Cümə günü, 03 iyul 2026
     

Özəl məktəblərə xaricdən gətirilən dərsliklərin məzmunu ilə bağlı nazirlik maraqlı məsələ qaldırıb...

Image


Bu gün Azərbaycanda dövlət orta təhsil məktəbləri ilə yanaşı, özəl orta ümumtəhsil müəssisələri də, hətta xarici məktəblər də fəaliyyət göstərir. Dövlət orta ümumtəhsil məktəblərinin bütün dərslikləri, tədris vəsaitləri Təhsil Nazirliyinin nəzarəti altında ölkəmizdə çap edilərək məktəblərə paylanır.

Özəl orta məktəblərdə tədris olunan vəsaitlər, dərsliklər isə əsasən xarici ölkələrdən gətirilir. Şübhəsiz ki, bu dərsliklərdə də Azərbaycanın dövlətçilik ideologiyasına zidd oan məqamların olması istisna deyil. İddia etmirik ki, var, sadəcə, bu barədə ehtimallar böyükdür. Əslində, çoxdandır özəl orta məktəblərdə, litseylərdə tədris edilən tədris vəsaitlərinin analiz edilməsi, yoxlanılması məsələsi gündəmdə idi. Bir sıra ekspertlər hesab edirdilər ki, xaricdən ölkəmizə gətirilən istənilən tədris vəsaiti ciddi şəkildə təftiş olunmalıdır ki, burada hansısa bir zərərli ideoloji təsir olmasın.  

Artıq Təhsil Nazirliyi xaricdən gətirilən tədris vəsaitlərinə də ciddi nəzarət edəcək. Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyevanın bildirdiyinə görə,

Azərbaycanda mülkiyyət növündən asılı olmayaraq, ölkə ərazisində fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərində istifadə ediləcək dərsliklərin əvvəlcə Təhsil Nazirliyi tərəfindən təsdiq edilməsi tələbi qoyulub. Onun sözlərinə görə, əvvəllər Təhsil Nazirliyi tərəfindən yalnız dövlət ümumtəhsil məktəbləri üçün yeni yaradılan dərsliklərin məzmunu yoxlanılır və təsdiq edilirdi: “Özəl ümumtəhsil məktəblərində istifadə edilən və ya xaricdən gətirilən dərsliklərin məzmununun yoxlanılması və məktəblərdə istifadəsi ilə bağlı boşluqlar var idi.

Nazirlər Kabinetinin yeni təsdiqlədiyi "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası" ilə bu boşluq aradan qaldırılıb”.

Nazirlik rəsmisinin sözlərinə görə, qaydaların tətbiqindən sonra mülkiyyət növündən asılı olmayaraq, istənilən ümumtəhsil məktəblərində istifadə edilən dərsliklərin məzmununa dövlət nəzarətinin həyata keçirilməsi mümkün olacaq.

  • Məzahir Məmmədli: “Azərbaycanda da xaricdən gətirilən dərsliklərə nazirlik tərəfindən ciddi nəzarət edilməsi çox düzgündür”

Təhsil eksperti Məzahir Məmmədli hesab edir ki, bu gün özəl orta məktəblərdə tədris edilmək üçün xarici ölkələrdən gətirilən bütün dərsliklərə, dərs vəsaitlərinə Təhsil Nazirliyinin ciddi nəzarət etməsi və bu sahədə olan boşluqların aradan qaldırılması vacibdir. O hesab edir ki, bəzi hallarda bu vəsaitlərdə şagirlərimizin beynini zəhərləyən, onlara anti-Azərbaycan ruhu aşılayan məqamlar ola bilər. Bu baxımdan, ölkəmizə gətirilən bütün tədris vəsaitlərinin xüsusi laborator yoxlanışının həyata keçirilməsinin önəmli olduğunu deyən M.Məmmədlinin sözlərinə görə, bu bütün dünyada belədir. “Birincisi, xarici ölkələrdən gətirilərək özəl orta məktəblərdə tədris edilən dərs vəsaitlərinə ciddi nəzarət edilməsi məsələsi çox aktualdır. Yadınıza gəlirsə, bir neçə il əvvəldən başlayaraq Dövlət Gömrük Komitəsi tərəfindən zərərli dini ədəbiyyatın ölkəmizə gətirilməsinə qadağa qoyulub və respublikamıza daxil olan bütün dini ədəbiyyat nümunələri ciddi şəkildə yoxlanılır. Hətta Dini Komitə özü də təsdiq etmişdi ki, o kitabların müəyyən bir hissəsi müxtəlif dini təmayüllərə məxsusdur və olduqca zərərli təsirə malikdir. Bu vəziyyətdən çıxış edərək deməliyəm ki, orta ümumi təhsillə bağlı ölkəmizə gətirilən istənilən dərslik, xəritələr ciddi şəkildə yoxlanılmalıdır və bu dərsliklərə nəzarət çox vacibdir. Nazirliyin xarici ölkələrdən gətirilən dərsliklərə də ciddi nəzarət etməsi təqdirəlayiqdir.

Bilirsiniz ki, bu gün Azərbaycan Gürcüstanda yaşayan soydaşlarımıza dərs vəsaiti göndərir. Gürcüstan hökuməti bununla bağlı xüsusi komissiya yaradaraq o dərsliklərə ciddi nəzarət edir. O halda, bizim ölkəmizdə niyə belə bir nəzarət komissiyası olmasın? Məsələn, Rusiyada Azəbaycandilli Qarabağ məktəbi açılıb. Türkiyədə də belə məktəblər var. Azərbaycan dilində məktəblər bəzi Avropa ölkələrində də fəaliyyət göstərir. Bu məktəblərə dərsliklər Azərbaycan dövləti tərəfindən göndərilir. Yəni dərsliklər dövlətimizin vəsaiti hesabına çap edilsə də, həmin ölkələrə göndərdiyimiz dərsliklərə ciddi nəzarət mexanizmi mövcuddur. Azərbaycanda da xaricdən gətirilən dərsliklərə nazirlik tərəfindən ciddi nəzarət edilməsi çox düzgündür və bu işə xüsusi komissiya baxmalıdır, həmin komissiya daxil olan bütün tədris vəsaitlərini araşdırmalıdır ki, orada hansısa bir zərərli məqam olmasın. Ehtimal olunur ki,  bu dərsliklərdə dövlətçilik əleyhinə hansısa fikirlər gedə bilər. Yadınıza gəlirsə, bir vaxtlar bizim dərsliklərdə xəritələrlə bağlı ciddi problemlər vardı. Bu yaxınlarda da təsadüfi deyil ki, Prezidentin özü xəritəyə irad bildirdi. Halbuki, o xəritə Azərbaycanda çap olunmuşdu. Demək istəyirəm ki, bütün hallarda, dərs vəsaitlərinə ciddi nəzarət mexanizmi formalaşdırılmalıdır.

Ola bilsin ki, özəl məktəblər üçün nəzərdə tutulan həmin dərsliklərdə bizim ərazilərimizin adı, xəritələrimiz təhrif olunsun, Dağlıq Qarabağla bağlı yanlış məlumatlar olsun. Dəfələrlə olub ki, qondarma “Dağlıq Qarabağ Respublikası” “ayrıca dövlət” kimi təqdim edilib. Ola bilər ki, ölkəmizə xaricdən daxil olan nəşrlərin içində bu kimi yanlış məlumatlar olsun. Bunun qarşısı alınmalıdır” -deyə M.Məmmədli qeyd etdi.

  • Kamran Əsədov: “Düşünürəm ki, bu addım müsbət nəticə verəcək”

Digər tanınmış təhsil eksperti Kamran Əsədov da hesab edir ki, bu məsələyə nəzarət çox vacibdir: “İlk növbədə qeyd edim ki, hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq, dərk etmək 6-17 yaşında olan insanın beyninə görə deyil. İstifadə olunan  kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar, demək olar ki, bakalavr, magistr pilləsində keçirilən eyni mövzuları mənimsəyiblər. Hesab edirəm ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı şagirdlər. Düşünürəm ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər - pedaqoji, siyasi və müasir. Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və "bir udumluq" olmalıdır. Birmənalı suallara birmənalı cavablar və s. Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Ən müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Tədris yönümündən baxanda isə burada peşəkar ekspertlərə ehtiyac var.

Təəssüflər olsun ki, bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar düşünmürlər ki, bu dərsliyi oxuyan uşaq necə olmalıdır. Onlar bunu düşünür: kitabda nə artıqdır, nə yox. Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Amma sonra hamı narazıdır. Hamı bilir ki, dərslik necə olmalıdır, amma heç kəs dərsliyi lazım olduğu səviyyədə hazırlamır.

Etiraf etmək lazımdır ki, bu gün orta məktəblərin bütün siniflərində istifadə olunan dərslik deyil, əzab mənbəyidir. Dərslik şagird üçün hazırlanmış olsaydı, onun siması 180 dərəcə dəyişərdi. Avropa dərsliklərinə fikir verin. Qalın, maraqlı, cürbəcür. Əlavə mətnlər, şəkillər, yaradıcı tapşırıqlar. Müəllim bunların 100-də 10-nu istifadə edə bilər. Bu dərsliklərdə qələmlə yazmaq da mümkündür. Bilirsiniz, dərslik fikir laboratoriyasıdır. Tapşırıqlarda əlavə göstərişlər olmalıdır. Şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Müəllim şagirdə inkişaf etmək, dəyişmək dərsi öyrətməlidir. Məqsədi və mahiyyətindən asılı olmayaraq, dərsliklərdə jargon ifadələr, küçə sözləri işlədilə bilməz”.  

Bunun şagirdlərə çox pis nümunə ola biləcəyini deyən K.Əsədovun sözlərinə görə, təhsil sistemində istifadə olunan dərslik və dərs vəsaitləri mütləq şəkildə vahid mərkəzdən yoxlanılıb çapa təqdim olunmalıdır. “Əlbəttə, istənilən şəxs, müəssisə tərəfindən vəsait çap oluna bilər, amma çap olunmamışdan əvvəl həmin qurumun rəyi alınmalıdır. Bir növ, təhsil sisteminə daxil olan dərslik və dərs vəsaitləri senzuradan keçməlidir. Çünki bir çox halda təhsil sisteminə, milli dəyərlərə aid olmayan vəsaitlər məktəblərə yol açır. Ona görə də düşünürəm ki, bu addım müsbət nəticə verəcək. Biz bir çox halda şagirdlərin sağlamlığına, yaş xüsusiyyəti və psixologiyasına aid olmayan vəsaitlərin satıldığını və istifadə olunduğunu görürük. Bu heç də səmərə vermir. Lakin bundan sonra qeyd olunan halların qarşısını almaq mümkün olacaq” - deyə müsahibimiz bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

03.07.2026 / 18:18
“Rəqəmsal inkişaf dövlət siyasətinin əsas vektorlarındandır” - Əhliman ƏMİRASLANOV yazır...

03.07.2026 / 18:11
Uşaqların virtual aləmdə fəaliyyəti özbaşına buraxıla bilməz...

03.07.2026 / 18:02
Moskvadan İrəvana növbəti xəbərdarlıq – “Aİ-nin siçan tələsində” pendir pulsuz olmayacaq...

03.07.2026 / 17:47
Türk general Azərbaycan HDQ-də...

03.07.2026 / 17:30
Sabunçuda saxlanan ikinəfərdən 19 kq-dan artıq marixuana aşkarlandı

03.07.2026 / 17:26
Vüqar Rəhimzadə: Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir

03.07.2026 / 16:53
Qərb bu dəfə Ermənistanı Rusiyaya yem edəcək...

03.07.2026 / 16:39
Makron niyə ABŞ-ı Ukrayna ilə bağlı "neytrallıqdan" məhrum etdi

03.07.2026 / 16:30
Dünya yanır-Azərbaycan indiki sabitliyini yalnız bu şərt daxilində saxlaya bilər...

03.07.2026 / 16:24
Peskov Avropanın silahlanmasından narahatdır - “Avropa… çoxlu pul xərcləyir”

03.07.2026 / 16:09
"Cənubi Qafqazda sülh Avropanın rifahına töhfə verəcək" - Avrokomissar

03.07.2026 / 15:46
Əliyevə ictimai etimadın araşdırılması maraqlı nəticələr verdi...

03.07.2026 / 15:41
Vətənə və xalqa həsr olunmuş ömür

03.07.2026 / 15:30
Zalujnı Zelenskini əvəzləməyə hazırlaşır: “Prezidentliyə namizəd olacağam”

03.07.2026 / 15:14
Netanyahunun ABŞ yardımından imtinasının arxa planları var...

03.07.2026 / 15:05
Avropa "yaşıl enerji" iddialarından çəkilir, yenidən neft və qaza üz tutur...

03.07.2026 / 15:00
İmtahandan kəsilən müəllimlər üçün iş imkanları araşdırılır...

03.07.2026 / 14:54
Rusiyadan yanacaq tədarükü kəsildi, Qırğızıstan Azərbaycana üz tutdu

03.07.2026 / 14:52
Qondarma genosiddən 1 il əvvəl Türkiyədə doğulmuş erməni qadın 112 yaşında öldü - ucuz təbliğat...

03.07.2026 / 14:26
Etibar Pirverdiyevlə əlaqələndirilən şirkətin sabiq rəhbəri həbs edildi

03.07.2026 / 14:13
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin beşinci təlimi

03.07.2026 / 13:50
Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILDI...

03.07.2026 / 13:37
İsrailin Əraqçi və Qalibafa sui-qəsd planı necə pozuldu? – ABŞ-dan İsrailə qarşı İrana kəşfiyyat dəstəyi... ŞOK İDDİA...

03.07.2026 / 13:18
Birinci Qarabağ müharibəsi şəhidi Rauf Əhmədov Goranboyda dəfn olundu

03.07.2026 / 13:06
Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb - FOTO

03.07.2026 / 12:46
İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

03.07.2026 / 12:10
Azərbaycan vasitəsilə Ermənistana 976 ton buğda göndərildi

03.07.2026 / 11:26
Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

03.07.2026 / 11:06
Səfərbərlik Xidməti 88 nəfərin işini Baş Prokurorluğa göndərdi

03.07.2026 / 10:50
Dövlət torpaqlarını zəbt edib satan 11 nəfər məsuliyyətə cəlb edildi...

03.07.2026 / 10:36
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr çıxarmağa başladı...

03.07.2026 / 10:15
Məhkəmə “Arzum 9999” ləqəbli tiktoker bərəsində hökmə aydınlıq gətirdi

03.07.2026 / 09:59
Rusiyadan NATO ölkəsinə nüvə təhdidi - artıq hədəf siyahımızdasınız...

03.07.2026 / 09:41
Yenilənmiş 100 manatlıqlar gəlir - iyulun 15-də...

03.07.2026 / 09:30
Bakıda ölümlə nəticələnən qəza - "Prius” dəmir məhəccərə çırpıldı...

03.07.2026 / 09:06
Netanyahu açılış mərasimində həyat yoldaşından irad “yedi” - “Sənin üzündən…”

03.07.2026 / 06:34
Rusiya İsveçə nota verdi

03.07.2026 / 06:00
İsrail İranla təkbaşına savaşmağa hazırdır - ölkənin müdafiə naziri belə deyir…

03.07.2026 / 05:58
Belarus vətəndaşlarını Rusiya səfərindən çəkinməyə çağırdı

03.07.2026 / 04:40
İranda Xamenei ilə vida mərasimi başlayır

02.07.2026 / 23:12
Sovet tarixşünaslığının səhvləri: Qızıl ordu, yoxsa qırmızı ordu?

02.07.2026 / 22:34
Zəngəzur dəhlizi üçün Rusiyadan yeni şərt - tranzit qaydaları Aİİ reqlamenti əsasında...

02.07.2026 / 22:08
Ursula xanımın Bakı səfərindən xalqın əsas gözləntisi - “fəal dialoq Avropanın qərəzinin kökünü kəsməlidir”...

02.07.2026 / 21:48
“Türkiyənin aparıcı partiyası” yazısı CHP-də niyə yoxa çıxdı?..

02.07.2026 / 21:40
Xoşbulaq yaylağında naməlum siklopik qalanın struktur və memarlıq xüsusiyyətlərinin təhlili - Rizvan Qarabağlı yazır...

02.07.2026 / 20:28
Avropadan böyük etiraf - Qafqaza sülh Əliyevin şəxsi liderliyi ilə gəldi...

02.07.2026 / 20:10
Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

02.07.2026 / 19:47
Avropa Qafqazda ticarətin 70 faizini Azərbaycanla edir - Əliyev hansı perspektivə işarə etdi...

02.07.2026 / 19:30
Bakıda Türk Dünyası Milli Kitabxanaları Birliyinin və Birinci Türkoloji Qurultayla bağlı nəşrlərin təqdimatı keçirilib

02.07.2026 / 19:17
“Türk Dünyası Həftəsi” çərçivəsində Qarabağ Universitetində konfrans keçirilib

02.07.2026 / 18:51
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ

02.07.2026 / 18:30
Tramp Ankara zirvəsi öncəsi NATO ölkələrini hədəf aldı, dərhal da Berlindən cavab gəldi - itaət etməyəcəyik...

02.07.2026 / 18:17
Paşinyan Türkiyə və Azərbaycanla enerji əməkdaşlığının vacibliyindən danışdı

02.07.2026 / 18:07
Nazir Prezident İlham Əliyevi əmin etdi: "...öz andına həmişə…" - FOTO/VİDEO

02.07.2026 / 18:05
Kapitalist Amerikanın sosializmə keçidi başlandı - sosialistlər hücumda...

02.07.2026 / 18:02
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

02.07.2026 / 17:56
Azərbaycan HHQ komandanı Türkiyədə "Anadolu Qartalı - 2026" təlimində... - FOTO

02.07.2026 / 17:44
Tramp NATO ölkələrini yenə tənqid etdi – hamıdan çox xərcləyirik, ancaq faydasını görmürük...

02.07.2026 / 17:30
ABŞ-İran danışıqlarının növbəti raundu 18 iyulda keçiriləcək...

02.07.2026 / 17:22
Uşaqların sosial şəbəkələrə yox, sosial şəbəkələrin uşaqlara çıxışı məhdudlaşacaq - dünya nəhayət "açarı tapdı"...

02.07.2026 / 17:09
108 ildir insanların və gələcəyin keşiyində - VİDEO

02.07.2026 / 16:40
Azərbaycan ÜDM-də rəqəmsal iqtisadiyyatın payını artırır - hədəf göstərildi...

02.07.2026 / 16:31
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı

02.07.2026 / 16:14
Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

02.07.2026 / 16:06
"Bütün yollar Azərbaycana aparır" - Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya bir arada...

02.07.2026 / 15:50
108 il qanunun keşiyində - VİDEO

02.07.2026 / 15:45
Rəqəmsal İnkişaf Şurası konkret hədəflərə yönəldi - vətəndaşlara dövlət xidməti tam dəyişəcək...

02.07.2026 / 15:16
Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

02.07.2026 / 14:52
Gürcü məmurlar İrəvandakı qondarma genosid abidəsinə xüsusi baş əyir...Niyə?

02.07.2026 / 14:17
Paşinyan bu dəfə spiker vəzifəsini Simonyana vermədi, o da mandatdan imtina etdi...

02.07.2026 / 14:01
Aİ Avropaya ixracı təşviq etmək üçün Ermənistana bir qrup ekspert göndərəcək...

02.07.2026 / 13:46
Rusiyanın İsveçdəki səfirliyinə PUA hücumu – Moskvadan sərt açıqlama...

02.07.2026 / 13:32
Bir əsr Asayişin Keşiyində

02.07.2026 / 13:25
Rusiya milyarderlərinin sərvəti 4,82 milyard dollar artdı - 6 ayda 5 milyarddan çox itirən də oldu...

02.07.2026 / 13:11
Azərbaycan Ordusunun BMT və NATO əməliyyatlarında iştirakı araşdırılır - Nazir açıqladı....

02.07.2026 / 13:05
Bakıda piyada keçidlərində eskalator və bəzi liftlər yenilənəcək...

02.07.2026 / 12:53
Ukrayna Avropanın “qara kassasına” çevrilir...

02.07.2026 / 12:47
İraq Baş naziri "Əsrin məhkəməsi"nə hazırlaşır

02.07.2026 / 12:43
Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışı oldu - FOTO

02.07.2026 / 12:29
Romantik və dəbdəbəli bal ayı üçün Türkiyənin ən özəl ünvanları

02.07.2026 / 12:23
Ukrayna "Lukoil”un neft emalı zavoduna zərbələr endirdi...

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ