26/05/2020 20:18
728 x 90

Goranboyda giriş-çıxış məhdudlaşdırıldı - FOTO

img

Xüsusi karantin rejimi ilə əlaqədar Goranboyda giriş-çıxış məhdudlaşdırılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan baki-xeber.com-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar Goranboy rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Bundan başqa RPŞ-nin əməkdaşları rayon ərazisində vətəndaşlar ilə mütəmadi olaraq marifləndirici söhbətlər apararaq mümkün qədər evdə qalmağa səsləndirir. Yaşı 65-də yuxarı olan şəxslər müəyyən edildikdə isə polislər vətəndaşı evinə qədər müşaiət edərək bir daha evdən çıxmamaq barədə xəbərdarlıq edirlər. Görüllən bu tədbirlərlə bağlı vətəndaşlara bildirilib ki, onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır

Son xəbərlər