Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan Xəzər qazını Avropaya çatdırmaq kimi tarixi missiyanı da uğurla icra etdi

Image


Yaxın tezlikdə Avropanın enerji bazarında Azərbaycanın iştirakı ilə mühüm yeniliklərə start veriləcək. Söhbət Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində görülən işlərin artıq yekunlaşmaq üzrə olmasından gedir.

Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edir: “Sözsüz ki, enerji təhlükəsizliyi avropalı tərəfdaşlarla əməkdaşlığın ənənəvi mövzusudur. Biz bütün əsas transmilli enerji layihələrimizi uğurla həyata keçirmişik və çox tezliklə - bir neçə günə bizim təbii qaz fiziki olaraq artıq Avropa İttifaqının sərhədində olacaq. Bu, bir sıra ölkələr və həmçinin Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlıq sayəsində əldə olunmuş çox nəzərəçarpan nailiyyətdir”.

Bu fonda qeyd edək ki, Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq layihənin də mühüm tərkib hissəsi olan TANAP boru kəmərinin ikinci fazası da noyabrın 30-da istifadəyə veriləcək. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə, planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “SOCAR Turkey Enerji A.Ş.”nin xarici əlaqələr üzrə direktoru Murat LeKompte isə bildirir ki, TANAP kəmərinin ikinci fazasının noyabrın 30-a planlaşdırılan açılış mərasimi üçün Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində son hazırlıqlar da başa çatıb. O bildirib ki, 1850 kilometr uzunluğunda olan TANAP Türkiyədə 20 şəhərdən və 67 qəsəbədən keçərək, ölkənin Şərqi ilə Qərbini bir-birinə bağlayır: “İki çıxış nöqtəsi olan boru kəmərinin ilk çıxışı Əskişəhərdə, ikinci çıxışı isə Ədirnə şərhədindədir. İndi isə boru kəmərinin ikinci, Avropaya qaz nəql etmək üçün nəzərdə tutulan hissəsi tamamlanıb və onun açılışını həyata keçirəcəyik. TANAP-ın illik ötürücülük gücü 16 milyard kubmetrdir. TANAP tam gücü ilə çalışdığı zaman bu göstəricinin 6 milyard kubmetri Türkiyə bazarına veriləcək, 10 milyard  kubmetri isə hazırda olduğumuz bu yerdən Avropaya ixrac ediləcək. Bu, tarixi bir gündür. Tarixdə ilk dəfə Xəzər qazı, Azərbaycanın təbii qazı Avropaya nəql ediləcək”.

Türkiyəli ekspert Ərdal Qaragöl də bildirir ki, Azərbaycanla Türkiyə arasında həyata keçirilən TANAP layihəsi və bütövlükdə enerji əməkdaşlığı, ikitərəfli uğurlu münasibətlər həm region ölkələri üçün, həm də enerji sərvətlərinə malik bütün ölkələr üçün nümunədir: “TANAP həm Türkiyənin enerji təhlükəsizliyinə, həm də Avropa enerji şəbəkəsinə qoşulmaqla Avropa İttifaqı ölkələrinə enerji daşıyıcılarının tədarükünü şaxələndirərək regionun enerji tarazılığına mühüm töhfə vermiş olur”. O, Türkiyənin coğrafi mövqeyinə görə Azərbaycan üçün Avropaya enerji dəhlizi rolunu yerinə yetirdiyini deyib:“Türkiyənin coğrafi mövqeyini nəzərə alan Azərbaycan bu ölkə ərazisindən öz enerji sərvətlərini nəql etməklə düzgün qərar verərək, eyni zamanda öz enerji təhlükəsizliyini də təmin edib. Beləliklə, bu layihə sayəsində Azərbaycan region ölkələri ilə rəqabət aparmaq imkanı əldə edib. Digər tərəfdən, TAP və TANAP kimi layihələr vasitəsilə Türkiyə enerji habına çevrilmək, “enerji İpək Yolu” rolunu oynamaq məqsədinə bir addım da yaxınlaşır”.

Türkiyəli ekspertin fikrincə, TANAP kəmərinin Türkiyənin, Yaxın Şərqin, Avropanın ən uzun və ən böyük diametrə malik boru kəməri olaraq tarixə düşməsi də böyük əhəmiyyət daşıyır: “Çoxşaxəli və səmərəli layihə olan TANAP Türkiyə ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq üçün yeni-yeni imkanlar açacaq. İki ölkə arasında əməkdaşlıq, o cümlədən enerji sahəsindəki birgə layihələr bütövlükdə region üçün faydalıdır. Bu boru kəməri Xəzər hövzəsində zəngin enerji sərvətlərinə malik başqa ölkələr üçün də Avropaya pəncərə olacaq”.

Beləliklə, hesab edilir ki, TANAP və onun davamı olan TAP enerji layihələri Azərbaycanla  Türkiyənin regionda strateji əhəmiyyətini daha da artırır. Yeri gəlmişkən qeyd edək ki, Avropada da Azərbaycan qazının qəbuluna intensiv hazırlıq görülür. Artıq TAP kəməri də yekunlaşmaq üzrədir. Bundan başqa, Azərbaycan təbii qazını Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin  də tezləşdirilib həyata keçirilməsi nəticəsində Bolqarıstan regionun enerji liderinə çevriləcək. Bolqarıstanın baş naziri Boyko Borisov bildirir ki, bu, ölkəsinin enerji təhlükəsizlyinin təmin edilməsində müstəsna rol oynayacaq. Qeyd edək ki, TAP-a qoşulacaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. Bundan başqa, artıq bir sıra şərqi Avropa ölkələri də Azərbaycan qazına xüsusi maraq göstərməyə başlayıb. Eləcə də o da faktdır ki, indiki halda ümumilikdə “Cənub Qaz Dəhlizi” enerji resurslarının şaxələndirilməsi işində bütün Avropa üçün çox önəmli layihədir. Bu layihədə həm mənbələrin, həm də marşrutların şaxələndirilməsi baş tutur. Belə ki, Azərbaycan qazı Avropa üçün yeni mənbədir. Bununla Avropanın enerji təhlükəsizliyi daha dolğun və tam şəkildə təmin ediləcək. “Cənub Qaz Dəhlizi” bu mənada Azərbaycanın mövqeyini gücləndirməklə yanaşı, onu  geoiqtisadi və geosiyasi məkanda daha güclü söz sahibinə çevirir. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin icrasında 7 ölkə, yəni Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Gələn il isə üç Balkan ölkəsi olan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənir. Bununla enerji layihəsində iştirak edən ölkələrin sayı daha da artır. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ