Cümə günü, 16 oktyabr 2026
     

ABŞ - İran gərginliyi nefti 100 dollara qədər bahalaşdıra bilər

Image


Dünya enerji bazarlarında baş verənlər neftin qiymətinin hələ müəyyən müddət nəzərdə tutulduğundan yüksək həddə qalacağını göstərir. Hətta bir sıra ekspertlər neft qiymətində qarşıdakı dövrdə əhəmiyyətli dərəcədə artım olmasını da istisna etmir. Bunun ümdə səbəbi geosiyasi qarşıdurmaların artması, xüsusən də ABŞ və İran arasında ziddiyyətlərin davam etməsidir.

Hazırda yaşananlar hasilatçı ölkələrin, o cümlədən də Azərbaycanın neft satışından nəzərdə tutulduğundan daha çox vəsait əldə etməsi ilə müşayiət olunur, çünki neftin faktiki satış qiyməti büdcədə nəzərdə tutluduğundan daha yüksəkdir. Xatırladaq ki, cari ildə neftin satış qiyməti büdcə üçün 55 dollardan müəyyən olunub. Amma Azərbaycan nefti dünya bazarlarında hazırda 68 dollara satılır. Qeyd edək ki, bu məsələyə Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də toxunub:“Bu il neftin qiyməti təqribən 65 dollar səviyyəsindədir. Bizim büdcəmizdə isə neftin qiyməti 55 dollar götürülüb. Biz neftin qiymətini çox konservativ, yəni aşağı səviyyədə nəzərdə tutduq. Buna baxmayaraq, büdcəmiz rekord həddə çatıb. Ona görə əminəm ki, bu il bizə böyük əlavə xarici valyuta axını olacaq”.

Ekspertlər də vurğulayır ki, neftin satış qiyməti Azərbaycana əlavə valyuta axınına təkan verəcək. Çünki neftin yüksək qiymət həddində qalması proqnozlaşdırılır. İran və ABŞ arasındakı gərginlik artdıqca, yenilənmiş sanksiyalardan tutmuş təxribat təhlükəsi və birbaşa müharibə təhdidinə qədər proseslər neftin qiymətinə birbaşa təsir edir.  Qeyd edək ki, neftin qiymətinin bahalaşmasında belə hadisələr mühüm rol oynayıb. Xüsusən də 1990-cı ildə məlum körfəz müharibəsindən sonra qiymətdə uzunmüddətli artım baş verdi. Bu vəziyyət bu gün də dəyişməyib. Belə ki, “Brent” markalı xam neftin qiyməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra kəskin artdı. Düzdür, “qara qızıl”ın qiymətindəki sıçrayış indi bir qədər səngiyib. Analitiklərin fikrincə, neftin qiymətinin əvvəlki səviyyələrə qayıtması təəccüblü deyil. Artım tempinin qısamüddətli olacağı məlum idi və qiymət artımından qısa müddət sonra satışlar artdı. Neftin qiymətinin əvvəlki səviyyəyə geri qayıtmasına bunun neft tədarükünə əhəmiyyətli təsirinin olmaması səbəb oldu. Lakin ABŞ-İran gərginliyi artdıqca tədarükdə çatışmazlıqların olacağı ilə bağlı narahatlıqlar da var. Ən böyük narahatlıq isə bölgədəki hər hansı bir qarşıdurma nəticəsində İranın dünyanın ən mühüm neft limanı olan Hörmüz boğazını bağlaması ilə bağlıdır. Körfəz və Asiya bazarlarını birləşdirən, hər gün dünyanın xam neftinin təxminən 40 faizinin keçdiyi boğaz Oman və İranla həmsərhəddir. ABŞ tərəfinin verdiyi açıqlamalar isə bu boğaz ətrafında artıq gərgin bir vəziyyətin yaranacağını indidən deməyə əsas verir. ABŞ dövlət katibi Maykl Pompeo bildirir ki, Vaşinqton İranın neft ixracını tamamilə bloklamaq üçün maksimum səylər göstərəcək: “Biz İrandan neft ixracını 80 faiz bloklaya bilmişik və qalan 20 faizlə də məşğul olmaq niyyətimiz qətidir”.  Xatırladaq ki, ABŞ İrandan neft ixracına 2018-ci ilin payızından etibarən sanksiya tətbiq edib. Birləşmiş Ştatların sanksiyalarının təsiri altına düşməmək üçün İran neftinin müştəriləri olan ölkələr və şirkətlər Tehranla bu sahədə ticarəti dayandırmalı olub. Hazırda İran öz neftini ancaq qeyri-leqal sxemlərlə, məhdud həcmdə ixrac edə bilir. Amma bu da dayanacağı təqdirdə İran Hörmüz boğazından neft ixracını tam dayanadıracını bildirib. Hətta iş o yerə çatıb ki, artıq Səudiyyə Ərəbistanı və Braziliyanın neft şirkətlərinin tankerləri Hörmüz boğazından keçməkdən imtina edib. Səudiyyə Ərəbistanının “Bahri” və Braziliyanın “Petrobras” neft şirkətləri təhlükəni nəzərə alaraq boğazdan istifadə etməklə neft daşımayacaqlarını bəyan ediblər. Həmçinin “Bahri” şirkəti müştərilərinə tələsməməyi məsləhət görüb. Boğazda ABŞ və İranın hərbi gəmilərinin sayının artması da vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Bu fakt dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyəcək. İslam İnqilabi Keşikçiləri Korpusunun Kirman əyalətindəki komandiri Qulaməli Əbuhəmzə belə bir vaxtda bildirib ki, Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İran əli çatdığı hər yerdə amerikalıları cəzalandıracaq. O, Hörmüzdə ABŞ gəmilərinə hücum ehtimalı olduğunu bildirib: "Hörmüz boğazı Qərb üçün əhəmiyyətli nöqtədir və çox sayda ABŞ hərbi gəmisi oradan keçir. Bölgədəki ABŞ hədəfləri uzun müddətdən bəridir İran tərəfindən təsbit edilib". İranın "Hatəmül Ənbiya" Mərkəz Qərargahının komandanı Qulam Əli Rəşid də bu xüsusda sərt təhdidlər səsləndirib: “ABŞ regionda yanlış addımlar atmamalıdır. Bu meydandan ABŞ-a və İran düşmənlərinə xəbərdarlıq edirik. ABŞ hökuməti regionda, xüsusilə Hörmüz körfəzində əsgərlərinin həyatı üçün məsuliyyətli davranmalıdır”. Bütün bunlar artıq indidən neft bazaralarına təsir edərək qiymətləri artırır. Ekspertlər bildirir ki, Hörmüz boğazında vəziyyət gərginləşsə, neftin qiyməti qısa zaman ərzində 100 dollarlıq həddə də çata bilər.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ