifayət qədər əsaslar olduğuna görə “Aeterna Farm” MMC-nin baş direktoru İskəndərli İlqar Qayıbverdi oğlu, həmin cəmiyyətin direktoru Hacızadə Cavid Eldar oğlu və İsgəndərov Elnur Qayıbverdi oğlu istintaq orqanın çağırışlarına gəlməkdən imtina etdiklərinə, istintaqın gedişinə maneçilik törətdiklərinə görə onlar barələrində axtarış elan edilib.

Axtarış və götürmə istintaq hərəkəti zamanı “Aeterna farma”MMC-nin anbarından götürülmüş qara-mühasibatlıq sənədlərində və şahid ifadələri ilə göstərilən faktlar öz təsdiqini tapıb.

“Aeterna Farm” MMC–nin nümayəndəsinin rəsmi müraciətlərinə AR cinayət prossesual qanunvericiliyinin tələblərinə əsasən baxılıb və rəsmi olaraq cavablar verilib. Belə ki, “Aeterna Farm” MMC–nin nümayəndəsinin DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinə sonuncu müraciəti 12.03.2020-ci il tarixdə daxil olub və həmin müraciət AR cinayət prossesual qanunvericiliyinə əsasən vəsatət kimi qəbul edilərək araşdırılıb və 16.03.2020-ci il tarixdə vəsatətin rədd edilməsi barədə prossusual qərar qəbul edilib, qərarın surəti müraciət müəllifinə və ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurorluğa göndərilib.

Nəhayət “Aeterna Farm” MMC-nin gömrük orqanları tərəfindən götürülən dərman preparatları və tibbi avadanlıqları koronovirusla mübarizə tədbirləri çərçivəsində dövlətə bağışlamaq istəməsi isə məsuliyyətdən yayınmaq üçün atılan uğursuz addımdır və bu həssas məqamdan şəxsi mənafe üçün faydalanmaq cəhdidir. İlk növbədə qanunvericiliyin tələblərinə əsasən götürülmüş bütün dərman preparatları və tibbi ləvazimatlar hazırda istintaqı aparılan cinayət işi üzrə maddi sübut kimi tanınıb.
Gətirdiyi mallara dair bəyannamədə yalan məlumatlar verməklə dövləti aldatmağa çalışan, anbarına dövlət qurumu tərəfindən vurulan plombu qırmaq, götürülməsi qadağan olunan malları istifadə etməklə dövlətin qoyduğu qaydalara əhəmiyyət verməyən, standartlara uyğun olmayan malları idxal etməklə vətəndaşların həyatına təhlükə törədən, istintaq orqanının çağırışlarına gəlməkdən imtina etməklə, istintaqın gedişinə maneçilik törətməklə dövlətin hüquq-mühafizə orqanlarının apardığı araşdırmaya etinasız yanaşanların dövlətçilik duyğularının anidən qabarmasının izahı isə yəqin ki istintaqın sonunda məlum olacaq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ