Cümə günü, 13 noyabr 2026
     

Koronavirusa qarşı vaksin hazırlığına Azərbaycan alimləri də qoşula bilər...

Image


Günümüzün məşhur elm mərkəzləri, dünyanın böyük alimlərinin toplaşdığı elmi-tədqiqat institutları “COVID-19” virusuna qarşı vaksin hazırlamağa başlayıblar. Bu gün bir sıra elmi mərkəzlər bu virusun qarşısının alınması istiqamətində böyük elmi-tədqiqat işləri aparırlar, amma təəssüf ki, hələ bu virusa qarşı sınaqdan keçən vaksin əldə etmək mümkün olmayıb.

Amma alimlər, biotəbiblər bu istiqamətdə işlərini davam etdirirlər. Doğrudur, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə “COVID-19”a qarşı vaksin tapıldığı barədə təsdiqlənməmiş məlumatlar yer alır. 

Azərbaycan alimləri də koronavirusa qarşı elmi mübarizə tədbirlərinə qoşulublar. Mətbuatda yayılan məlumatlara görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda artıq bu istiqamətdə fəaliyyətə başlanıb. AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın bildirdiyinə görə, ölkəmizdə bu virusun genomu, quruluşu, mənşəyi, eyni zamanda, vaksinlərin hazırlanması sahəsində dərin biliklərə malik mütəxəssislər var və bu istiqamətdə tədqiqatlar daha da genişləndirilməlidir. “Koronavirusdan qorunma və müalicə üsulları ilə bağlı kitabça və broşürlər hazırlanmalı, insanlara mütəmadi olaraq məlumatlar verilməlidir”.

Onun sözlərinə görə, elmi biliklər vasitəsilə ağır xəstəlik və pandemiyalarla mübarizə asan olacaq.

Hazırda ölkəmizdə koronavirusun qarşısının alınması və peyvəndlərin hazırlanması məqsədilə ciddi tədbirlərin görüldüyünü deyən alim bu pandemiyanın dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb.

Koronavirusa qarşı vaksinin hazırlanması üçün Azərbaycan alimləri hansı ölkələrin elmi mərkəzləri, mütəxəssisləri ilə əməkdaşlıq edirlər? Bu vaksin alınarsa, hansı ölkələrə satıla bilər? Elmi-tədqiqat işləri hansısa bir beynəlxalq təşkilatın qrant layihəsidir, yoxsa onu Azərbaycan dövləti maliyyələşdirir? Bu vaksinin sınaqlarının ilk dəfə hansı ölkədə təşkil ediləcəyi gözlənir?

  • “...güclü maddi-texniki baza, texniki avadanlıqların olması da vacibdir”

Bu suallarla Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovaya müraciət etdik. İ.Hüseynova “Bakı-Xəbər”ə bildirdi ki, onun fikri bir qədər təhrif edilib. Hazırda Azərbaycanda koronavirus əleyhinə vaksin hazırlığına başlanmayıb. O qeyd etdi ki, bu vaksinin hazırlanması üçün ölkəmizdə peşəkar kadrlar olsa da, bu prosesin həyata keçirilməsi üçün maddi-texniki baza yoxdur. İ.Hüseynovanın qeyd etdiyinə görə, institutda 2012-ci ildə Molekulyar biotexnologiya laboratoriyası qurulub və laboratoriyaya bu sahədə yüksək səviyyəli mütəxəssis professor Vidadi Yusifov rəhbərlik edir. Bu laboratoriyanın əsas işinin isə yüksək virulentlik qabiliyyətinə malik, dərman preparatlarının təsirinə davamlı patogenlərə qarşı yeni antimikrob birləşmələrin molekulyar əsaslarının işlənib hazırlanması olduğunu deyən İ.Hüseynova onu da bildirdi ki, bundan əlavə, institut tərəfindən iki gənc kadr bu sahədə ixtisaslaşmaq üçün ABŞ-a göndərilib, onlardan biri Rahilə Rəhimova hazırda Fransada çalışsa da, Aytən Ağayeva  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda fəaliyyətini davam etdirir. “Bizim institutda koronavirusla bağlı mütəxəssislərin iştirakı ilə bir müzakirə keçirildi. Bizim institutda 2012-ci ildə beynəlxalq statuslu Molekulyar biotexnologiya laboratoriyası yaradılıb. O laboratoriyanın rəhbəri professor Vidadi Yusifovdur. O, uzun illər ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinə rəhbərlik edib. Bu mərkəzin də əsas işi müxtəlif vaksinlərin, antibiotiklərin hazırlanmasından ibarət olub. V.Yusifovun rəhbərlik etdiyi laboratoriya yarandığı dövrdən biz kadr hazırlığına başladıq və iki gənci Molekulyar Biotexnologiya Mərkəzinə təcrübəyə göndərdik. O gənc xanımlardan biri Rəhilə Rəhimova hazırda Fransada tədqiqatlar aparır, fəlsəfə doktorudur. İkinci xanım, Aytən Ağayeva isə 2018-ci ildə ABŞ-da tədqiqat işlərini başa çatdırdıqdan sonra Azərbaycana qayıdıb və Molekulyar biotexnologiya laboratoriyasında fəaliyyətini davam etdirir. Onun işi vaksinlərin, antibiotiklərin hazırlanması ilə bağlıdır. Azərbaycanda bu işi bilən kadrlar var. Yəni sabah biz bu işi Azərbaycanda qura bilsək, kadr sarıdan heç bir çətinliyimiz yoxdur, biz onu həyata keçirə bilərik.  Vaksinin, antibiotikin hazırlanması üçün laboratoriyanın və kadrın mövcud olması ilə yanaşı, güclü maddi-texniki baza, texniki avadanlıqların olması da vacibdir. 2002-ci ildə Sars, 2012-ci ildə Mers koronavirusu mövcud olub. Onlara qarşı da vaksin hazırlanmayıb. İndi dünyada söhbət gəzir ki, koronavirusa qarşı vaksin hazırlanacaq, amma düşünmürəm ki, o bu virusun qarşısını alacaq. Sadəcə, bu gün bu sahədə işləyirlər, tədqiqat aparırlar. Amma digər antivirus preparatları var ki, onlar vaksindən daha böyük effektə malikdir. İndi deyirlər ki, Azərbaycanda vaksin hazırlanır, bu düzgün fikir deyil, ölkəmizdə vaksin hazırlamaq üçün kadrlar var, potensial mövcuddur, amma maddi-texniki baza, təmin olunmuş laboratoriyamız yoxdur. Vaksinin hazırlanması üçün bu şərtlərin olması vacibdir. Bunlar olarsa, əlbəttə, vaksin hazırlığından danışmaq olar”.

İnstitutun nəzdində fəaliyyət göstərən Molekulyar biotexnologiya laboratoriyasının vacib texniki avadanlıqlarla tam təmin edilmədiyini deyən İ.Hüseynovanın sözlərinə görə, bu avadanlıqları AMEA-nın maddi imkanları daxilində almaq, quraşdırmaq mümkün deyil. O qeyd etdi ki, dünyada vaksinlərin hazırlanması ilə çox az sayda mərkəz məşğul olur. Azərbaycanda vaksin hazırlanması üçün əvvəlcə bunun strukturunun hazırlanmalı olduğunu deyən akademik hesab edir ki, bunun bir dövlət proqramı da olmalıdır və laboratoriyanın qurulması üçün avadanlıqlar alınmalıdır. Müsahibimiz vurğuladı ki, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərlik etdiyi Molekulyar biomühəndislik laboratoriyası da var və o da uzun illər Molekulyar Biotexnologiya Mərkəzində çalışıb: “Tərlan Məmmədovun da işi vaksinlərin hazırlanması ilə bağlıdır. O da çox peşəkar bir mütəxəssisdir. Yəni demək istəyirəm ki, peşəkar kadrlarımız var. Bu sahədə tədqiqat işləri genişləndirilməlidir. Bu da, vurğuladığım kimi, uyğun avadanlıqların olmasını tələb edir. Biz viruslarla işləmişik, mövcud laboratoriyamızda diaqnostika işləri tam həyata keçirilib, bunun üçün kadrlarımız da, laboratoriyamız da, uyğun kimyəvi reaktivlərimiz də var. Ancaq koronavirusla bağlı biz hansısa bir insanla işləməmişik. Ancaq sabah dövlətimiz qərar versə ki, koronavirusla bağlı vaksin hazırlanmalıdır, onda bu işi həyata keçirməyə elmi potensialımız və kadrlarımız var. Əsas məsələ lazımi texniki avadanlıqların olmasıdır” - deyə İ.Hüseynova qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ