Cümə günü, 13 noyabr 2026
     

Elmi işlərə dair avtoreferatların tərcüməsi dövlət hesabına aparıla bilərmi...

Image


Elmlə məşğul olan, elmi dərəcə alıb alim adını qazanan hər bir şəxsin ənənəvi olaraq yazdığı dissertasiya işinin əsasında avtorefarat çap etdirdiyi məlumdur. SSRİ dövründə Azərbaycanda və keçmiş ittifaq respublikalarında çap olunan avtoreferatların  mütləq şəkildə rus dilinə də çevilirək nəşr edilməsi vacib idi.

Bunun əsas səbəblərindən biri həmin avtoreferatların keçmiş SSRİ respublikalarının elmi müəssisələrinə, xüsusən də kitabxanalarına göndərilməsi ilə bağlı idi. Eyni zamanda  avtoreferatlar dövrün elmi yeniliklərinin, Azərbaycan alimlərinin tədqiq etdiyi sahələrlə bağlı gəldikləri elmi nəticələrin təbliğ edilməsi idi. Lakin  Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra bir sıra sahələrdə baş verən dəyişikliklər elm sahəsindən də yan keçmədi və bu birbaşa avtoreferatların tərcüməsinə də təsir göstərməyə başladı. Əvvəlki dövrlərdə avtoreferatlar rus dili ilə paralel olaraq ingilis dilinə tərcümə edilsə də, sonra aidiyyatı elmi qurumların çıxardığı qərarlara əsasən həm Azərbaycan, həm də rus dilində yazılan dissertasiyaların avtorefaratları yalnız ingilis dilinə tərcümə edilməyə başladı. Məlumatlara görə, avtoreferatın bir səhifəsinin ingilis dilinə tərcümə edilməsi isə dissertant və doktoranta 17 ABŞ dollarına başa gəlir. Qiymət rəsmi olmadığı üçün onunla bağlı hər hansı bir iddia ortaya qoya bilmərik. Amma fakt budur ki, avtoreferatın ingilis dilinə tərcümə edilməsi Azərbaycan elminin beynəlxalq aləmdə yayılmasına heç bir müsbət təsir göstərmir. Kiçik istisnaları nəzərə almasaq deyə bilərik ki, ingilis dilinə tərcümə edilən avtoreferatlar Azərbaycandan kənara çıxmır. Halbuki, Azərbaycan Milli Elmlər Akademiyasının da, ali təhsil müəassisələrinin də əsas hədəfi avtoreferatların daha çox dillərə tərcümə edilərək xarici universitetlərə, elm mərkəzlərinə, kitabxanalara göndərilməsini təmin etmək olmalıdır. Lakin bildiyimiz kimi avtoreferatlar yalnız və yalnız müəllifin maliyə hesabına çap olunmalıdır. Gizlin deyil ki, çox cüzi maaşla işləyən iddiaçı bu avtoreferatın ingilis dilinə çevirilməsi və çap edilməsi üçün bəzən borca girir, bəzən kredit götürür.

Məlumdur ki, bu gün Azərbaycan elmi dünyada tanınmır və elmimizi tanıtmağa məsul olan qurumlar isə buna cəhd göstərmək istəmirlər. Təklif edərdik ki, avtoreferatların xarici dilə tərcümə edilməsi yalnız ingilis dili ilə məhdudlaşmamalıdır, onlar başqa xarici dillərə də tərcümə edilməlidir. Eyni zamanda da avtoreferatların xarici dillərə tərcümə edilib yayılması ilə bağlı xüsusi dövlət konsepsiyası hazırlanmalıdır, proqram müəyyən edilməlidir. Bunun nəticəsində ölkəmizdə çap edilən avtoreferatlar iddiaçıların, müəlliflərin deyil, dövlətin, məhz Milli Elmlər Akademiyasının, universitetlərin hesabına  xarici dillərə tərcümə edilməlidir. Bu məsələyə pərakəndə şəkildə yanaşmaq, barmaqarası baxmaq olmaz. Qeyd etdiyimiz kimi əsas hədəf Azərbaycan elmini, müasir Azərbaycan alimlərinin tətdiqat əsərlərini, elmi nəticələrini beynəlxalq elmi ictimaiyyətə çatdırmaq və elmimizi tanıtmaqdır. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də elm adamları ilə bütün görüşlərində çağdaş Azərbaycan   elimin beynəlxalq aləmdə tanıdılmasını, elm tutumlu ölkələrlə bir sırada olmağımızı Akademiya, eləcə də ali təhsil ocaqları qarşısına məqsəd olaraq qoyub. O da məlumdur ki, dövlət elmə kifayət qədər vəsait ayırsa da, lakin hələ də elmimiz  yerində iməkləyir...

  • İlqar Orucov: “Sovet dövründə dissertasiya rus dilində yazılırdısa, avtoreferat da rus dilində olurdu, nəşrin sonunda isə Azərbaycan və ingilis dilində xülasələri verilirdi”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov məsələyə belə izah verdi: “SSRİ dövründə avtoreferatlar dissertasiyanın yazıldığı dildə çap olunurdu. Yəni iddiaçı (elmi iş müdafiə etməyə hazırlaşan şəxs) hansı dildə dissertasiya yazırdısa avtoreferat da həmin dildə nəşr edilirdi. Amma avtoreferatın sonunda avtoreferatın yazıldığı dildən fərqli olar digər iki dildə xülasə verilirdi. Məsələn, Sovet dövründə dissertasiya rus dilində yazılırdısa, avtoreferat da rus dilində olurdu, nəşrin sonunda isə Azərbaycan və ingilis dilində xülasələri verilirdi. Amma dissertasiya Azərbaycan dilində idisə avtoreferat Azərbaycan dilində olurdu və xülasəsi isə rus və ingilis dillərində olurdu. Təbii ki, SSRİ dövründə dissertasiyalar ingilis dilində yazılmırdı, işçi dil kimi rus və Azərbaycan dilləri istifadə olunurdu. Amma indiki dövrdə yenə də bu qaydalar gözlənir. Düşünürəm ki, əslində, bunun gözlənilməsi doğrudur. O ki qaldı avtoreferatların çapına, iddiaçı müdafiədən bir neçə gün əvvəl avtoreferatları çap edib paylamalıdır. Bu avtoreferatlar universitetlərə, müvafiq qurumlara göndərilir. Amma onu deyim ki, bu proses çox zaman formal xarakter daşıyır. Məsələ bundan ibarətdir ki, dissertasiyaların yazıldığı dildə də, əlbəttə, avtoreferat olmalıdır və onun ingilis dilinə tərcümə edilərək paylanmasında da ziyanlı bir şey yoxdur. Nəzərə alsaq ki, indi doktorantura və dissertantura yolu ilə təhsil alanların ingilis dili bilgisi mükəmməldir. Ona görə düşünürəm ki, avtoreferatu iddiaçı ingilis dilində də yaza bilər. Bu sahədə heç bir problem yoxdur. Avtoreferat iddiaçının yazdığı dissertasiya işinin qısa məzmunu özündə əks etdirir. Burada işin aktuallığı, işin yeniliyi və s. qısa olaraq izah olunur. Hətta fikirləşirəm ki, bu həm də onlayn şəkildə də olmalıdır. Xarici dildə çap olunmağın heç bir zərəri yoxdur. Bu, gələcəkdə həmin işlərə istinad edilməsi ehtimallarını artırır”.

İ.Orucov qeyd etdi ki, elmi tərcümələri hər tərcümə işi ilə bağlı olan təşkilat bacarmır, burada xüsusi mütəxəssilərin iştirakı vacibir. “İndiki dövrdə informasiya dövrüdür və istənilən elmi işi onlayn izləmək, onlara istinad etmək mümkündür. Bununla bağlı əslində elmi ictimaiyyət üçün yeni  imkanlar açılıb. İddiaçının  müdafiəyə təqdim etdiyi iş artıq müdafiəyə qədər onun müxtəlif elmi əsərlərində, müxtəlif məqalələrində əks olunur və yayılır”.

İ.Orucov hesab edir ki, avtoreferatların tərcüməsi və çapı elə də böyük məbləğə başa gəlmir. Burada rəngli kağızdan istifadə edilmədiyini və bahalı iş olmadığını deyən İ.Orucovun sözlərinə görə, bunun üçün də dövlətinin vəsait ayırmasına ehtiyac yoxdur. İ.Orucov hesab edir ki, bu işin xüsusi konsepsiya əsasında həyata keçirilməsinə ehtiyac yoxdur.

  • İdris Abbasov: “...Azərbaycan elminə başucalığı gətirə biləcək avtoreferatları müxtəlif xarici dillərdə çap etmək olar”

Professor İdris Abbasov isə hesab edir ki, avtoreferatların müxtəlif xarici dillərə tərcümə edilərək çap edilməsi üçün vahid konsepsiyanın yaradılması müsbət olardı. Bununla belə İ.Abbasov hesab edir ki, bura ölkədə yazılan bütün avtoreferatları daxil etmək olmaz. “Mən müasir dövrdə nəşr edilən avtoreferatların ən müxtəlif dillərə tərcümə edilərək dünyaya yayılmasına və bunun üçün vahid konsepsiya hazırlanmasına müsbət yanaşıram. Bu konsepsiya hazırlanacaqsa, burada avtoreferatlara ciddi münasibət olmalıdır. Yox, əgər konsepsiya yaradılacaqsa və burada plagiat elmi işlərə, köçürmələrə, səviyyəsiz, mənasız mövzulara yer veriləcəksə, bu çox mənfi nəticə verə bilər. Təklif etdiyiniz konsepsiya əsasında iddiaçıların hamısının avtoreferatının çap edilməsi, xaricə yayılması bizə müsbət heç nə vəd edə bilməz. Çünki, dediyim kimi, bir çox hallarda yazılan elmi işlərdə plagiatlıq, köçürmələr kimi hallar var. Biz ucdantutma bütün avtoreferatları xarici dillərə çap edib yaysaq, bu bizə problem yarada bilər. Çünki xarici alimlərin elmi əsərlərinin üzünü köçürüb onu öz “elmi işi” kimi təqdim edənlərlə hər addımbaşı rastlaşıram. Təbii ki, plagiat elmi işlərin avtoreferatı da xarici ölkələrin elmi ictimaiyyəti tərəfindən müsbət qarşılanmayacaq. Biz bununla özümüzü, elmimizi biabır etmiş olarıq. Hesab edirəm ki, xüsusi konsepsiya əsasında dövlətin ayırdığı vəsait hesabına yalnız seçmə, Azərbaycan elminə başucalığı gətirə biləcək avtoreferatları müxtəlif xarici dillərdə çap etmək olar. Konsepsiya formalaşdırılsın, bu yaxşıdır. Amma məni qorxudan Azərbaycan elmini idarə edən şəxslərin həmin konsepsiyadan və dövlətin ayırdığı vəsaitdən sui-istifadə etməsidir. İndiyə qədər belə hallar çox olub. Azərbaycan elmi üçün faydalı olan, elmimizi dünyada tanıtmağa qadir bir əsər qalır kənarda, amma dövlət vəsaiti hesabına plagiat elmi işlər kitab şəklində dərc edilir” - deyə İ.Abbasov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ