Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda distant təhsilə keçmək zərurəti yaransa - bu internet sürətilə hara getmək olar...

Image


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilən COVID-19 virusu bütün dünyanı təhdid etməkdədir, canlar almaqdadır. Koronavirus təhlükəsindən qorunmaq üçün digər dövlərlərlə yanaşı, Azərbaycanda da kifayət qədər iş görülüb.

Məlumdur ki, martın 3-dən etibarən ali və orta ümumtəhsil məktəblərində tədris prosesi müvəqqəti olaraq dayandırlıb. Bu da distant təhsilin aktuallığını artırıb. Hazırda Azərbayanda distant təhsilin tətbiq edilməsinə ciddi zərurət yaranıb. Əlbəttə, bu, ilk növbədə, təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlıdır. Bilirsiniz ki, koronavirusla bağlı ali məktəblərin də üzərinə böyük işlər düşür və onlar bu vəziyyətdə distant təhsili gündəmə gətirməli, tələbələrə bu şəkildə dərslər keçməlidirlər. Tələbə evdən bayıra çıxmadan evində oturub mühazirələri dinləyə, müəllimlərlə sual-cavab edə bilər. Bu, bütün dünyada belədir. Koronavirus təhlükəsilə bağlı ölkəmizdə hələlik Gömrük Akademiyası distant təhsilə keçdiyini bəyan edib. O biri ali təhsil ocaqları isə həm bu prosesə hazır olmadıqları, həm də ölkəmizdə internetin keyfiyyətsizliyi üzündən distan təhsili tətbiq edə bilmirlər. Əgər ölkəmizdə tədrisin müvəqqəti dayandırılması prosesi uzadılarsa və distant təhsilə keçmək zərurəti yaranarsa, onda ali məktəblərin qarşısına ilk çıxan maneə internetlə bağlı olacaq. Təhsil müəssisələrinin özləri də açıq şəkildə olmasa da, dolayı şəkildə keyfiyyətli internet təminatının olmamasının onların işlərinə maneə törətdiyini bildirirlər.   

  • Hüseyn Mirzəyev: “Distant təhsil üçün ən vacib iş sürətli və kəsintisiz internetin olmasıdır”

Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsinin dekanı, dossent Hüseyn Mirzəyev bizimlə söhbətində distant təhsilə əngəl olan kəsintisiz internet probleminin olduğunu qeyd etdi. “Distant təhsil üçün ən vacib iş sürətli və kəsintisiz internetin olmasıdır, bizdə internet qiymətləri kifayət qədər baha, sürət isə kafi deyil. Bu problemin aradan qaldırılması üçün “Aztelekom”un və mobil operatorların üzərinə böyük iş düşür. Türkiyə bir həftədən sonra distant təhsilə başlayır və bunun üçün bütün mobil operatorlar hər kəsə pulsuz 3 Gb internet ayırıb. Bizim mobil operatorlardan bir təklif varmı? Digər tərəfdən, hər bir müəllimin və tələbənin kompyuteri olmalıdır. Bizdə müəllimlərin bir qismi buna hazır deyil, digər qisminin normal kompyuteri yoxdur. Proqram təminatında problem var.

Düşünürəm ki, virtual auditoriya təşkil etmək, eyni zamanda, bütün sinfin və ya qrupun iştirakı ilə Webinar təşkil etmək, tələbələrin davamiyyətini qeydiyyata almaq sadaladığım problemlərə görə alınmayacaq. Ən yaxşısı “Google Classroom” və “Edmodo” kimi sistemlərdən, sosial şəbəkələrdən faydalanmaq olar. Burada müəllim sinif açır, tədris materiallarını oraya yerləşdirir, tələbələri ilə mütəmadi paylaşır, onlara tapşırıqlar, quizlər verir və s. Tələbələr bu tapşırıqları yerinə yetirib göndərir və müəllim də sistem üzərindən qiymətləndirmə aparır.

Əslində, çox sadə və rahatdır, mən 3 ildən çoxdur istifadə edirəm. Bircə çətinliyim tələbələrimin hamısını bu virtual auditoriyalara cəlb etmək və mühazirələrimi səsli və görüntülü olaraq video screen Capture etməkdir. Bəlkə də kompyuterim zəif olduğundan, bu iş ürəyimcə alınmır. “Xbox Game Bar”, “Active Presenter” və “Camtasia 2019” proqramlarından istifadə edirəm, ekranı yazmaqda problem yoxdur, amma səsi qeydə almır. Bu problemin həlli üçün yardım edənlər olarsa, öncədən çox-çox təşəkkür edirəm” - deyə qeyd edib.

  • Nadir İsrafilov: “Ölkədə kütləvi olaraq distant təhsilə keçilməməsinin əsas səbəbi kimi internetin zəif olması göstərilir”

Tanınmış təhsil eksperti Nadir İsrafilov isə hesab edir ki, ali məktəblər özləri bu məsələyə hazır olmalıdırlar. Onun fikrincə, bu sahədə bütün universitetlər UNEC-in təcrübəsini öyrənməlidir. “Distant təhsil internet resursları üzərindən həyata keçirilən prosesdir. Biz Boloniya prosesinə qoşulmuşuq və burada əsas məsələlərdən biri ali məktəblərdə distant təhsilin reallaşdırılmasıdır. Yəni tələbə gündəlik dərsə getmədən sərbəst şəkildə distant təhsil almaqla təhsilini davam etdirir. Bu, dünya təcrübəsində belədir. Açıq etiraf edək, biz Boloniya prosesinin kredit sistemindən başqa bütün şərtlərinə lazımi səviyyədə əməl etmədik. Bunun nəticəsində də distant təhsil kimi vacib bir istiqamət diqqətdən kənarda qaldı. Koronavirus təhlükəsi yarandıqdan sonra distant təhsil məsələsi yenidən aktuallaşdı. Bilmək olmaz, koronovirusla bağlı elə təhlükəli vəziyyət yarana bilər ki, yeganə çıxış yolu distant təhsil ola bilər. Bilirsiniz ki, bu gün dünyanın çox yerində, eləcə də Azərbaycanda orta və ali məktəblər müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Yəni proseslər kollektiv şəkildə həyata keçirilmir. Bundan çıxış yolu da distant təhsildir. Bilirsiniz, təhsildə fasiləsizlik prinsipi var və bu fasiləsizliyin təmin olunması vacibdir. Heç kəs təminat verə bilməz ki, koronavirus təhlükəsi nə zaman sovuşacaq və təhsil prosesi nə zaman tam bərpa olunacaq. Bu bizlik məsələ deyil. Bilirsiniz ki, artıq ÜST bu virusu pandemiya elan edib. Bu virus daha da şiddətlənə, güclənə bilər, tədris prosesinin təxirə salınması daha da uzanar. Bu barədə dəqiq proqnoz vermək çətindir. Koronavirus nə qədər təhlükəli olsa da, o bizə bir daha xatırlatdı ki, təhsilin fasiləsizliyini təmin etmək üçün bizim əlavə rezervlərimiz, vasitələrimiz, yollarımız olmalıdır. Bu baxımdan distant təhsil tətbiq edilməlidir. Bu gün Azərbaycanda distant təhsilin ilk dəfə tətbiq edildiyi Dövlət İqtisad Universitetinin təcrübəsi öyrənilməlidir. Bu ali məktəb hələ virus yayılmamışdan əvvəl bu işə başlayıb. UNEC-də o bazanı yaradıblar. Digər universitetlərdə də buna cəhdlər başlayıb”.

N.İsrafilov da hesab edir ki, ölkədə internetin keyfiyyəti və fasiləsizliyinin təmin edilməsi üçün aidiyyəti qurumlar öz üzərlərinə düşən işin öhdəsindən gəlməlidirlər. “Ölkədə kütləvi olaraq distant təhsilə keçilməməsinin əsas səbəbi kimi internetin zəif olması göstərilir. Distant təhsil də, dediyim kimi, isternet üzərindən aparılan bir prosesdir. Bizdə internet çox zəifdir, bir də görürsən ki, internet çökdü. Bu probelmin həllinin hansı qurumdan asılı olması da aydınlaşmalıdır” - deyə N.İsrafilov vurğuladı.

  • Osman Gündüz: “Bu məsələdə əsas problem, iş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərindədir”

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün fikrincə də distant təhsilin tətbiqinə mane olan əsas məsələlərdən biri internet problemidir: “Düşünürəm ki, distant təhsilin tətbiqi üçün internet həm keyfiyyətli, həm də əlçatan olmalıdır. Distant təhsilin təşkilində qanunvericiliklə, təhsilin rəqəmsallaşdırılması, universitetlərdə yaradılmalı olan distant təhsil mərkəzləri və s. bağlı problemlər mövcuddur. Yəni bunun bir neçə komponenti var, bunun biri də internetlə bağlıdır. Təhsil alan tələbə üçün internet əlçatan olmalıdır. Təhsil Nazirliyinin teledərsləri onun göstəricisidir ki, bizdə internet əlçatan və keyfiyyətli deyil. Görünür, Təhsil Nazirliyi bundan xeyli ehtiyatlanıb və distant təhsili yox, teledərs layihəsini həyata keçirir. Problemdən çıxış yolu nədir? Bu məsələdə əsas problem, iş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərindədir. Nazirlik bir monitorinq aparmalıdır ki, nə üçün distant yox, teledərs? Bunun səbəbi də internetin əlçatan olmamasıdır. Nə üçün internet əlçatan deyil, keyfiyyətsizdir. Nazirlik bunun səbəblərini araşdırmaq üçün regionlarda, Bakıda monitorinqlər aparmalıdır. Burada Azərbaycanın internet bazarında sərbəst, azad rəqabətlə bağlı problemlər də var. Yəni dövlət internet provayderlərinin xüsusi çəkisi yüksəkdir, onlar üçün daha münbit şərait var və dövlət provayderlərinin də internet xidməti kifayət qədər keyfiyyətsizdir. Rəqabətli mühit olmadıqda internet də inkişaf edə bilmir. Bu gün özəl provayderlər internet çəkmək işindən həm regionlarda, həm də Bakıda kənarlaşdırılıb. Ona görə də hesab edirəm ki, aidiyyəti qurumlar baş verənlərdən nəticə çıxarmalıdırlar. Hökumət araşdırmalıdır ki, nə üçün ölkəmizdə distant təhsil texnologiyasından istifadə etmək olmur? İndi aidiyyəti qurumlar bundan ibrət dərsi götürüb ciddi işlər görməlidirlər” - deyə O.Gündüz qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ