Cümə axşamı günü, 05 noyabr 2026
     

Naxçıvan... Ordusunun gücü barədə Prezidentin mesajlarına İrəvandan təlaş reaksiyaları...

Image


Bu gün Azərbaycan ordusunun malik olduğu imkanlar ona düşmənin istənilən texnika və hissəsini kifayət qədər uzaq məsafədən tam şəkildə məhv etməyə imkan verir. Təkcə zəbt edilmiş ərazilərmizdə yox, eyni zamanda Ermənistan ərazisində istənilən təhdid yaradan obyekti də ordumuz çox asanlıqla məhv edə bilən texnikalara malikdir. Xüsusən də Naxçıvan istiqamətində Azərbaycan qısa zaman kəsiyində Ermənistanın hərbi obyektlərini çox qısa zaman kəsiyində darmadağın edə bilər.

Erməni mediası da yazır ki, Azərbaycan  Naxçıvanda müxtəlif İsrail və Rusiya reaktiv sistemlərini quraşdırıb. Buradan isə cəmi 42 kilometr aralıda yerləşən İrəvanı bu və digər silahlar vasitəsilə  vurmaq  mümkündür. Qeyd edək ki, Azərbaycanın indi də Naxçıvanda mövqelərini daha güclü hala gətirməsi Ermənistanda ciddi narahatlıqla qarşılanır. Xatırladaq ki, bü günlərdə Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən də bu məsələyə xüsusi toxundu: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir.

Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir”. Dövlət başçısı burada hərbi potensialın möhkəmləndirilməsi üçün bütün lazımi işlərin görüləcəyini də vurğuladı. Qeyd etdi ki, çətin coğrafi vəziyyəti nəzərə alınaraq, bu gün ilk növbədə Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Xatırladaq ki, bu vaxta qədər də muxtar respublikanın hərbi təhlükəsizlik sistemini daha da gücləndirmək üçün tarixi əhəmiyyətə malik qərarlar qəbul olunub, lazımi addımlar atılıb. Bu baxımdan ölkə rəhbərinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il tarixli fərmani diqqəti cəlb edir. Həmin dövlət sənədinə əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması Naxçıvanın müdafiə qabiliyyətini daha da artırıb, bir mərkəzdən idarəetmə təkmilləşdirilib və nəticədə, daha effektiv müdafiə sistemi qurulub. Bu gün Əlahiddə Ümumqoşun Ordu əməliyyat-taktiki baxımdan yüksək döyüş hazırlığına malik olmaqla yanaşı, həm də muxtar respublikanın hakim yüksəkliklərində etibarlı müdafiə sistemi qurub. 2018-ci ilin may ayında Günnüt zəfərinin qazanılması düşmənin hərəkət imkanlarını daha da məhdudlaşdırıb, istənilən təxribatlara qarşı adekvat cavab vermək imkanı artıb. Ordunun ətrafdakı ərazilərə maneəsiz nəzarət etməsi ona həm də istənilən hədəfi dəqiqliklə yox etmək imkanı verir. Bütün bunların nəticəsidir ki, erməni hərbçi Norat Ter-Qriqoryans Naxçıvanın Ermənistan üçün ciddi təhdid mənbəyi olduğunu vurğulayır. Onun sözlərinə görə, Qarabağda yeni savaş başlasa, Azərbaycan Naxçıvan tərəfdən də Ermənistanı əzməyə çalışacaq. O xatırladır ki, Naxçıvanda indi texnika və  silahlar çox yenidir. Bu səbəbdən də Azərbaycan ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir. Bundan irəli gəlir ki, bəzi erməni media orqanlarında İrəvanın diqqətini daha çox Naxçıvana yönəltməsinin vaciblyi barədə fikirlər də yer alır. Hətta bəzi enməni hərbi ekspertlər türk ordusunun başının Suriyada antiterror əməliyyatlarına qatıldığı bir vaxtda Naxçıvana hücum etmək barədə sərsəm fikirlər də səsləndirir. Hərbçi  ekspert Abuzər Əbilov isə qeyd edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi ara-sıra absurd bəyanatlar verməklə ictimaiyyətin diqqətini bu ölkədə hökm sürən ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq məqsədi güdür: “O ki qaldı, erməni tərəfinin Suriya məsələsindən istifadə edib, Naxçıvana hücum edərək zəbt etməklə bağlı səsləndirdiyi fikirlərə, qeyd etməliyəm ki, əslində bu, Ermənistan rəhbərliyinin dövlət başçısı İlham Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən ordumuzun Naxçıvan istiqamətində mövqelərinin möhkəmləndirilməsi məsələsinin müzakirəsindən irəli gələn narahatlıqların təzahürüdür. İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyi yaxşı bilir ki, son zamanlar ordu quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Ordusunun digər bölmələri ilə yanaşı, Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusu da ən yeni, müasir silah və hərbi texnika ilə təchiz edilib. Əlahiddə Ümumqoşun Ordunun sərəncamında olan silahlar Ermənistan, xüsusilə də İrəvan ərazisində olan istənilən dövlət və strateji əhəmiyyətli, o cümlədən hərbi təyinatlı obyektlərin yüksək dəqiqliklə məhv edilməsinə imkan verir. Erməni tərəfi bilməlidir ki, bugünkü Azərbaycan ordusu nəinki Naxçıvanı müdafiə etməyə, hətta Zəngəzuru və bu gün Ermənistan ərazisində yerləşən digər işğal olunmuş torpaqlarımızı da azad etməyə qadirdir.

Günnüt əməliyyatı zamanı əldə edilən nailiyyətlər bir daha əyani şəkildə sübut etdi ki, Əlahiddə Ümumqoşun Ordusunun bölmələri Naxçıvan istiqamətində istənilən əməliyyatı ən yüksək səviyyədə həyata keçirə bilər. Ermənistan hakimiyyəti çox yaxşı anlayır ki, Günnüt əməliyyatından sonra bölmələrimiz bu ölkənin hansı ərazilərinə və strateji əhəmiyyətli magistral xətlərinə nəzarəti ələ keçirib. Bu baxımdan onların narahatlıqları anlaşılandır”.

Digər ekspertlər də ermənilərin Naxçıvan qorxusunun əbəs olmadığını bildirir. Məsələ burasındadır ki, Naxçıvan Əlahiddə Ümumqoşun ordusunun istifadəsində olan silahlar bütün erməni ordusunu diz çökdürməyə imkan verir. Həmin  silahlar özlərinin taktiki və texniki xüsusiyyətlərinə görə 4 və 5-ci nəsil silahlar sayılır. Onların arasında uzaq mənzilli raketlər, idarə olunan raketlər də yer almaqdadır.  Məsələn, İsraildən və Rusiyadan alınan  “Spike”lar, “Xrizantema-S” burada düşmən üzərində ciddi üstünlüklər əldə olunmasına imkan verir.  Naxçıvanda yerləşdirilən  “Smerç” yaylım atəşli reaktiv sistemlər və T-300 “Qasırğa” raket artilleriya sistemləri, o cümlədən İsrail istehsalı olan “Qrad LAR-160” və keçmiş sovetlər dönəmində istifadə olunan “Qrad”, Türkiyə istehsalı olan, atış məsafəsi 40 kilometr təşkil edən T-122 “Sakarya” yaylım atəşli reaktiv sistemləri də düşmən üçün böyük kabusdur. “Smerç” və “Qasırğa” sistemləri ilə Naxçıvan ordusu nəinki İrəvanı vura bilər, hətta Dağlıq Qarabağ ərazisindəki hədəfləri, məsələn,  Laçın dəhlizini, Ermənistan ordusunun işğalı altındakı Qubadlı, Laçın və Zəngilandakı hərbi düşərgələri dəqiqliklə məhv etmə imkanına malikdir. Burada ordunun ixtiyarına verilən BTR-82 zirehli transportyorları, TOS-1A ağır reaktiv odsaçanları, T-90 tankları, BMP-3 piyada döyüş maşınları Naxçıvanın müdafiəsini gücləndirir, həmin istiqamətdə düşmən üzərində üstünlüyü artırır.

Digər tərəfdən xatırladaq ki, 2013-ci ildə Əlahiddə Ümumqoşun Ordusu yarandıqdan sonra burada hərbi struktur böyüdü və dəyişildi. Məsələn, aviasiya dəstəsi formalaşdırıldı, 2014-cü ildə muxtar respublika ərazisinə Mi-35M zərbə helikopterləri, daha sonra  Su-25 döyüş təyyarələrindən ibarət eskadrilya Naxçıvanda yerləşdirildi.  Burada ordu həm də müasir PUA-larla təchiz olunub. Azərbaycan Silahlı Qüvvələrində “Orbiter-3” kiçik taktik PUA-lar ilk dəfə Əlahiddə Ümumqoşun Ordunun istifadəsinə verilib. Bütün bunları Ermənistan tərəfi də aydın görür və bu səbəbdən onların Naxçıvan təlaşı haradasa başadüşüləndir. Reallıq budur ki, Qarabağ savaşı yenidən başlasa, Azərbaycanın Ermənistana üç istiqamətdə cəbhə açmaq imkanı var. Birinci, təbii ki, Qarabağ,  Araz çayından Murovdağa və Murovdağ silsiləsi boyunca dövlət sərhədinə qədər olan ərazilərdir. İkincisi Naxçıvan, üçüncüsü isə Murovdağdan Gürcüstanla dövlət sərhədinədək olan yerlərdir. Ekspertlər bildirir ki,  Ermənistan rəhbərliyi bu gün əhalisinin uşaqlı-böyüklü hamısının əlinə silah versə belə, üç cəbhədə müharibə apara biləcək gücə malik deyil. Azərbaycan isə bu gün mövcud ordusu ilə, yəni səfərbərlik elan etmədən belə, bu üç cəbhəni aça biləcək imkanlara sahibdir. Qeyd edilənlər mümkün savaş zamanı Azərbaycanın malik olduğu üstünlükləri də aydın təsəvvür etməyə imkan verir. Bu durumda  Naxçıvanın coğrafi mövqeyi, strateji əməliyyatda rolu Ermənistanın paytaxtından tutmuş, bütün digər ərazilərinin hədəfə alınması imkanlarıAzərbaycan üçün çox vacib amildir. Bu səbəbdəndir ki, Naxçıvan bütün mənalarda işğalçı ölkənin qorxulu röyasına çevrilib. Digər tərəfdən xatırladaq  ki, bölgə Qars müqaviləsinə görə Türkiyənin təminatı altındadır və Qarabağda müharibə başlasa, Ermənistana qarşı olduqca təhlükəli ikinci cəbhə açıla bilər. Bundan irəli gəlir ki, Naxçıvanda Azərbaycan və Türkiyənin ikitərəfli hərbi əməkdaşlığı da Ermənistanda ciddi təhdid sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ