30/05/2020 06:53
728 x 90

“Evdə qal" və "Birlikdə güclüyük" şüarları Azərbaycanda koronavirusla mübarizədə yeni mərhələ açdı

Fatimə Hacıbəyli:“Vətəndaşlar bilməlidir ki, bu durumda evdə qalmaqla insan həm özünə, həm də ətrafına çox faydalı ola bilər”

img

“Hazırda Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır”

Öz aktuallığı ilə dünyanın diqqət mərkəzində olan koronavirus (COVİD-19) ölkəmizə də təsirsiz ötüşmür. İlk öncə onu qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) 11.03.2020 tarixli brifinq xarakterli növbədənkənar toplantısında koronavirus (COVİD-19) rəsmi olaraq pandemiya elan edildi. Hazırda koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Ölkəmizdə koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci ilin 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Bu tədbirlərlə yanaşı əhaliyə tövsiyə olunur ki, mümkün olduqca evdən bayıra çıxmasınlar. “Evdə qal, sağlam ol!” təşəbbüsünə əməl etməklə insanlar adıçəkilən virusun yayılmasının qarşısını alarlar. Məlumat üçün bildirək ki, artıq “Alov qüllələri” üzərində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” fikri, “Azərbaycan həkimlərinə eşq olsun!” və “Evdə qal, Azərbaycan!” şüarları əks olunur. Ekspertlərin fikrincə, Prezidentin məlum çağırışından sonra Azərbaycanda koronavirusla mübarizədə yeni mərhələ başlayacaq.

“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd etdi ki, hazırda bütün dünyada, o cümlədən Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır: “İnsanlar bilməlidir ki, evdə qalmaqla həm özlərini, həm də ailə üzvlərini qorumuş olur, özləri infeksiyaya yoluxmur və digərləri üçün təhlükə yaratmırlar. Vətəndaşlar bilməlidir ki, evdə qalmaqla insan həm özünə, həm də ətrafına çox faydalı ola bilər. Bu qaydaya əməl olunarsa Azərbaycan bu xəstəliyə qalib gəlmiş olar”. Həmsöhbətimiz onu da əlavə etdi ki, sağlamlıq keşiyində dayanan, bu günlərdə əsl fədakarlıq göstərən həkimlərə dəstək lazımdır. Bu dəstək isə gəzintilərə ara verib evdə qalaraq virusa yoluxmamaq və ətrafı yoluxdurmamaqdır: “Evdə oturmaq xəstəliyə yoluxmamaya zəmanət verən ən optimal yoldur. Bütün dünyanı koronavirus bəlası bürüyüb. Hər bir ölkə buna qarşı müəyyən tədbirlər görür. Xəstəliyə qarşı tədbir görməyi gecikdirən ölkələr təhlükəni gizlətməyə çalışsalar da, ölümlərin artmasının qarşısını ala bilmədilər. Azərbaycanda isə dövlət başçısının rəhbərliyi altında görülən mühüm tədbirlər və çevik siyasət nəticəsində virusun fəsadları minimuma endi. Ölkəmizdəki vəziyyəti digər dövlətlərlə müqayisə etsək fərqi aydın görərik. Ancaq virusla mübarizə davam edir”.

Günel CƏLİLOVA

Son xəbərlər