Cümə günü, 13 noyabr 2026
     

Milli dəyərlərimizin yeni iflas səhnəsi - bir-birimizi “qoyun-quzu videoları” ilə təbrik edirik

Image


Xalqımızın hər bir nümayəndəsi milli-mənəvi dəyərlərimizi qorumağa borcludur. Azərbaycan xalqına mənsub ünsiyyət və bayramlaşma mədəniyyəti özəlliyi ilə diqqəti cəlb etsə də, təəssüf ki, son zamanlar bu sistemin də parçalandığını müşahidə etmək məcburiyyətində qalırıq.

Bayramlar, xüsusən də milli və dini mahiyyət daşıyan bayramlar insanların, yaxın və uzaq şəxslərin, qohum-qonşuların bir-birilə daha sıx, səmimi ünsiyyət qurmasına, yardımlaşmasına, bir-birinə diqqət göstərməsinə şərait yaradır. Əsrlərdir insanlar xoş sözlərlə, isti-səmimi bayram arzuları ilə bir-birinin könül qapısını döyüblər. Lakin son zamanlar ortaya çıxan bəzi nəsnələr nəinki qonşuların, uzaq qohumların, hətta doğma bacı-qardaşların belə səmimi ünsiyyət qurmasına mane olur.

Mobil telefonlardan istifadə etməyin bir sıra müsbət tərəfləri var. Ünsiyyəti çevikləşdirir, tez bir zamanda qohumlarla ünsiyyət yaratmağı reallaşdırır. Amma bununla yanaşı, mobil telefonlarda, eləcə də müxtəlif internet resurslarında yaradılan tətbiqlər insanların bir-birilə sözlə ünsiyyət qurmasının qarşısına sərt, aşılmaz, soyuq bir divar çəkir. Bilirsiniz, söhbət hansı mobil tətbiqlərdən gedir? Bir sıra şirkətlər, qurumlar son illər müxtəlif səsli, görüntülü təbrik mesajları hazırlayaraq mobil telefon istifadəçilərinin xidmətinə veriblər. Bu mobil tətbiqlərin təqdim etdikləri təbrik mesajlarını biz əsasən Qurban, Ramazan bayramlarında, Novruzaqədərki çərşənbələrdə, eləcə də Novruz bayramı zamanı tez-tez alırıq. Məsələn, insanları narazı salan və hiddətləndirən ən xoşagəlməz tətbiqlər, video və fotolar qoyun-quzu təsvirlərinin yerləşdirildiyi tətbiqlərdir. Bir qayda olaraq, mobil telefon istifadəçiləri bu müqəddəs bayram günündə bir-birinə qoyun-quzu təsviri olan videolar, şəkillər göndərirlər. Gün ərzində eyni video bu yolla yüzlərlə istifadəçiyə ötürülür. Əlbəttə, bir çox halda bu narazılıq yaradır. Hətta bəziləri bundan o qədər əsəbləşirlər ki, sosial şəbəkələrdə “xahiş edirəm mənə qoyun-quzu şəkilləri, videoları göndərməyin, kim göndərərsə, dərhal dostluqdan çıxaracağam” kimi statuslar yazırlar. Bundan isə nəticə çıxarmağa heç kəs tələsmir.

  • “Videolarda qoyunların səsini imitasiya edən aktyorlar peyda olur və onlar...”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu mobil tətbiqlər insanlar arasında xoş və səmimi ünsiyyəti kökündən baltalayır. O hesab edir ki, insanlar milli-mənəvi dəyərlər sisteminə daxil olan bir çox ünsiyyət vasitəsini unutmaqla mənəviyyatımıza, ünsiyyət, bayramlaşma mədəniyyətimizə zərbə vururlar: “Biz indi Novruz bayramı ərəfəsindəyik. Bundan əvvəl də dörd çərşənbəni qeyd etdik. İlk çərşənbə daxil olandan indiyə qədər eyni videolar, eyni fotolar, eyni səsli “bayram təbrikləri” “Facebook”, “WhatsApp”da və digər platformalarda yayılıb. Mobil şirkətlərin Novruza aid hazırladğı videoları, fotoları insanlar bir-birinə göndərir. Bəzən eyni fotonu, videonu sənə yüz insan birdən göndərir. Ən acınacaqlı vəziyyət isə müqəddəs Qurban bayramında yaşanır. Bir çox insanın profilini, statusunu qoyun-quzu videoları, şəkilləri “bəzəyir”. Videolarda qoyunların səsini imitasiya edən aktyorlar peyda olur və onlar insanları qoyun-quzunun “dilindən” təbrik edirlər, bu yolverilməzdir. Yaxud bir də görürsən ki, qoyun-quzu təsviri olan videoları hansısa görkəmli aktyorun səsi ilə təqdim edirlər. Ümumiyyətlə, bayramlaşmanı, bayram təbriklərini bu şəkildə təhrif etmək, onun üzərində müxtəlif biznes maraqları qurmaq olmaz. İnsanlar, lap elə yaxın qohumlar, qardaş-bacılar bir-birini öz səsilə, yaxud yazdığı gözəl səmimi mesajlarla təbrik etməlidirlər. Axı səsdə, yazıda ifadə olunan səmimiyyəti hansısa bir qoyun-quzu təsviri ilə vermək olmur. Hesab edirəm ki, bayram təbrikləri adı ilə “ixtira” edilən mobil tətbiqlər nəinki insanlar arasında səmimi bir körpü rolunu oynamır, hətta bu, birbaşa milli-mənəvi dəyərlərimizin özəyini sarsıdır. Bizim gözəl dilimiz var, əsrlərdən bəri formalaşan bayramlaşma mədəniyyətimiz mövcuddur, amma biz bundan istifadə etmək, onu yaymaq, genişləndirmək, yeni nəslə təlqin etmək əvəzinə, onları başqa səmtə yönəldirik. Bu gün gənclik görür ki, valideyni öz yaxın qohumları ilə bu şəkildə bayramlaşır, o da sabah bunu təkrarlayacaq. Halbuki, biz qoyun-quzu şəkillərini, videoları göndərmək əvəzinə, “bayramınız mübarək” yaza bilərik. Bu daha səmimidir”.

Q.Məhərrəmli qeyd etdi ki, bu gün insanların sözdən, danışıqdan az istifadə etməsi halları yaranıb. Bir-birinə hansısa bir hissini ifadə etmək istəyən insanların çoxu bunu sözlə ifadə etmək əvəzinə, müxtəlif smaylklardan istifadə edirlər. Bu halın da ünsiyyət mədəniyyətinə ciddi zərər vurduğunu deyən alim hesab edir ki, dilimizi, eləcə də yaşam mədəniyyətimizi, dəyərlərimizi yaşatmaq üçün sözdən daha çox istifadə etməliyik. O, həmçinin, qeyd etdi ki, bayramlarla, ünsiyyət mədəniyyətilə, rəftar və əlaqə qaydaları ilə bağlı folklorumuzda kifayət qədər örnək var.

Müsahibimiz hesab edir ki, biz ünsiyyət və bayramlaşma mədəniyyətimizi yalnız yazıda, kitablarda yaşatmalı deyilik, keçmişlə əlaqəmizin itməməsi üçün, həmçinin, onu həyat tərzimizə çevirməliyik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ