Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan Ukrayna və Belarusda erməni lobbisinin bütün səylərini məhv etdi – iqtisadi gücümüz əsas faktor rolunda…

Image


Azərbaycanın MDB məkanında da kifayət qədər etibarlı tərəfdaş qismində qəbul edilməsi, bununla bağlı ölkəmizlə əməkdaşlığı daha da dərinləşdirmək istəyən postsovet ölkələrinin mövcudluğu heç kimə sirr deyil. Proseslərin real təhlili isə qarşıdakı dövr ərzində Ukrayna və Belarus kimi postsovet ölkələri ilə Azərbaycan arasında əlaqələrin daha yüksək səviyyəyə çatacağını göstərir.

Həmin ölkələrlə münasibətlərin inkişafı müəyyən parametrər baxımından Azərbaycan üçün olduqca önəmlidir. Ən azı o baxımdan ki, adıçəkilən ölkələr hərbi müstəvidə indiyə qədər Azərbaycanın əsas tərəfdaşlarından biri olub.

Digər tərəfdən, bu vaxta kimi Ermənistan və erməni diasporu Ukrayna və Belarusun Azərbaycanla əlaqələrinə xələl gətirmək istəsə də buna nail olmayıb. Əksinə, baş verən son proseslər Kiyev və Minskin Azərbaycana marağını getdikcə artırır.  Bunun ümdə səbəblərindən biri Azərbaycanın böyük iqtisadi gücüdür. Məsələn, artıq məlumdur ki, bu il Azərbaycan Ukraynaya qoyduğu sərmayə həcmini onqat artıraraq 1,5 - 2 milyard  dollar səviyyəsinə çatdırmaq niyyətindədir. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu istiqamətdə işlərin Azərbaycanın həmin ölkədəki ticarət evləri vasitəsilə görüləcəyini qeyd edib. Azərbaycan səfiri, həmçinin, Ukraynada “çoxlu sayda” birgə müəssisə yaratmaqla bağlı yerli sahibkarlarla razılaşmalar əldə edildiyini bildirib:“Burada sərmayə yatırmaq fikrindəyik. Bu yaxınlarda iqtisadiyyat nazirimizlə söhbətim olub. Tezliklə Ukrayna, Belarus, Moldova səfərinə yollanacaq. Azərbaycan Prezidenti də bu regionda iqtisadi mövqelərimizi gücləndirmək barədə tapşırıq verib”. Azərbaycanın Ukraynadakı sərmayələrinin strateji əhəmiyyət daşıya biləcəyi ehtimalı da irəli sürülüb. ”BNE İntelliNews” bu fonda yazır ki, Azərbaycan, Gürcüstan və Türkiyə qarşılıqlı sərmayələrin “qızıl üçbucağ”ını yaradır və bu bloka Ukraynanın da qoşulması formalaşan bazarın həcmini və potensialını, təsir dairəsini xeyli artıracaq. Bu durumda Azərbaycanın Ukranya üzərindən Belarusa neft göndərməyə hazırlaşması isə vəziyyəti bir qədər də dəyişir.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) martın 20-də Belarusun “Belneftexim” konserninə neft nəqlinə başlamağı planlaşdırır. SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, “Belneftexim" konserni üçün nəzərdə tutulan ilk partiyanın həcmi  85 min tona yaxındır. O qeyd edib ki,  Azərbaycan neftinin olduğu ilk tanker Supsa limanından göndəriləcək. İ.Əhmədov əlavə edib ki, Belarusa ikinci neft tankerinin satışı və çatdırılma müddəti ilə bağlı danışıqlar davam edir.

Qeyd edək ki, daha əvvəl “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib ki, SOCAR Odessa limanına iki tanker neft nəql edəcək. Belarusa nəql ediləcək ümumi neft həcmi 160 min ton nəzərdə tutulub. Azərbaycan nefti  Odessa-Brodı boru kəməri vasitəsilə Ukraynadan Belarusun Mozır neft emalı zavoduna nəql olunacaq.  Ukrayna Ali Radasının Energetika məsələləri üzrə Komitəsinin rəhbəri Andrey Qerus vurğulayır ki, Azərbaycan neftinin Belarusa tədarükünü ucuzlaşdıracaq Odessa-Brodı neft boru kəmərinin istifadəyə verilməsi Ukrayna tərəfi üçün də əlverişli olacaq:“İnfrastrukturumuzun istifadə olunmasında maraqlıyıq. Söhbət həm qaz, həm də neft boru kəmərlərindən gedir. Əlbəttə, texniki detallar var, ancaq bu, həll oluna bilən problemdir. Əsas odur ki, infrastrukturumuz həm Ukraynaya, həm də digər ölkələrə xeyir versin. Bütün bunların işə yaraması bizim maraqlarımıza uyğundur. Ukraynanın Belarusla, o cümlədən, prezidentlər və hökumətlər səviyyəsində normal dialoqu var. Əlbəttə ki, öyrənilməli olan texniki detallar var. Ancaq ümumi bir anlaşma baxımından Ukrayna, Azərbaycan və Belarus arasında əməkdaşlıq mövzusunda suallar yoxdur. Bu layihənin işləməsi üçün hər şey ediləcək”.

Xatırladaq ki, Belarus və Rusiya rəhbərləri 2020-ci ildə neftin satış qiyməti və vergitutma məsələləri ilə bağlı razılığa gələ bilməyib. Hətta mətbuatda rəsmi Moskvanın neft güzəştləri qarşılığında Belarusdan öz suverenliyindən Rusiyanın xeyrinə qismən imtinasını tələb etdiyinə dair iddialar yer alıb. Elə bundan sonra bəlli olub ki, Belarus Rusiyadan kənarda bazar qiymətləri ilə neft almaq və neft məhsullarının satışının rentabelliyini təhlil etmək niyyətindədir. Belarus alternativ olaraq neft almaq üçün bir neçə Avropa ölkəsinə, eləcə də Azərbaycana müraciət edib. Azərbaycandan Belarusa neft tədarükü, ekspertlərə görə, Ukrayna ilə yanaşı, Baltikyani limanlarından da həyata keçirilə bilər. Amma indiki halda Odessa-Brodı boru kəməri daha əlverişli sayılır. Belarus neft emalı zavodları artıq Azərbaycandan gətirilən nefti emal etməyə hazırdır. Hesab edilir ki, bundan əvvəl olduğu kimi, indi də Azərbaycan Belarusu çətin vəziyyətdə qoymayacaq. Eyni zamanda Azərbaycan, Ukrayna və Belarus arasında işbirliyinin daha da möhkəmlənməsi bu durumda qaçılmaz sayılır. Təbii ki, belə vəziyyət adıçəkilən ölkələrdə Azərbaycanın mövqelərinin daha da güclənməsi deməkdir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ