Cümə günü, 13 noyabr 2026
     

Bəzi media və sosial şəbəkə fəallarının yol verdiyi “koronavirus xətaları” - adlar yazmaq doğrudurmu...

Image


Martın 29-da Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı rəsmi məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Azərbaycanda koronavirusa yoluxma hallarının ilk qeydə alındığı dövrdən indiyə qədər bəzi saytlar, eləcə də sosial şəbəkə istifadəçiləri hansısa vasitələrlə koronavirusa yoluxmuş şəxslərin adlarını öyrənərək, fotoşəkillərini əldə edərək, onları tirajlayırlar. Bəzi saytlar hətta onlarla bağlı videogörüntülər də təqdim edirlər. Bundan başqa, müəyyən saytlarda “filan dövlət məmurunda koronavirus aşkarlanıb” kimi xəbərləri də tirajlayır, yayırlar. Belə bir həssas məqamda, o insanların həyəcan, təlaş içində çırpındığı bir vaxtda onların adlarının açıqlanması, fotolarının yayılması nə dərəcədə doğrudur?

Ekspertlər qeyd edirlər ki, əslində, həmin şəxslərin adları indiki məqamda açıqlanmamalıdır, çünki bu onlara və onların ailə üzvlərinə pis təsir edir.

  • Azər Həsrət: “Kimlərsə koronavirusa yoluxmuş şəxslərin icazəsi olmadan onların adlarını qeyd edirsə, şəkillərini tirajlayırsa, bu, qeyri-etik davranışdır, digər tərəfdən də qanun pozuntusudur”

Tanınmış media eksperti, siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, belə xəstələrin şəxsi məlumatlarının tirajlanması heç bir baxımdan   düzgün deyil: “Xəstəlik şəxsi informasiyadır və insanlar belə informasiyanın ictimailəşdirilməsinin tərəfdarı deyil. Əlbəttə, bu, seçimlə bağlıdır. Yəni virusa yoluxmuş şəxs özü barədə bu məlumatın yayılıb-yayılmaması ilə bağlı qərar verə bilər. Lakin indiki həssas məqamda, koronavirusla mübarizə apardığımız dövrdə bu virusa yoluxanlarla bağlı şəxsi informasiyaların yayılması ictimaiyyəti ciddi narahat edən bir məsələdir. Amma bir məqam da var ki, bəzi şəxslər ictimai statusuna görə fərqlənirlər və onlar koronavirusa yoluxublarsa, onlarla bağlı informasiyanın gizlədilməsi də doğru olmazdı. Məsələn, çox mühüm dövlət vəzifəsi tutan şəxslərdə bu xəstəlik aşkarlanarsa, bu açıqlanmalıdır. Görürsünüz ki, Böyük Britaniyanın Baş naziri Boris Consonun bu virusa yoluxması xəbəri dərhal ictimailəşdirildi, bunda o özü də maraqlı oldu. Çünki dövləti idarə edən bir şəxsin koronavirusa yoluxmasını xalqın bilməsi vacibdir. Amma sıradan bir vətəndaşın adının açıqlanması, onun özünün razılığı olmadan kimliyinin tirajlanması doğru deyil. Heç bir media orqanı virusa yoluxan sadə vətəndaşların özlərinin razılığı olmadan nə adlarını açıqlaya, nə də şəkillərini yaya bilər. Ümumiyyətlə, onlarla bağlı hər hansı bir müzakirənin aparılması doğru deyil. Kimlərsəkoronavirusa yoluxmuş şəxslərin icazəsi olmadan onların adlarını qeyd edirsə, şəkillərini tirajlayırsa,bu, qeyri-etik davranışdır, digər tərəfdən dəqanun pozuntusudur. Bu, şəxsi informasiyaların icazəsiz açıqlanması kateqoriyasına aiddir və təbii ki, bu da yolverilməzdir”.

  • Müşfiq Ələsgərli: “Hesab edirəm ki, sosial şəbəkə istifadəçiləri bu məsələdə həssas, diqqətli olmalı və qanunvericiliyin tələblərinə əməl etməlidirlər”

Media üzrə digər tanınmış ekspert Müşfiq  Ələsgərlinin fikrincə də insanların sağlamlığı ilə bağlı informasiyalar onların fərdi məlumatları sayılır. “Fərdi məlumatlar insanların şəxsi həyat sirridir. Bu informasiyalar həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq konvensiyalarla qorunur. Ona görə şəxsin xəstəliyi haqqında özünün icazəsi olmadan başqaları tərəfindən bu informasiyalar yayılmamalıdır. Eyni zamanda, bir şəxsin xəstəliyi ilə bağlı məlumatlar o zaman açıqlana bilər ki, buna xəstənin özünün razılığı olsun. Burada digər bir məsələ də var ki, bir şəxsin tutaq ki, ictimaiyyət üçün təhlükəli olan xəstəliyi var, amma o bunu gizlədir, onunla bağlı məsələyə müəyyən qədər  toxunmaq olar. Müşahidə edirsinizsə, dövlət qurumları özləri koronavirusla bağlı karantinə alınan, mühafizə edilən, müalicə prosesinə cəlb olunan insanların adlarını açıqlamırlar. Bu da təsadüfi  deyil.

Təkrar edirəm ki, şəxsin icazəsi olmadan fərdi informasiyaların yayılması qanun pozuntusudur. Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə, eləcə də bəzi saytlarda ağına-bozuna baxmadan bir çox halda o şəxslərin adları ictimailəşdirilir. Bununla da  insanların hüquqları tapdalanmış olur. Hesab edirəm ki, sosial şəbəkə istifadəçiləri bu məsələdə həssas, diqqətli olmalıvə qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Düzdür, bəzən bizim yerli televiziyalarda nümunə olaraq, sosial çağırış olaraq,  onların bir qisminin adı-soyadı ictimailəşdirilir. Lakin bu nümunə xəstələrin öz razlığı ilə təqdim edilir. Amma şəxs istəmirsə, onunla bağlı informasiyalar açıqlanmamalıdır. Bunları nəzərə almaq və bu məqamda həssas davranmaq lazımdır”-deyə M.Ələsgərli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ