Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanda ictimai rəyə hakim kəsilmiş formul – “Xarici investisiyalar, regional layihələr, Qarabağ problemi həll edilmədən nicatımız yoxdur”

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının Ermənistanın sosial-iqtisadi çöküşünü daha sürətli hala gətirməsi birmənalı həqiqətdir və proseslərin bu səpkidə inkişafı artıq erməni cəmiyyətində də ciddi narazılıq yaradır. Burada indi çoxları açıq şəkildə bəyan edir ki, baş nazir Nikol Paşinyanın populizm üzərində qurulan siyasəti Ermənistanı üzləşdiyi problemlərdən xilas edə bilmir.

“Vernatun” ictimai-siyasi klubunun təsisçisi Vazgen Manukyan bildirir ki, artıq Qarabağ münaqişəsinin hansı formada həllini tapacağı erməni cəmiyyətini maraqlandırmır: “Ermənistan cəmiyyəti üçün əsas olan budur ki, Qarabağ məsələsi hansısa yolla həll edilirsə edilsin, onlar da rahat yaşasın. Cəmiyyətə bu mövqe möhkəmlənir”.  Ermənistanın “politik.am” saytı da yazır ki, münaqişənin hansı formada həllinin sadə ermənilər üçün artıq bir əhəmiyyəti yoxdur. Əslində isə Ermənistan üçün yeganə alternativ Qarabağ problemini həll edərək, Türkiyə və Azərbaycanla sərhədi açmaqdır. Sayt Gürcüstan və İranda olan nümayişlər fonunda bu məsələnin Ermənistan üçün önəmli hala gəldiyini bildirib: “Bu sadə olmayan hadisələr Ermənistan üçün güclü zərbə ola bilər. Belə ki, Ermənistan üçün xarici dünya ilə quru əlaqəsi bu iki dövlətlə həyata keçirilir və bu ölkələrdəki daxili qeyri-stabillik bu əlaqəni kəsəcək. Bu situasiyada İrəvan müşahidədən artıq heç nə edə bilməz. Lakin Qarabağ münaqişəsinin həlli halında vəziyyət tam dəyişə, Azərbaycan və Türkiyə ilə əlaqələr yarana bilər” . Sayt Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasının da bu prosesə müsbət təsir edə biləcəyini vurğulayır. Ümumiyyətlə, bir sıra erməni ekspertləri və bəzi media orqanlarının yazdıqlarından bəlli olur ki, Ermənistanda konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçəivəsində həllini tapması artıq onlar üçün hansısa əhəmiyyət kəsb etmir. Əsas məsələ sosial-iqtisadi problemlərin çözümünü tapmasıdır.
Erməni şərhçi Romella Mnasakanyan real vəziyyətin bunu diqtə etdyini etiraf edir.
Onun sözlərinə görə, ölkədəki vəziyyətə qərəzsiz baxmaq lazımdır və belə baxanda hər şey reallığı ilə görünür: “Beynəlxalq ekspertlər 2020-ci ildə qlobal maliyyə böhranının olacağından danışırlar. Söhbət 2008-ci ildəki böhranın təkrarlanmasından gedir. Bu, Ermənistana da təsir edəcək. Ermənistanda inqilabdan sonra yeganə dəyişən şey Rusiya ilə münasibətlərin pozulmasıdır. Hərçənd, iqtisadi inqilab sözü verilmişdi. Əvəzində işsizlik, yoxsulluq və miqrasiya problemi artan xətt üzrə davam edir. Beynəlxalq investorlar bütün bu vəziyyəti yaxşı bilirlər”.  Erməni şərhçi qeyd edir ki, gözlənilən qlobal böhrandan çıxış yolu borc almaqdır: “Ermənistanın borca ehtiyacı var, baş nazir isə ancaq cəfəngiyyat danışır. Ölkədə hamı bilir ki, Paşinyan populistdir, buna görə onun dediklərinə fikir vermək lazım deyil. Zamanı çatanda borc verənlər real vəziyyətə baxacaqlar. Real vəziyyət isə deyilənlərin tam əksinədir. Hakimiyyətdən soruşmaq lazımdır: miqrasiya, işsizlik, yoxsulluq nə zaman bitəcək və ölkədə vətəndaşların şəxsi həyatında hiss olunacaq iqtisadi inkişaf nə zaman olacaq?!. Belə görünür ki, Qarabağ məsələsi həll olunmayana qədər Ermənistan bu problemlərin məngənəsində sıxılmaqda davam edəcək. Çünki bu münaqişə Ermənistanı bütün regional layihələrdən kənarda qoyub. Ölkədən insanlar bu səbəbdən çıxıb gedir”.
Xatırladaq ki, həqiqətən də işğalçı ölkədən insanların ölkədən qaçışı davam edir.
Erməni şərhçi Tevos Arşakyan yazır ki, ölkədə yeni iş yerləri yaradılmadı və işsizliyin dərəcəsi getdikcə böyüyür, buna görə də işsizlər vətəni tərk etməyə, yaşamaq üçün başqa ölkələrə getməyə davam edirlər: “Statistika Komitəsinin məlumatlı olduqca kədərlidir. Lakin baş nazir Nikol Paşinyan bu günlərdə Parisdə UNESCO-nun qərargahında keçirilən 40-cı sessiyada “Gənclərin çoxtərəfli siyasətdə perspektivləri” mövzusunda çıxış edir. Yəqin ki, köməkçiləri bu çıxışın üzərində çox da baş sındırmayıblar, çünki Ermənistanda gənclərin heç bir perspektivi yoxdur. Statistika Komitəsinin son hesabatı buna rəsmi nümunədir. Axı ölkədən adətən kimlər gedir? İlk növbədə gənclər, çünki ölkədə ləyaqətli həyat qura bilmirlər. Hakimiyyət danışır ki, ötən il, yaxud ondan əvvəlki illərlə müqayisədə Ermənistanda iqtisadi göstəricilər artır, yeni iş yerləri yaranır. Reallıqda isə tamamilə başqa mənzərə görürük. Əlbəttə 92-93-cü illərin soyuq qışına dözən insanlar bu gün ölkəni tərk etmirlər, çünki onlar vərdiş ediblər. Amma razılaşın ki, gənclər kardinal şəkildə dəyişiblər, onlar soyuq qışda istilik olmadan keçinməyiblər və perspektiv görməyəndə özlərinə başqa ölkələrdə alternativlər axtarırlar. Onlar istəyir ki, yaxşı işləri olsun, hüquqları qorunsun, keyfiyyətli təhsil, yaxşı tibbi xidmət alsınlar. Bütün bunlar hazırda Ermənistanda mümkündürmü? Əfsus ki, xeyr”. Arşakyan inqilabdan sonrakı il yarım ərzində Paşinyanın heç bir problemi həll edə bilmədiyinə diqqət çəkib: “Hakimiyyət çoxsaylı vədlər versə də, əhalinin sosial təminatsızlığı problemini həll edə bilmədi. Rəqəmlərlə sübut etmək lazımdırsa, son bir ildə ölkəni 11,7 min insanın tərk etməsinə nəzər yetirin.
Maraqlıdır ki, Nikol Paşinyan yaxın günlərdə elan etdi ki, 2019-cu ilin ikinci rübündə ölkədə işsizlərin sayı 29200 nəfər azalıb, nəticədə 207200 nəfər olub. Amma buna sevinmək gülüncdür. Çünki işsizlərin sayı yeni iş yerlərinin yaradılmasına görə yox, ölkədən gedənlərə görə azalıb. Beləliklə, rəsmi statistikada göstərilən 11,7 min insanı 29200 insana əlavə etsək, son bir ildə beyin axınını tam təsəvvür edə bilərik. Bəs bunlar nə vaxt dayanacaq? O vaxt ki, Ermənistana həqiqətən xarici sərmayələr gəlsin, ölkə regional layihələrə qoşula bilsin. Bunlar isə Qarabağ münaqişəsi həll edilmədən mümkün görünmür. Ona görə baş nazir, yaxşı olar ki, bu məsələnin həllinin tezləşməsi barədə düşünsün. Daha problemin həllini dalana dirəyəcək açıqlamalar verməsin. Sadə ermənilər üçün məsələnin hansı formada həllinin əhəmiyyəi yoxdur. Onlar sadəcə, layiqli həyat yaşamaq istəyirlər”.
Ermənistan cəmiyyətindəki acınacaqlı vəziyyət orduda da hökm sürür. Rusiyanın "Yeni müdafiə sifarişi: strategiyalar" jurnalının baş redaktoru, "Jane’s Intelligence" müdafiə və təhlükəsizlik məsələləri üzrə analitik mərkəzin hərbi şərhçisi Leonid Nersisyan bildirir ki, ordunun indiki halına yaxşı bələd olan ermənilər üçün Qqarabağda yeni savaş ən böyük təhdid mənbəyi kimi çıxış edir. Onun sözlərinə görə, Azərbaycan ötən dövr ərzində ordusunu əhəmiiyyətli dərəcədə inkişaf etdirsə də, Ermənistanda bunun əksi qeyd alınıb. Ekspert Azərbaycanın çoxsaylı təlimlərinin də bunun əyani təsdiqi olduğunu vurğulayır. Xatırladaq ki, noyabrın 12-dən 15-dək Azərbaycanda növbəti geniş miqyaslı təlimlər keçirilib. Bu, cari il ərzində Azərbaycanda keçirilmiş 5-ci böyük hərbi təlimdir. Nersisyan qeyd edir ki, söhbət kifayət qədər böyük operativ təlimlərdən gedir, həm aviasiya, həm də quru qoşunları bu təlimlərə cəlb olunub: "Lakin məlumatlar olduqca kasaddır, təlimlərdə iştirak edən qoşunların dəqiq sayı hələ açıqlanmayıb. Lakin hər halda hər zaman ayıq-sayıq olmaq və bu kimi bütün hərbi təlimləri bütün mümkün vasitələrlə izləmək lazımdır". Nersisyan bunu hərbi ssenarinin baş tutumasının artıq istisna olmaması ilə izah edib: "Hər halda, hərbi ssenarini istina etmək olmaz, çünki Azərbaycan bu və ya digər şəkildə silah almağa davam edir, hərbi büdcəsini getdikcə artırır, böyük orduya malikdir, özünün revanş hisslərini də gizlətmir. Beləliklə, tezliklə yeni müharibənin başlayacağını demək düzgün olmazdı, lakin digər tərəfdən, hər şey çox sürətlə, cəmi bir-iki ay içərisində dəyişə bilər. Buna görə də, Ermənistan Silahlı Qüvvələri hər zaman tam döyüş hazırlığı vəziyyətində olmalıdır. Amma təəssüf ki, vəziyyət tamam fərqlidir. Orduda ciddi problemlər hökm sürür və Paşinyan iqtidarı onları həll edə bilmədi. Gələn ilin hərbi büdcəsi də ordunun problemlərinin artmaqda davam edəcəyini göstərir". Onun sözlərinə görə, Azərbaycanın hərbi büdcə artımı həqiqətən də kifayət qədər böyükdür: "Bakının ayırdığı hərbi büdcə gələn il 3 milyard dollara yaxın olacaq. Əlbəttə, 2015-ci ilə qədər gördüyümüz rəqəmlərdən uzaqdır: həmin illərdə Azərbaycanın hərbi xərcləri 3,7 milyard dollara qədər çatırdı. Hesab etmirəm ki, möcüzə ilə hər şeyi dəyişə bilən bir silah növü var. Azərbaycan Silahlı Qüvvələri kifayət qədər mütənasib inkişaf edib, çünki aviasiya istisna olmaqla demək olar ki, bütün qoşun növləri müasir silahla silahlanıb, üstəlik kifayət qədər böyük sayda silahanmaya malikdir. Ermənistanda vəziyyət fərqlidir və buna görə mümkün savaşınnəticələrinin necə olacağını təsəvvür etmək çətin deyil. Bu səbəbdən sad əermənilər yeni itkilərdənsə, danışıqlar yolu ilə Qarabağ məsələsinin çözümünü tələb edirlər. Bu zaman Qarabağın kimin nəzarətində olacağı daha onları əvvəlki kimi dərindən maraqlandırmır". Bütün bunlar, əslində Qarabağ məsələsində erməni cəmiyyətində reallıq hissinin tədricən üstün gəlməkdə olduğunu göstərir. Sadəcə, indi əsas məsələ ölkə hakimiyyətinin də adekvat reaksiya sərgiləyib Azərbaycanın ərazi bütövlüyünün pozulmasına son verməsidir. Çünki bunsuz Ermənistanın hansısa inkişafı mümkün deyil. Belə vəziyyətdən isə artıq ermənilərin özlərinin də narazılığının artıdığı aydın müşahidə olunmaqdadır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ