Cümə axşamı günü, 05 noyabr 2026
     

Sanksiyaların ağır təsir etdiyi İran – Prezidentə həbs, din dövlətdən ayrılsın tələbi...

Image


Cənub qonşumuz olan İranın daxilində maraqlı proseslər baş qaldırıb. Teokratik rejimin ən möhkəm dayaqları olan sistemlər ölkənin quruluşunun dəyişilməsi, hətta Prezidentin həbsini tələb edirlər. İranda benzinin bahalaşmasına etiraz olaraq başlayan və bütün ölkəni bürüyən üsyanın yatırılmasından sonra İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, hazırda bu korpusun bölmələrindən birinin komandiri olan general Məhəmməd Əli Cəfəri Prezident Həsən Ruhaninin həbsini tələb edib.

General Ruhaninin və onun administrasiyasının üzvlərinin məhkəməyə cəlb edilməli olduğunu deyib. Cəfəri ölkəni bürümüş etirazlara görə məsuliyyətin Prezident və administrasiyasının üzərində olduğunu bildirib.

İranda xidmətdə olan generalın Prezidentə qarşı bu cür çıxış etməsi nadir hadisədir. Məhəmməd Əli Cəfəri 2019-cu ilin əvvəllərinə qədər qüdrətli İnqilab Keşikçiləri Korpusuna komandanlıq edib, lakin daha sonra hansısa əməliyyatın uğursuz alınmasına görə vəzifəsi kiçildilib və korpusun bölmələrindən birinə komandir təyin edilib.

Cəfəri Prezident Administrasiyasını bacarıqsızlıqda ittiham edərək deyib ki, hökumətin benzinin bahalaşması barədə son qərarı həm mahiyyətcə, həm icra baxımından uğursuz idi. Çünki hökumət bu addımın xalqın güzəranına təsirini hesablamamışdı və aztəminatlı ailələrin bahalaşmadan zərər çəkməməsi üçün əvvəlcədən tədbirlər görməmişdi.

Qeyd edək ki, İranı idarə edən əsas instututlardan olan ayətullahların da ölkənin idarəetmə sisteminin dəyişdirilməsi ilə bağlı tələb irəli sürdüyü bildirilir. Dünyanın bir sıra nüfuzlu nəşrlərində bu məlumatlar yer alıb. Məlumat verilir ki, adları çəkilməyən bir neçə nüfuzlu ayətullah belə bir tələblə ölkə rəhbərliyinə və dini liderə müraciət edib.

Bütün bu ciddi proseslər bir məsələnin dəqiqləşdirilməsini zəruri edir: İranda nə baş verir?

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, ölkəmizin yaxın qonşusu olan İranda doğrudan da maraqlı proseslər yaşanır: “Sirr deyil ki, 1979-cu ildən bəri İranda qərar qəbuletmə piramidasının başında Ali dini lider dayansa da, sözün həqiqi mənasında, "dövlət içində dövlət" olan İslam Keşikçiləri Korpusu, prezident də daxili və xarici siyasət məsələlərində aparıcı söz sahibləridir. ABŞ-da "göyərçinlər" və "qırğılar" adlandırılan qruplar kimi, İran xarici siyasətində də mühafizəkarlar və islahatçılar qanadı proseslərə təsir etmək gücünü qoruyub-saxlamağa çalışır. Onlar arasında ziddiyyətlər, yaxud razılaşma ölkənin daxili və xarici siyasətinin hansı istiqamətdə cərəyan etməsində xüsusi rol oynayır. Bu həm də regional proseslərə, İran-ABŞ, İran-İsrail, İran-Körfəz ölkələri münasibətlərində öz izini buraxmaya bilməz.

Pasadaran emissarlarının kisələrlə dolu pulu təyyarələrdə “Hizbullah” və Yaxın Şərqdəki digər şiə təşkilatlarına çatdırdığı vurğulanır. Təbii ki, bu ilin aprel ayında ABŞ-ın terrorçu təşkilatlar siyahısına daxil etdiyi Pasadaran Prezident Ruhani ilə qarşıdurma şəraitində fəaliyyətini davam etdirir. 1979-cu ildə nizami orduya balans olaraq Ruhulla Xomeyni tərəfindən yaradılan və dini fanatiklərdən təşkil olunmuş “Sepah” indi də Ali dini liderə sadiqdir. Prezident və Ali dini lider arasındakı ziddiyyətlərdə “Sepah” Xamneyinin yanında yer almaqdadır. Lakin artıq “Sepah”ın məğlubedilməzlik stereotipləri də yavaş-yavaş dağılmaqdadır. Əhfazdakı hərbi paradda terror aktı zamanı “Sepah”ın onun qarşısını ala bilməməsi, bir neçə pasadarançının həlak olması bu fikirləri daha da möhkəmlətdi.

Bu günlərdə İran İslam Keşikçiləri Korpusu briqadasının komandirlərindən biri Məhəmməd Əli Cəfərinin Prezident Ruhanini ölkədəki iğtişaşların səbəbkarı kimi məsuliyyətə cəlb etmək çağırışı “Sepah”la Prezident arasında münasibətlərin son dərəcə gərgin həddə çatmasından xəbər verir. Bu yaxınlara qədər Ali dini lider Xamneyi başda olmaqla, ölkənin dini-siyasi elitası "benzin iğtişaşları"nda xarici qüvvələri, ABŞ və İsrailin simasında beynəlxalq imperializm və sionizmi ittiham edirdilər. Lakin, görünür, ölkədaxili siyasi mübarizə o həddə çatıb ki, xarici düşmən axtarışını arxa plana keçirməklə, daxili siyasi qarşıdurma ön plana keçib”.

Politoloqun sözlərinə görə, Xamneyinin mötədil Prezident Ruhanini tənqid etməsindən sonra Ali dini liderə tabe olan “Sepah”ın keçmiş komandirlərindən birinin belə bir açıqlaması göstərişin baş ayətullahdan gəldiyinə şübhə yeri qoymur və vəziyyətin gərginləşəcəyini deməyə əsas verir: “Doğrudur, Ruhani prezidentliyə namizəd olanda da Xamneyinin öz namizədi var idi və Ali dini lider indiki Prezidentin bu vəzifəyə gəlməsini istəmirdi. Lakin Ruhaninin prezident seçildikdən sonra “Sepah”ın səlahiyyətlərini məhdudlaşdırmaq planları onlar arasında münasibətləri son həddə qədər gərginləşdirdi. İndiki sanksiyalar və Yaxın Şərqdəki proseslər fonunda, “Sepah”ın yerinin möhkəmlənəcəyini, ABŞ-la danışıqlar tərəfdarı olan Prezidentin isə mövqelərinin daha da zəifləyəcəyini proqnozlaşdırmaq olar”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ