Cümə axşamı günü, 05 noyabr 2026
     

Cəmil Həsənlinin Milli Şuradan “can qurtarması” və Tofiq Yaqublunun irəli verilməsi planı…

Image


Əli Kərimli yeni ssenarini işə salıb. Budəfəki oyun Tofiq Yaqublunun üzərində qurulub. Hələ Müsavatın qurultayı ərəfəsində belə bir projenin işləndiyi məlum idi. Bildirilirdi ki, Əli Kərimli Tofiq Yaqublunun əli ilə Müsavat Partiyasını ələ almağa çalışır.

Təsadüfi deyil ki, məhz qurultay ərəfəsində Tofiq Yaqublu AXCP-nin icazəsiz aksiyalarında görünürdü və özünü daha çox həmin partiyanın funksioneri kimi aparırdı. Ə.Kərimliyə yaxınlığı ilə seçilən bloger və səhifələr onun aktiv təbliğatını aparırdılar. Ə.Kərimli onu Müsavata başqan seçdirə bilmədi. Sonra T.Yaqublu  icazəsiz aksiyada Ə.Kərimlinin qoluna girərək, meydana doğru irəlilədi və ictimai asayişi pozduğuna görə bir ay müddətinə inzibati həbsə məhkum olundu. T.Yaqublunun həbsdə olduğu dönəmdə Ə.Kərimli dəfələrlə çağırış etdi ki, hamı onun şəklini profilinə qoysun, həmin şəxs barədə statuslar yazsınlar. Maraqlıdır ki, Ə.Kərimli bu cür aktiv təbliğatı həbsdə olan AXCP funksionerləri Seymur Həzi, Fuad Qəhrəmanlı ilə bağlı yox, məhz T.Yaqublu üzərində qurdu.

Artıq yeni ssenarinin nədən ibarət olduğu bəllidir. Ə.Kərimli radikal mövqeyi ilə seçilən T.Yaqublunu özünün orbitində olan Milli Şuraya sədr gətirmək istəyir. Bu planın ilk cücərtiləri Cəmil Həsənlinin yazdığı statusda özünü göstərdi: “Biz isə belə hesab edirik ki, hazırda hakimiyyətə qarşı mübarizənin aparıcı simalarından birinə çevrildiyindən, Tofiq bəy Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir.

Biz hamımız onun sədrliyi altında, onunla çiyin-çiyinə bu antimilli rejimə qarşı birlikdə mübarizə aparmaqdan məmnun olardıq. Tofiq bəy bu etimadı xalqa, millətə, vətənə təmənnasız xidməti, ardıcıl mübarizəsi və fədakarlığı ilə qazanıb”.

  • Arif Hacılı: “...Milli Şuranın sədri olsa, yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək"

T.Yaqublunun hazırda təmsil olunduğu Müsavat Partiyasının başqanı Arif Hacılı bu təklifə münasibət bildirib: "Hər kəsə məlumdur ki, T.Yaqublu Müsavat və Milli Şuranın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır. Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox Milli Şuranı təbliğ edirdisə, Milli Şuranın sədri olsa, yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək".

Qeyd edək ki, hələlik T.Yaqublu bu mövzu ilə bağlı açıqlama verməkdə maraqlı olmadığını göstərir. Bizim də bu yöndə verdiyimiz suala cavab vermək istəmədiyini dedi. Maraqlıdır, C.Həsənlinin postundan tələsik imtina etmək istəyi, A.Hacılının isə T.Yaqublu ilə vidalaşmaqda maraqlı olduğunu ifadə edən açıqlaması, sədrliyə namizəd göstərilənin isə susqun mövqeyi nəyin əlaməti hesab edilə bilər?

  • Rəfail Becanov: “...indi də Tofiq Yaqublunu xərcləməyə hazırlaşır”

AXCP adına iddialı olan digər qanadın funksioneri Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir plan əvvəldən mövcud olub: “Yadınızdadırsa, hələ Müsavatın qurultayına hazırlıq gedən ərəfədə belə bir məlumat dövriyyəyə buraxıldı ki, T.Yaqublu Müsavata başqan seçilməsə, Milli Şuraya rəhbər gətirilə bilər. Bəllidir ki, bütün bu layihələri cızan Ə.Kərimlidir. Həmin vaxt C.Həsənlidən belə mövqe ona görə tələb olunmadı ki, birdən T.Yaqublunun əli ilə Müsavatı ələ keçirmək mümkün olar. Ə.Kərimlinin planı bu idi ki, özünün rəhbərlik etdiyi quruma, Milli Şuraya və Müsavata nəzarəti ələ keçirsin. Bu plan alınmayanda C.Həsənliyə belə bir fikri söylətdirdi. Əminliklə deyə bilərəm ki, bütün bunlar Ə.Kərimlinin diqtəsi ilə baş verir. Məhz T.Yaqublunun üzərində təsadüfən dayanılmayıb. Həmin persona bir qədər radikal mövqeli şəxs kimi tanınır. Ə.Kərimli 19 oktyabr aksiyasından sonra bu fikrində daha qəti olmağa başladı. Çünki o, həmin hadisələrdən sonra böyük sarsıntı və qorxu keçirib. Bu səbəbdən də meydanda aksiyaların önündə gedə biləcək bir şəxsi özünə əvəz axtarır. Qəti qərara gəlib ki, bundan sonra icazəsiz aksiyaların önünə çıxmasın. Bunun üçün də ən yaxşı namizəd olaraq T.Yaqublunu görür. Bir az loru dillə desək, indi də T.Yaqublunu xərcləməyə hazırlaşır. Çünki onun xislətində belə bir niyyət var : “kimdən nə qədər bacarırsansa, o qədər də istifadə et”.  Gələcək üçün beynində hesabladığı aksiyalar üçün önə T.Yaqublunu verəcək. Düşünmürəm ki, onların bu ittifaqı uzun sürə bilər. İnanmıram ki, T.Yaqublu Ə.Kərimlinin bütün istəklərini canla-başla yerinə yetirməyə hazır olsun. İndiki vəziyyətdə isə bu tandem üçün birlik bir qədər cazibədar görünür”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ