“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində skamyalar və oturacaq yerlərindən istifadəyə qadağa qoyuldu

Xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlarımız özünütəcrid tədbirlərinə adekvat davranmırlar.
Baki-xeber.com Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşırlar ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma risqini artırır.
Qeyd edilənləri nəzərə alaraq, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyulub: "Vətəndaşlarımızdan xahiş edirik ki, xüsusi karantin rejimi davam etdiyi müddətdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yalnız müntəzəm marşrut xətləri üzrə avtobusların xidmətlərindən istifadə etsinlər. Həmçinin, tövsiyə edirik ki, özünütəcrid tədbirlərinə uyğun davransınlar, digər şəxslərlə minimum kontaktda olmaqla insanların sıx toplaşdığı yerlərə getməkdən çəkinsinlər"