30/05/2020 07:03
728 x 90

Azərbaycanda koronavirusa görə hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılır

img

Azərbaycanda COVİD-19 koronavirus infeksiyası ilə əlaqədar vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti mayın 31-dək uzadılacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a parlamentdən məlumat verilib.

“Azərbaycanda vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti aprelin 1-dən 30-dək davam edir. Lakin, koronavirusa görə bu müddətin mayın 31-dək uzadılması nəzərdə tutulur. Prezident İlham Əliyevin təşəbbüskarı olduğu müvafiq qanun layihəsi artıq parlamentə təqdim olunub”, - agentliyin həmsöhbəti bildirib.

Parlamentin martın 30-da keçiriləcək plenar iclasında qeyd olunan sənəd müzakirəyə çıxarılacaq.

Son xəbərlər