Bazar günü günü, 27 sentyabr 2026
     

İgid ömrü - Altıncı yazı

Image


Torpaq suyla qarışanda palçıq, qanla qarışanda VƏTƏN olur!
“Diriliş Ərtoğrul” serialından

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Nazim: “Həmin Kətikdə 70 il öncə də qadınları süngüyə keçirib Qarqar çayına tökmüşdülər”

...Amma Xocalıda təkcə Füzuli kimi oğulların qanı tökülmədi torpağa. Torpağa həmin gecə çox şeylər gömüldü: namus, qeyrət, ləyaqət. Bunlardan da betəri xəyanət idi... Nazimi - canlı şahidi dinlədikcə biz də şahid kəsilirik yazdıqlarıma. Həmsöhbətimsə bir qədər köks ötürərək, yenidən həyəcanla davam edir. Əslində onun danışdıqlarını nə həyəcansız nəql etmək, nə də ki, həyəcansız dinləmək mümkündür:

- Adam tanıyıram, “Azərbaycan Bayrağı” ordeni alıb. Amma fakt budur ki, o adam öz atasının meyitinin ardınca getmədi. Ondan qəhrəman olar?!.. Üstəlik, haqqın olmaya-olmaya necə belə bir tələb qoya, istəyə bilərsən ki, sənə orden, medal, nə bilim nələr versinlər?! Bəs belələri düşünmürlər ki, Xocalıda bizim namus-qeyrətimiz tapdalandı, kişiliyə, namusa xas olan nə varsa əldən getdi, qürurumuz da, mənliyimiz də getdi?! Bir sözlə ifadə eləmək çətindir bu yaşantıları, amma yenə də bir sözlə deyim ki, həmin gecə nəyimiz vardısa itirdik. Füzuli kimi, Əlif kimi təpədən-dırnağa qeyrətli oğlanlarımızı itirdik. Eybi yox, oğul şəhid olar. Qanı torpağına tökülər. Bəs heç olmasa biz onların qanını mükəmməl şəkildə alıb təskinlik tapa bilirikmi?! Əlbəttə ki, yox. Düşünürəm, ancaq torpaqlarımız azad olunsa biz onların qanını alar, bir qədər rahatlıq tapa bilərik. Siz bir tarixin təkrarına da fikir verin. Yaşlılar danışırdılar ki, 1905, 1907, 1908-ci illərdə həmin o Kətik dağının ətəyində, bu dəfə də xocalıları qırdıqları Qaraqayada o zaman da ermənilər beşatılanlarla eynən camaatın qabağını kəsib, qadınları süngüyə keçirib, kürəklərinə qaynar samovarlar bağlayıb həmin Qarqar çayına tökübmüşlər. 70 il sonra bu hadisəni, bu vəhşiliyi – Xocalı soyqırımını daha dəhşətli formada elə həmin ərazidə törətdilər, təkrarladılar. Nə dəyişmişdi ki?! Bircə silahların növündən və müasirliyindən başqa. Ermənilər həyasızcasına deyirlər ki, guya əhaliyə Kətik tərəfdən dəhliz saxlayıblar çıxmağa. Yaxşı, bəs dəhliz vermişdinizsə, o ərazidə meyitləri yığan şahid kimi deyirəm ki, insanların başını niyə kəsmişdiniz, baş dərilərini niyə soymuşdunuz, gözlərini niyə çıxarmışdınız? Bu, dəhliz vermək yox, əslində dərs vermək idi azərbaycanlılara.

- Füzuli sizi axtarmağa gedərkən yaralanıb Ağdam xəstəxanasına gətirilib, siz isə bu zaman öldürülmüş, təhqir edilmiş həmyerlilərinizin meyitlərini götürməyə getmisiniz...

- Yox, artıq razılaşma olandan sonra mən dörd nəfərlə gəldim xocalıların əsas məhv edildiyi Qaraqaya deyilən əraziyə. Burada meyitləri, onların durumunu görəndə adam dəhşətə gəlirdi. Başları soyulmuş, gözləri çıxarılmış, daha nə bilim nələr... Biz burada Aqilin də artıq keçinmiş cəsədini, o cümlədən Əlif Hacıyevin də nəşini götürdük. Orda tanıdığım adamların tanınmaz hala salınmış meyitlərini görəndə hönkür-hönkür ağladım. Mən ilk dəfəydi görürdüm ki, insanın başının dərisi nə qədər qalın olurmuş. Bunları görmək, üstəlik maşına yığıb ermənilərin gözlərinin müşayiəti altında ərazidən çıxarmaq...deyilməsi, yazılması tamamilə mümkünsüz olan dəhşət idi. Qəribə burası idi ki, birdən elə bil məndə daşlaşma getdi. Əvvəl meyitləri görəndə özümdən biixtiyar gözlərimdən yaşın axmasına baxmayaraq, sonra qeyd etdiyim bu dəhşətlərin şahidi olduqca daha nə qədər ağlamaq istəsəm də ağlaya bilmədim. Artıq məndə belə bir təsəvvür formalaşırdı ki, bəlkə elə insan bir-biri ilə belə rəftar eləməlidi?! Burda ermənilər məni tanıyıb guya qınaq eləmək istədilər ki, siz də Xocalı aeroportunda erməniləri belə incidirdiniz. Mən erməni dilini bilirəm. Cavab verdim ki, biz aeroportda qanunları qorumuşuq, amma qocaların, körpələrin başına belə müsibətlər gətirməmişik. Sizin etdiklərinizsə heç bir bəşəri əndazəyə sığmayan tarixi cinayətdir.

366-cı alayın zabitlərinin 52-si erməni olub

O zaman ermənilərin qarşısında, bu dəhşətin içərisində gözündən yaş çıxmayan sabiq döyüşçü indi bu sözləri mənə göz yaşları içərisində dilə gətirirdi. Burda cilovlaya bilmirdi daxilindən gələn, illərlə ürəyində qubar bağlamış hisslərini. Onu yenidən nisbətən sakit – Xocalılı, Füzulili günlərinə qaytarıram ki, bir qədər də özünü o çağlarda hiss edib sakitləşsin.O günlər, əlbəttə ki, xoş günlər olmasa da, hər halda mübarizə aparıldığı, bəzi məqamlarda bizimkilərin – torpağın halalca sahiblərinin ermənilərə dərs verdiyi çağlar kimi yaddaşlara həkk olunub...

- Xocalıdakı döyüşləriniz və ya belə demək mümkünsə, lokal döyüşləriniz, partizanlıqlar mütəşəkkil qaydada həyata keçirilmirdi, pərakəndə idi...

- Əvvəlcə sizin dediyiniz kimi idi. Zamanla artıq Xocalı Özünümüdafiə batalyonu yaranmışdı. Postlarda növbəli şəkildə keşik çəkirdilər batalyonun əsgərləri. Bu batalyonun əsgərlərindən biri də Füzuli idi.

- Məshəti türkü, “Azərbaycan bayrağı” ordenli Sərvər Rəcəbov həmin batalyonun komandiri idi?

- Yox, Sərvər müəllim qərargah rəisi idi. Batalyonun komandiri o zaman Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov idi. Sərvər müəllim Xocalıdan sonra batalyonu yenidən yaradıb komandir kimi döyüşlərə qatılmışdı (mən Nazimlə bu söhbəti apararkən Sərvər Rəcəbov hələ sağ idi. Ölümündən iki gün əvvəlsə Nazimlə birlikdə onunla görüşüb müsahibəsini yazdım. Növbəti yazılarda həm bu qəhrəman oğulu tanıyacaq, həm də onun Füzuli barədə dediklərini oxuyacaqsınız – N.Z.).

- Mobil döyüşləriniz olurdumu?

- Deyim ki, qısa əməliyyatlar oldu. Problem həm də nədə idi? Özünümüdafiə batalyonunun 150 əsgəri var idi. Amma bu qədər əsgərin cəmisi beş nəfərdən birinə çatacaq silahı vardı. Xocalı milis bölməsi isə 58 nəfərlik heyətdən ibarət idi. Bunların da cəmi 18-19 silahı olurdu. Bizim orda mükəmməl bir silah bazamız yox idi. Erməniyə qarşı əməliyyat tədbirləri həyata keçirmək gücündə, iqtidarında deyildik. Kifayət qədər qumbaraatanlarımız var idi, onun da mərmisi yox idi. Təlimdə istifadə olunan mərmilər vermişdilər bizə. Xocalıda erməniyə qarşı apardığımız mübarizə yalnız qeyrətimizdən - Vətənimizə içdən bağlı olmağımızın məntiqi nəticəsi kimi ortaya çıxırdı. Başqa heç nə. Üstəlik hərbi təcrübəmiz yox idi, taktiki gedişlər edə bilmirdik. Amma qarşı tərəf uzun illər hazırlaşmışdı. 366-cı alayın köməyi də bir tərəfdən. Bu alayın 72 nəfərlik zabit-gizir heyəti vardı. Onların 52-si ermənilər idi. Deməli, bu hərbi hissə erməniləşmiş bir hərbi hissə idi. 1990-cı ildə Bakının Biləcəri qəsəbəsində yerləşən, komendant saatına nəzarəti bilavasitə həyata keçirən Daxili Qoşun birləşməsi də Xankəndiyə dislokasiya olunmuşdu. Bu alayın 120-dən yuxarı zirehli texnikası var idi: BTR, BMP və s. Çox yerdə bunlar qeyd olunmur. Yalnız 366-cı alay qeyd olunur. Bu hərbi hissə 1991-ci ilin sentyabr ayında Xankəndini tərk edərkən onların silahları, texnikası hamısı erməniyə təhvil verildi. Görün bunlar nə boyda qüvvəyə malik idilər. Amma Xocalıda komendant saatı bəhanəsi ilə ov tüfənglərimizi də yığmışdılar. Bəhanəsi isə Xocalıya hücum edib xeyli xəsarətlər yetirən, ot tayalarımızı odlayan ermənilərin hərəkətlərinə qarşılıq verməyimiz olmuşdu. Xocalı əliyalın bir vəziyyətdə qalmışdı. Təbii ki, bizim təkbaşına erməniyə gücümüz çatmazdı. Amma biz nəyə ümidliydik?! Qoçların boğazına qırmızı lent bağlayıb Azərbaycan əsgərinin Əsgəranı alıb Xocalıya gələcəyi günü gözləyirdik ki, bu qurbanları onların ayaqlarının altında kəsək.

Biz qırmızı lentli qoçları qurban kəsmək istərkən...

- Bəs onlar niyə gəlmədi? Komanda gözləyirdilər?

- Komanda gözləyirdilər. Amma komanda da gəlmədi. Görünür, bunun arxasında çox ciddi bir xəyanət əməli gizlənib. Nəticədə görün nələr yaşandı...biz qurban kəsməyə hazırlaşarkən, əksinə bizim uşaqlarımız, igid oğlanlarımız ermənilərin ayağının altında qurbana çevrildi. Xocalının təhlükəsizliyi düşünülməli idi. Bizə kömək vermirdilər, heç olmasa silah göndərəydilər. Xankəndinin ətrafındakı azərbaycanlılar yaşayan kəndlərin bir-birinin ardınca yandırılıb-boşaldılması Xocalı faciəsini labüdləşdirirdi. Bircə qalırdı faciənin baş verəcəyi gün. Bax, bu günü biz dəqiq bilmirdik.

- Qadınları, uşaqları çıxarmaq olmazdı?

- Bilirsiniz, yanvarın 12-si sonuncu vertolyot gəlib ərzaq gətirmişdi. O vertolyotla 300-ə qədər adamı çıxartdıq. Amma Xocalının ümumi əhalisi 3100 nəfərdən çox idi. Onun təxminən 2800-ü orda qalmışdı. Nəylə çıxara bilərdik bu qədər əhalini? Yanvarın sonunda Ağdamdan uçan vertolyotu Şuşanın yaxınlığında stinger raketi ilə vurdular. Ondan sonra daha vertolyotun gəlməyi mümkün olmadı. Fevralın 2-si Xocalının işığı kəsildi. Ərzağımız tükənməyə başladı. Dəmləməyə çay tapmırdıq, ot çayı dəmləyib içirdik. Qırılmayan bircə ümidimiz idi ki, biz nəyin bahasına olursa-olsun torpağımızı qoyub çıxmayacağıq. Sonu da bu...

Füzuli qürur idi, vicdan idi, namus idi...

...Xocalının ən ağır günləri. Ağdamdan gizli meşə yolları, atla silah gətirmək gərək olur. Etibarlılıq... Füzuli yada düşür. Füzuli gedib gətirir də. Füzulinin gördüyü işi kimsə görə bilərdimi?!.. Sonuncu gedişi Əlif Hacıyev yalnız Füzuli ilə reallaşdırmağa  razılıq verir. Baş tutmayan bu gediş həm də, artıq qeyd etdiyimiz kimi, xocalılıların harayına gedərək, yaralı vəziyyətdə “xocalılı”ya çevrilməyə məcbur olmuş Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi atla Ağdama gətirməli imiş. Gözlər yenə Füzuliyə dikilir... Amma Xocalı qətliamı, günbəgün daralan halqa bu gedişi əngəlləyir. Aqilsə xocalılı Kamran kişinin evində yataqda uzanılı vəziyyətdə müalicə alırmış. Xocalıya bağlanan bu tale sonuncu gün də xocalıların yanında olur, Xocalı şəhidləri ilə bərabər haqqa qovuşur. Əgər hadisə bir neçə gün yubansaydı...

Nazim deyir Füzulidə bir qədər çekistlik də vardı. Ona Aqilin aparılmasını deyən kimi ölçüb-biçməyə başlayır və bu ölçü-biçi sırasında xəyanətlərin, satqınçılıqların nəzərə alınmasını da gözdən keçirir. Hər sözü hər kəsin yanında demək olmazdı. Hətta Xocalının özündə 11-12 nəfər erməniyə “donos” daşıyan var imiş. Ağdama mütəmadi təkbaşına gedən, bir neçə dəfə yolunu dəyişməyə məcbur olan qorxmaz oğul Füzuli bu “eybəcər əməlliləri” da nəzərə alırmış...

- Nazim, təəssüf ki zəmanəmizdə, ətrafımızda da belələri çoxdu. Orda ölüm-itim ayağında olduğu kimi, burda hətta təqaüd yaşına çatıb, elin dili ilə desək “bir ayağı gorda olanlar”ın içərisində də bu tipli “xasiyyətlərini” tərgidə bilməyən nadürüstlər var. Bir şeyi soruşum: Xocalı gecəsində başqaları ilə bərabər onları, o nadürüstləri də qətlə yetirmədilər ermənilər?

- Ölənləri də oldu. Amma gəlib arın-arsız yaşayanları da var.

- Hələ bir artıb-çoxaldılar da yəqin...

- Orası da var.

- Mən elə bilirəm Füzulinin qatili ermənilərdən çox belələridir...

- Əlbəttə. Birbaşa iştiraklarını deyə bilmərəm. Amma Füzuli kimi oğulların varlığı belələrinə maneə idi. Bilirsiniz niyə? Çünki Füzuli qürur idi, vicdan idi, namus idi, hər şey idi (ağlayır). Belə oğul yaşamalıydı. Təkcə fiziki mövcudluğuna görə yox. Həm də öyrətmək üçün, öyrənməyimiz üçün, örnək üçün. Fikir verirsinizmi, hətta onun ölümü də xalqı qarşısında örnək olmağını əngəlləyə bilmədi. Əksinə, bir qədər də ucaltdı Füzulini. Kaş ailəli olaydı, bir övladı qalaydı...

İgir ömrün daşıyıcısı Füzuli və ölüm...bu faktla hələ də barışa bilmir Nazim.

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
Jurnalist-publisist



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ