Bəzi şəxslər özlərini Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək paytaxtda pullu dezinfeksiya işləri təklif edirlər.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə məlumatlar daxil olur: "Bildiririk ki, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz.
Qaynar xətt: (012) 492-63-11".