16/12/2019 01:44
728 x 90

ABŞ-ın Türkiyəyə qarşı ikili siyasəti, ardınca Ankaranın NATO planını bloklaması ilə başlayan gərginlik artır - NATO liderləri Londona toplaşır...

img

Türkiyənin NATO-ya təqdim etdiyi, "PYD/YPG-nin terror təşkilatı PKK-nın qolu olduğuna" dair planın təsdiqlənməməsi ilə alyans daxilində başlayan gərginlik gedərək daha da artır.

Baki-xeber.com xəbər verir ki, Türkiyə NATO-nun, cənub sərhədlərində terror təhdidi başda olmaqla, sərhəd təhlükəsizliyilə əlaqədar narahatlıqlarının aradan qaldırılmasına dəstək verməyəcəyi təqdirdə NATO-nun Rusiyanın mümkün hücumu zamanı Polşa və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) qorunması üzrə planlarını təsdiqləməyəcəyini bəyan edib.

NATO ölkələri Rusiyanın mümkün hücumu zamanı Polşa və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya) qorunması üzrə plan hazırlayıb. Plan alyansa üzv ölkələr tərəfindən rəsmi olaraq təsdiqlənməlidir. "Reuters"ə açıqlama verən diplomatik mənbə Türkiyənin razılığı olmadan bu planın həyata keçirilməsinin çox çətin olduğunu deyərək, müdafiə planını bloklayaraq, Türkiyənin Şərqi Avropa ölkələrini bu məsələdə “girov götürdüyünü” iddia edib.

Türkiyənin qərarı sonrası gözlər 3-4 dekabrda Londonda keçiriləcək NATO zirvəsinə çevrilib. 29 liderin qatılacağı və NATO baş katibinin sədrlik edəcəyi zirvədə Baltik Müdafiə Planı və NATO Şurasının təsdiqlədiyi, ancaq ABŞ-ın etirazı səbəbilə yayımlanmayan Türkiyə haqqındakı planla əlaqədar məsələlər müzakirə ediləcək və və vəziyyətdən çıxış yolu axtarılacaq.

Son xəbərlər