16/12/2019 14:07
728 x 90

2020-ci il dövlət büdcəsi son oxunuşda təsdiq olundu

img

Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. “Trend”in məlumatına görə, 2020-ci il icmal büdcənin gəlir və xərcləri təqdim olunmuş layhədəki kimi müvafiq olaraq 27 milyard 552 milyon manat və 29 miylard 488 milyon manat səviyyəsində nəzərdə tutulur.

Növbəti ildə sosialyönümlü xərclərin məbləği 10 milyard 642 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat və ya 37 faiz çoxdur.

Plenar iclasda deputatların büdcə ilə bağlı qaldırdığı məsələlər Maliyyə Nazirliyi tərəfindən öyrənilib. Plenar iclasda deputatların toxunduqları məsələlər cavablandırılıb.

Müzakirələrdən sonra dövlət büdcəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, parlamentin bu gün iclasının gündəliyinə 2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları və digər məsələlər daxildir.

Son xəbərlər