Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyanın KTMT sistemində Azərbaycana qarşı uğursuz demarşı – “Azərbaycan İŞİD-i bölgəyə gətirəcək”...

Image


Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasına qatılıb, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan dövlət başçıları da iştirak ediblər. Erməni KİV-nin verdiyi məlumata görə, KTMT üzvləri beynəlxalq və regional təhlükəsizlik, təşkilat daxilində əməkdaşlıq və beynəlxalq aləmdə üzvlərin qarşılıqlı əlaqələri məsələlərini müzakirə ediblər.

N.Paşinyan çıxışında qeyd edib ki, Ermənistan KTMT-nin səmərəliliyinin daha da yüksəldilməsi və beynəlxalq nüfuzunun möhkəmlənməsi işinə töhfələrini vermək niyyətindədir. O, üzv ölkələr arasında əməkdaşlığın inkişafı üçün əhəmiyyətli bir potensial olduğunu gördüyünü vurğulayıb.

Bundan sonra Paşinyan ölkəsində və bölgədəki təhlükəsizlik məsələlərinə toxunub, Qarabağ münaqişəsinin həlli prosesindən danışıb. Ermənistan hökumətinin başçısı militarist istəklərin tamamilə ümidsiz olduğuna və sülh danışıqlarına, problemin sülh yolu ilə həllinə alternativ variantın olmadığına əminliyini bildirib. Bundan əlavə, N.Paşinyan qeyd edib ki, Azərbaycan rəhbərliyinin mövqeyi təkcə Cənubi Qafqazın deyil, həm də KTMT ölkələrinin təhlükəsizliyini təhdid edir: “Düşünürəm ki, yeni eskalasiyanın fəlakətli nəticələri Cənubi Qafqazın hüdudlarından kənara çıxacaq. Müharibə əzmində olan Azərbaycan Suriyada torpaq itirərək fəaliyyətlərini genişləndirmək üçün yeni ərazilər axtaran terrorçulara əlverişli bir plasdarm ola bilər. Eyni zamanda, Azərbaycan coğrafi baxımdan çox əlverişli bir platformadır ki, onun vasitəsilə ekstremistlər öz fəaliyyətlərini bütün istiqamətlərdə – cənubda İran, şimalda Rusiya, qərbdə Gürcüstan və şərqdə Orta Asiya ölkələrinə yaya bilərlər”.

Eyni zamanda, N.Paşinyan qeyd edib ki, KTMT üzvləri Qarabağ ətrafında yeni bir eskalasiyanın qarşısını almaq üçün lazımi vasitələrə malikdirlər. Onun sözlərinə görə, mümkün eskalasiyanın qarşısını almaq üçün KTMT üzv dövlətləri təhlükəsizliyi qorumaq maraqlarından irəli gələrək, Azərbaycanın yeni silah əldə etmək istəklərini cavabsız qoymalıdırlar: “Biz sülh istəyimizdə tam səmimiyik və təqdim etdiyim konsepsiya əsasında münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv dialoqa hazırıq. Danışıqları KTMT-nin dəfələrlə dəstəklədiyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin beynəlxalq səviyyədə təsdiq edilmiş yeganə danışıq formatı çərçivəsində davam etdirəcəyik. Bu kontekstdə Minsk Qrupunun rusiyalı həmsədrliyinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.

Göründüyü kimi, Paşinyan KTMT ölkələrini aldatmağa çalışıb ki, guya Azərbaycan öz haqqını tələb edib, hərbi əməliyyatlara başlayacağı təqdirdə bu region Yaxın Şərqdən gələn terrorçular üçün plasdarma çevrilə bilər. Digər tərəfdən isə KTMT ölkələrini Azərbaycana silah satmamağa çağırıb. Onun bu mövqeyini necə xarakterizə etmək olar?

“Rusiya və Belarus dəfələrlə Ermənistanın silah satışı ilə bağlı iradlarına cavab da veriblər ki, bu onların öz işidir”

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın Bişkekdə KTMT tədbirində etdiyi çıxış qətiyyən günün reallığını əks etdirmir: “Ermənistan hökuməti KTMT-yə üzv olduğu zamandan bəri müxtəlif vəsilələrlə çalışır ki, həmin təsisatı Dağlıq Qarabağ münaqişəsində tərəf olaraq cəlb etsin. Bu yöndə kifayət qədər siyasi səy də olub. Ancaq zaman-zaman KTMT-dən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səslənsə də,  həmin mövqelərin heç birində münaqişədə tərəf sayılacaq mövqeyə rast gəlməmişik. Paşinyanın son toplantıda səsləndirdiyi fikirlər reallıqdan çox uzaqdır. Onun hətta münaqişənin alovlanacağı təqdirdə nəinki Cənubi Qafqazı, hətta KTMT ölkələrini hədələməsi psixoloji təsir taktikasından başqa nəsə deyil. O həm də KTMT ölkələrinin Azərbaycanı silahlandırmasından narahat olduqlarını bildirir. Ancaq rəqəmlər tamamilə başqa şeyi deyir. Ermənistan dünya ölkələri arasındakı silahlanma indeksinə görə 2007-2009-cu ildə 8-ci, 2012-2014-cü illərdə 4-cü, 2013-cü ildə isə 3-cü yerdə olub. Almaniyada fəaliyyət göstərən nüfuzlu bir təşkilatın hazırladığı  məruzəyə görə, Ermənistan Avropada gedən silahlanma yarışında birinci yerdədir. Bu yarışda Ermənistan 3 ildir liderliyi əldən vermir. Məruzədə hər 1000 nəfərə düşən hərbçı sayı, ümumdaxili məhsuldan silahlanmaya ayrılan xərclər,  ordunun say tərkibi, ağır silahların sayı  nəzərə alınır. Rəqəmlər və statistika bunu dediyi halda, Paşinyanın KTMT tribunasından Azərbaycanı sürətli silahlanmada günahlandırması heç bir məntiqə sığmır. Onun terrorçuların bölgəyə gələ biləcəyi ilə bağlı irəli sürdüyü tezis də siyasi manipulyasiyadan xəbər verir. Bununla o, Dağlıq Qarabağ konfliktinin əsl mahiyyətini gizlətməyə çalışır. Onlar bununla öz terrorçu mahiyyətlərini pərdələyirlər. Yaxın Şərq, xüsusilə də Suriyada olan terrorçular arasında əsasən ermənilər çoxluq təşkil edir. Həmin bölgə həm də ASALA-nın oylağı olub. Dağlıq Qarabağ münaqişəsi başlayarsa, terrorçuların gəlmə ehtimalı erməni tərəflə əlaqəli ola bilər. Çünki onlar dövlət qurumlarının nəzarət edə bilmədiyi yerlərə toplaşırlar. Bu da Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsi ola bilər. Yəni erməni terrorçular İrəvənın rəsmi dəstəyilə ora doluşa bilər. Ermənistan bütün gücü ilə çalışır ki, KTMT-ni də bu provokasiyaya cəlb etsin. Amma faydası yoxdur. Çünki orada təmsil olunan ölkələrin hər birinin Azərbaycanla bütün istiqamətlər üzrə yaxşı münasibətləri var. Rusiya və Belarus dəfələrlə Ermənistanın silah satışı ilə bağlı iradlarına cavab da veriblər ki, bu onların öz işidir. Hesab edirəm ki, Bişkek çıxışını da Paşinyanın növbəti uğursuzluğu kimi qiymətləndirmək olar. Ermənistan güclü dövlət olsaydı, bəlkə də həmin tələbi reallaşdıra bilərdi. Amma onun hazırda silah satan ölkələrə heç bir təzyiq rıçaqı yoxdur”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ