Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın Avrasiya qaz dəhlizi layihəsi Çinlə Avropa İttifaqını müştərək işləməyə cəlb etdi

Image


Rusiya qazını Avropaya çatdıracaq “Şimal axını-2“ qaz kəmərinin çəkilişinin təxirə düşməsi Qərbin diqqətini yenidən  "Transxəzər" boru kəməri layihəsinə yönəldib. Belə görünür ki, cari ildə "Transxəzər"  Avropa İttifaqının xüsusi diqqət mərkəzində yer alacaq.

Xatırladaq ki, uzun illərdir planlaşdırılan bu sualtı qaz kəməri Türkmənistanın Türkmənbaşı şəhərini Bakı ilə birləşdirməlidir. Bəzi mənbələrə görə, Qazaxıstandakı "Tengiz"dən bir qaz kəmərini şəbəkəyə bağlamaq və onu Türkmənbaşı ilə birləşdirmək də planlaşdırılır. Bu sualtı qaz kəməri təbii qazın Türkmənistan və Qazaxıstandan Azərbaycan vasitəsilə Türkiyə və Gürcüstana, daha sonra isə Avropa İttifaqına üzv ölkələrə nəqlini nəzərdə tutur. Bu boru kəməri həm də "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsinin bir hissəsi hesab olunur.

Avropa İttifaqının Aşqabaddakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Lübomir Frebort məhz belə bir vaxtda olduqca maraqlı fikirlər səsləndirib. O, "Transxəzər" layihəsi ilə bağlı bildirib: "Transxəzər" qaz kəmərinin inşası və Türkmənistan qazının idxalı Avropa İttifaqının enerji təhlükəsizliyi, qaz idxalı mənbələrinin şaxələndirilməsi sahəsindəki strategiyasının vacib hissəsi olaraq qalır. Bu yaxınlarda yeni Avropa Komissiyası da onu prioritet enerji layihələrinin siyahısına daxil edib”. O bildirib ki, fevralın 28-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası Aİ və Türkmənistan arasında Aİ-nin energetika üzrə yeni komissarı ilə yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsinə, bu dialoqun daha da inkişaf etdirilməsinə imkan verir.

Qeyd edək ki, "Transxəzər" Türkmənistan təbii qazının azı 30 il ərzində Avropa bazarına çatdırılmasını nəzərdə tutur. Ekspertlər bildirir ki, Türkmənistan və Azərbaycanın Xəzər dənizi sahilləri arasında qaz kəməri layihəsi Türkmənistanın TANAP-a qoşulması üçün zəruridir. TANAP qaz kəməri isə Azərbaycan qazının Gürcüstandan və Türkiyədən keçməklə Yunanıstan sərhədinə çatdırılmasını və burada onun davamı olaraq TAP-la Cənubi Avropaya qədər uzanmasını nəzərdə tutur. Deməli, Türkmənistan məhz Azərbaycan vasitəsilə qazını Avropaya çıxara biləcək. Onu da bildirək ki, TAP-ın hazır olması ilə “Cənub Qaz Dəhlizi” tam şəkildə fəaliyyətə başlayacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Bunlar Aşqabadın da diqqətindən yayınmır və bu ölkənin artıq "Transxəzər"ə daha çox maraq göstərməsi ilə müşayiət olunur.

Xatırladaq ki, son illərə qədər Rusiya və İran hökumətləri ətraf mühitin qorunması motivləri əsasında “Transxəzər” qaz kəmərinin inşasına qarşı çıxıb. Amma Avropa İttifaqı və digər Xəzəyanı ölkələr bu iddiaları əsassız sayır. Bundan əlavə, Xəzərin hüquqi statusu ilə bağlı sahilyanı ölkələrin son razılaşmaları da sözügedən kəmərin çəkilməsi yolunda maneələri aradan qaldırır.  O da maraqlıdır ki, bir müddət əvvəl Çin “Transxəzər”in inşasında Avropa İttifaqını dəstəkləmək qərarına gəlib. Avropa və Çin şirkətlərindən ibarət konsorsium, eləcə də Çinin SINOPEC Mühəndislik Qrupu “Transxəzər”in çəkilişi üçün müvafiq işləri görməyə hazır olduqlarını bəyan edib. Konsorsium bəyan edib ki, “Transxəzər” layihəsi çərçivəsində boru kəmərinin çəkilməsi ilə yanaşı zəruri infrastruktur, o cümlədən qaz təmizləyici qurğu və kompressor stansiyaları layihələri hazırlamağa və qurmağa da hazırdır. Bütün bunlar “Transxəzər”in inşasının yaxın perspektivdə baş tutmasını istisna etmir. Xüsusən də nəzərə alınsa ki, Avropa İttifaqı artıq prosesdə əsas maraqlı tərəflərdən biri qismində çıxış edir. Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp da ümid etdiyini bildirib ki, Türkmənistan Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsindən sonra Qərbə qaz ixracının imkanlarından istifadə etməyə başlayacaq. ABŞ prezidentinin türkmənistanlı həmkarı Qurbanqulı Berdiməhəmmədova ünvanladığı teleqramda deyilirdi ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixrac imkanlarından istifadə edə biləcəyinə ümid edir. Azərbaycanın isə layihə ilə bağlı mövqeyi belədir ki, “Transxəzər” barədə qərarı kəmərin başlanğıcını götürdüyü ölkə qəbul etməlidir. Azərbaycan isə ancaq bundan sonra tranzit ölkə kimi öz mövqeyini ortaya qoyacaq. Bakı onu da bəyan edir ki, əlavə həcmləri qəbul etmək üçün kifayət qədər böyük infrastrukturu var. Qeyd olunur ki, alıcının və satıcının kimliyindən asılı olmayaraq, Azərbaycan hər zaman qonşu dövlətlərin hamısının bu məsələdə maraqlarının təmin olunmasına diqqət edir. 

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ