Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüş yeri və vaxtı məlum olub.
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) baki-xeber.com-a verilən məlumata görə, cari ilin 4 dekabr tarixində Bratislava şəhərində keçiriləcək ATƏT-in Nazirlər görüşü çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.