Koronavirusa yoluxma hallarının kütləviliyi nəzərə alınaraq, ölkə üzrə bu məqsədlə 21 xəstəxana ayrılıb. Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Z.Əliyev bildirib ki, xəstəxanalar bütün çatışmayan avadanlıq və tibbi personalla təmin olunur. Bakıda bu məqsədlə 6, regionlarda 15 xəstəxana ayrılıb.