Cümə axşamı günü, 05 noyabr 2026
     

İşğal siyasəti Ermənistanı “xəritədən silir…”

Image


İşğal siyasətini davam etdirən Ermənistanın sosial-iqtisadi sferada çöküşünün daha dinamik xarakter alması artıq heç kimə sirr deyil. Bunun daha bir real təsdiqi bu günlərdə ATƏT xəttilə Ermənistana və zəbt olunmuş ərazilərə səfər edən azərbaycanlı jurnalistlərin gördüyü real mənzərədir. Həmin mənzərələrdən bir daha bəlli olur ki, işğalçı ölkədə demoqrafiya problemi və yoxsulluq açıq gözlə hiss olunur. Ermənistan cəmiyyətində bu fonda Dağlıq Qarabağ münaqişəsi üzündən ölkənin üzləşdiyi strateji çətinlikləri, ölkənin iqtisadi inkişafının perspektivsizliyini görür və dərk edirlər. İşğal olunmuş ərazilərdə isə bu problemlər daha kəskin xarakter daşıyır.

Ermənistana səfər edən jurnalistlərdən biri olan “Trend” xəbər agentliyinin baş redaktoru Elçin Vəliyev bu xüsusda qeyd edir:“İşğal olunmuş ərazilərdə demoqrafik problem daha aydın görünür. Yol boyu boşluqdur. Şuşa şəhərində canlı həyatdan danışmaq çətindir. Qarabağ mənə Hollivud filmlərində olan cansız bir məkanı xatırlatdı. Xankəndidə şou məqsədilə qeyri-rentabelli iaşə müəssisələri tikilib. Bu da daha çox təbliğatdır, nəinki real iqtisadiyyat. Həm Ermənistanda, həm də Qarabağda ciddi müharibə xofu vardır. Azərbaycanın hərbi baxımdan güclü olduğunu başa düşürlər. Qarabağda olan ermənilər görüşə qorxu halında gəlmişdilər. Onlara xüsusi xidmət orqanları ciddi xəbərdarlıq etmişdi. Bizimlə görüşü jurnalistlərdən biri gizlincə telefon vasitəsilə videoya çəkirdi. Bu insanlar keçmişdə donub qaldıqlarını başa düşür, gələcəyə ümidsiz və çarəsiz baxırlar. Onlar, həmçinin, İrəvanda və xaricdə olam erməni siyasətçilərinin əllərində alət olduqlarını başa düşürlər. Nəzarət altında olan söhbət əsnasında belə bunu görmək mümkün idi”.  

Bütün bunlar Qarabağ münaqişəsinin Ermənistan və ümumilikdə ermənilər üçün yaratdığı reallıqdır. Belə vəziyyətə baxmayaraq, hələlik rəsmi İrəvan konfliktin çözümü ilə bağlı heç bir konstruktiv qərar qəbul edə bilmir, həqiqəti qəbul etməyə siyasi və mənəvi iradəsi çatmır. Eləcə də işğal siyasətinin sonunun puç olduğunu anlamaq istəmir. Yaxın qonşularla problemlər və iqtisadiyyatda yaşanan gərginlik, bir tərəfdən də güclü miqrasiya Ermənistanın bir ölkə kimi gələcəyini şübhə altına alır. Uzun illərdir davam edən belə ağır çətinliklərin fonunda populist vədlərlə hakimiyyətə gəlmiş Nikol Paşinyanın məqsədsiz və yanlış siyasəti də ölkənin üzləşdiyi iqtisadi-siyasi böhranı dərinləşdirir. Ölkə daxilində artan gərginliklər də baş nazirin Ermənistanın daxili və xarici siyasətinin tam yanlış meyarlar üzərində qurulduğunu göstərir. Bu gün Ermənistanda köklü problemlər həllini gözləyir, amma baş nazirin belə problemlərin həlli ilə bağlı hər hansı bir işlək qərarlar qəbul etməməsi erməni ictimaiyyətinin narazılığını getdikcə gücləndirir. Erməni ekspert Ara Meliksetyan bu xüsusda bildirir:“Bu gün insanların qəzəbini, kədərini, hiddətini ən sərt şəkildə  ifadə etmələrinin belə qarşısını alacaq real heç nə yoxdur. Belə vəziyyət həddən artıq təhlükəlidir, çünki o, tam deqradasiyaya və özünü fiziki məhvetməyə gətirib çıxarır. Görünən budur ki, cəmiyyəti affekt vəziyyətindən çıxarmaq lazımdır. Bu işi də cəmiyyəti belə vəziyyətə gətirənlər görməlidir, o adamlar ki, sevərək kütləvi nifrət atmosferi formalaşdırdılar, ictimai şüurda nihilizm, radikallıq və aqressiyanı ­stimullaşdırdılar. Bunlar indiki Ermənistan reallığıdır”. Sabiq vitse-spiker Eduard Şarmazanov da bəyan edir ki, ölkədə hər şey qarışıb: “Paşinyan iqtidarı fiaskoya uğrayıb. Məsələn, əmək haqqının yüksəldilməsi və iş yerləri yaratmaq vəd edilirdi, amma optimallaşdırma və iş yerlərinin ixtisarı baş verdi. Sevgi və həmrəylik vəd edirlər, ancaq nifrət yayırlar. Vəd edirlər ki, qisas olmayacaq, amma siyasi həbslər həyata keçirirlər. Bu sıranı  davam etdirmək olar. Paşinyan hökuməti ölkənin qarşılaşdığı sosial-iqtisadi problemlərin həll edilməsi istiqamətində heç bir iş görə bilmir”.

Qeyd edilənlər onu  göstərir ki, Ermənistanda “məxməri inqilab”dan ilyarım keçməsinə baxmayaraq, ölkənin bütün sahələrində mövcud olan əvvəlki vəziyyət hökm sürməkdədir. Qonşu ölkələrlə münasibətlərini hələ də normal qaydaya sala bilməməsi, ölkəni ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün aydın proqrama və potensiala malik olmaması isə Paşinyan hökumətinə olan etibarı artıq tam sıradan çıxarıb. Belə vəziyyətdə ermənilər daha aydın dərk edir ki,  qonşu ölkələrlə normal münasibətlər qurulmadan, Qarabağ münaqişəsi həllini tapmadan bu ölkənin xilası mümkün deyil. Faktdır ki, Ermənistanın iqtisadi, hərbi-təhlükəsizlik və xarici siyasətində yaşananların təməlində məhz Azərbaycan ərazilərini işğal altında saxlaması durur. İşğalın davam etməsi Ermənistanın indiki hakimiyyətinə də  böyük sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində real iş görməyə imkan vermir. Çünki bunun üçün Ermənistanın regional layihələrlə iştirakı vacibdir və bu da Azərbaycandan asılıdır. Azərbaycan isə yalnız işğala son qoyulduqdan sonra Ermənistanla hansısa əməkdaşlığı mümkün sayır.  Digər tərəfdən, İrəvanın münaqişənin çözümü üçün əməli addımlar atmaması savaş ehtimalını da artırır. Bu savaş halında Ermənistanı daha böyük problemlər gözləməsi də artıq dəfələrlə bəyan edilmiş reallıqdır. Ən azı o baxımdan ki, bu gün Ermənistan ordusu da olduqca ağır böhran yaşayır və Azərbaycana hansısa ciddi müqavimət imkanı yoxdur. Erməni hərbi ekspert Ara Yeqizaryan bu xüsusda qeyd edir: "İllər üzrə göstəricilərə nəzər salsaq, orduda ancaq tənəzzül yaşandığını demək olar. Daha bir ciddi problem odur ki, indiki şəraitdə ordu və ictimaiyyət arasında təzadlı münasibətlər də dərinləşməkdədir. On minlərlə insan övladlarını mümkün olan bütün vasitələrlə əsgəri xidmətdən yayındırmaqdadır. Bizim müşahidələrimizə görə, ordu və cəmiyyət arasında yaranmış uçurumu bərpa etmək mümkün deyil. Ordudakı vandalizm siyasəti gənclərin hərbi xidmət psixologiyasına mənfi təsir edən əsas amillərdən biridir. Dağlıq Qarabağ uğrunda heç kim qurban olmaq istəmir. Belə vəziyyətdən Azərbaycan maksimal dərəcədə yararlanmağa çalışır və daha güclü ordu ilə qarşımıza çıxır".

Məsələyə erməni polkovnik Qriqor Qriqoryanın da yanaşması olduqa maraqlıdır. O bildirir ki, Paşinyan iqtidarının fəaliyyəti orduya etimadı çıradan çıxarır:

“Onların aprel döyüşləri ilə bağlı yaratdığı komissiya bu istiqamətdə daha bir sarsıdığı zərbə oldu. Aprel döyüşlərini araşdıran komissiya üzvləri kimlərdir, onların tərkibində orduda belə xidmət etməyən insanlar var, silahın nə qədər ağırlığı olduğu barədə heç bir məlumatları yoxdur, silah növlərini bilmirlər və onların bu məsələni müzakirə etməli olduqlarını, hansı qərarlar qəbul edəcəklərini belə anlamıram”. Onun sözlərinə görə, ilk növbədə bu suallar kəşfiyyat idarəsinin keçmiş rəisi, hazırda Paşinyanın hərbi müşaviri kimi məsuliyyətə cəlb edilməli ilk şəxs olan Arşak Karapetyana verilməlidir.
Xatırladaq ki, 2016-cı ildə aprel döyüşlərindən dərhal sonra sabiq prezident Serj Sarkisyan Silahlı Qüvvələrin Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-mayor Arşak Karapetyanı vəzifəsindən azad edib. Onun adı aprel döyüşləri zamanı edilmiş ən böyük kəşfiyyat boşluqları və nöqsanları ilə əlaqələndirilir. Bununla belə, Karapetyan 2018-ci ildə Paşinyanın qərarı ilə baş nazirin müşaviri təyin edilib. Qriqoryan isə qeyd edir ki,  aprel döyüşlərindən sonra həyata keçirilən “Günnüt əməliyyatı” Azərbaycan ordusunun yüksək hazırlığının daha bir göstəricisi oldu: “Bəziləri dərk etmədən açıqlama verdi və hələ də davam edirlər ki, hektarlarla ərazi itirmişik. Bəli, mövqeyimizi itirdik, amma geri çəkiləndə istənilən yerdə əlverişli bir mövqe seçməlisiniz. Heç kim danışmır ki, 2018-ci ildə, Paşinyanın hakimiyyəti dövründə Naxçıvan qanadındakı Vayots Dzorda minlərlə hektar ərazi itirdik. Həm də bu əraziləri döyüş olmadan itirmişik. Bəs niyə bu barədə danışmırıq? Necə oldu ki, Azərbaycan mövqeləri nə bilim harada olduğu bir halda, Areni kəndi rəqibin hədəfi altına düşdü?”. Onun sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlara indi daha hazırlıqlıdır: “Hətta yaxın aylar ərzində Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanıla bilər. Hərbi əməliyyatların əsas hissəsi, mümkündür ki, Naxçıvan qanadında aparılsın. Bu, mühüm bir məsələ ilə də bağlıdır. Söhbət ondan gedir ki, Rusiya, Ermənistanla münasibətləri indiki halda davam edərsə, o zaman Ermənistanı məhv etmək məsələsini aktuallaşdıracaq. Hətta belə vəziyyətdə o, Türkiyənin Ermənistana qoşun yeritməsinə də susacaq”. Bu durumda erməni polkovnik bildirib ki, Ermənistan Rusiyadan möhkəm yapışmalıdır. O, Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistan üçün mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayır: “Bəzi axmaq insanlar isə bunun bizə lazım olmadığını deyirlər. Rus qoşunlarını Ermənistandan çıxarsalar, Azərbaycan ordusu 2 saat ərzində İrəvanın mərkəzinə çatacaq”. Aydındır ki, erməni polkovnik məsələyə bu formada yanaşmaqda kifayət qədər haqlıdır və çöküşü sürətlə davam edən Ermənistanın hansısa formada Azərbaycana ciddi müqavimət göstərməsi mümkünsüzdür. Bunu dərk etmək əvəzinə, Paşinyanın verdiyi bəzi bəyanatlar Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi istiqamətində real addımlar atılmasına imkan vermir. Əksinə, bu hal vəziyyəti daha da gərginləşdirir. Məhz bu gərginlik də Ermənistanın çöküşünü sürətləndirəcək əlavə təkan sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ