12/12/2019 09:17
728 x 90

Səfir: “Chevron” və “ExxonMobil”in Azərbaycandakı layihələrdən çıxması ABŞ-ın bu ölkəyə marağının azalması demək deyil”

img

ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberqer Azərbaycan hökuməti ilə iqtisadi islahatların aparılması məsələsini müzakirə etməyi planlaşdırdığını açıqlayıb. Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, səfir bu barədə Facebook istifadəçilərinin suallarına cavab verərkən bildirib.

 “Prezident İlham Əliyev Azərbaycanın gələcəyi naminə şəffaflığı artırmağın, korrupsiyaya qarşı mübarizənin vacibliyini dəfələrlə qeyd edib. Bu isə davamlı islahatların aparılmasını tələb edir. Ümid edirəm ki, yeni təyin olunmuş üzvlərlə (Prezident Administrasiyası və hökumət – İF) görüşmək və onlarla islahatlarla bağlı müzakirələr aparmaq fürsətim olacaq”, - deyə o, bildirib.

Səfir ölkə rəhbərliyinə yeni təyin olunan şəxslərin ABŞ-da təhsil alması faktı ilə bağlı da məmnunluğunu bildirib. “Fikrimcə, bu, Azərbaycanın xeyrinə olacaq”, - deyə o əlavə edib.

Ö.Litzenberqer “Chevron” və “ExxonMobil” şirkətlərinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri layihələrindən çıxmasını da şərh edib.

 “Bunu Vaşinqtonun Azərbaycana marağının azalması kimi görmürəm. 25 ildən çox davam edən enerji əməkdaşlığı iki ölkənin əlaqələrində mühüm yer tutur. Şirkətlərə gəlincə, onlar öz mənafeyinə uyğun olaraq hansı bazarda iştirak edəcəklərini müəyyənləşdirməkdə sərbəstdirlər”, - deyə o qeyd edib.

Səfir əlavə edib ki, ABŞ Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyib və bu layihə Avropanın enerji təhlükəsizliyinə zəmanətdir.

Son xəbərlər