Cümə axşamı günü, 05 noyabr 2026
     

Noyabrın 30-da Avropanın qaz təchizatında yeni “Azərbaycan dövrü” başlanacaq…

Image


Hesablamalar göstərir ki. cari ilin ilk on ayında təbii qaz ölkənin ümumi ixracının 11,19 faizini təşkil edib. Ötən il isə bu göstərici  7,57 faiz olmuşdu. Cari ilin sonuna qədər təbii qaz payının ölkənin ümumi ixracında 12 faizi keçməsi, gələn il ərzində isə bu göstəricinin daha böyük rəqəmlə ifadə olunması gözlənilir. Çünki məhz gələn ildən etibarən Azərbaycan qazının Avropaya çıxışı başlanır. Bu hal ölkənin Avropa enerji bazarında mövqeyini gücləndirməklə yanaşı, Azərbaycanın təbii qaz satışından böyük miqdarda gəlir əldə etməsi də deməkdir.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində işlər böyük intensivliklə davam edir. Bu fonda o da bəllidir ki, TANAP boru kəmərinin ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək. Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşdırılan layihələr Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. TANAP da bu layihələrdən biridir. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə, planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. Bu il boru kəməri ilə qardaş ölkəyə 1,8 milyard kubmetrədək qaz nəql olunub. Türkiyə bu vaxtadək TANAP-la 3 milyard kubmetrdən çox Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Türkiyənin “Sabah” qəzeti yazır ki, TANAP boru kəmərinin ikinci fazasının açılışında prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Burada onlar “Şahdəniz” qazının alıcıları olan Avropa ölkələrinə “Biz Avropaya qaz verməyə hazırıq” mesajını verəcəklər. Qəzet yazır ki, 2020-ci ildən sonra isə Türkiyə TANAP-dan ildə stabil olaraq 6 milyard kubmetr qaz alacaq. Kəmərlə nəql olunacaq qazın qalan 10 milyard kubmetri isə TAP kəməri ilə Avropaya ötürüləcək. TAP kəmərinin inşası da artıq  başa çatmaq üzrədir və Azərbaycan qazı 2020-ci ildən etibarən Avropa bazarına daxil olacaq.

“Sabah” yazır ki, TANAP-ın, ardınca TAP-ın  istifadəyə verilməsi ilə  Avropa bazarında “Qazprom”a rəqib yaranır və bu da Rusiya qaz nəhənginin bazarına təsir göstərəcək. Rusiya ekspert çevrələrində Azərbaycan qazının Avropa bazarına daxil olmasının “Qazprom”un biznesinə təsirinə dair fərqli mövqelər var. Bir çoxlarına görə, ildə 10 milyard kubmetr Azərbaycan qazının Avropaya daxil olması “Qazprom”un bazarına ciddi təsir göstərməyəcək, çünki həcm azdır. Lakin Azərbaycan qazının gələcəkdə Avropaya ixracının artması da gözlənilən sayılır. Digər tərəfdən, Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqli də gözlənilir. Rusiyalı iqtisadçı ekspert Stanislav Pritçin də xatırladır ki, Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutan "Transxəzər" boru kəməri layihəsinə bütün iştirakçılar böyük maraq göstərir. Onun sözlərinə görə, bu layihənin reallaşdırılmasında ilk növbədə Türkmənistan və Avropa maraqlıdır: "Bu layihə böyük siyasi əhəmiyyət kəsb edir, xüsusilə də Azərbaycanın iştirakı onun regionda və dünyada əhəmiyyətini artırır. Azərbaycan bu layihədə balanslaşdırılmış mövqe nümayiş etdirir və gizlətmir ki, tranzit ölkə qismində çıxış edə bilər. Bununla da Azərbaycan layihəyə qoşulmağa və dəstəkləməyə hazır olduğunu göstərir". Ekspert xatırladıb ki, ötən il Xəzərdə transsərhəd layihələri barədə protokol qəbul edilib və bu sənəd bu cür layihələrin reallaşdırılması məsələsini tənzimləyir: "Bu layihə çərçivəsində ilk növbədə fikirləşmək lazımdır ki, sponsorlar kimdir, çünki bu, ucuz layihə deyil. O cümlədən, türkmən qazının Avropa bazarlarına tədarükünün iqtisadi tərəfləri yaxşı işlənməlidir". Onun fikrincə, Azərbaycanın bu layihəyə qoşulması ölkənin tranzit ölkə qismində regionda və dünyada imicinə müsbət təsir göstərəcək.

Ekspert qeyd edir ki, Azərbaycan yaxın gələcəkdə "Cənub Qaz dəhlizi" ilə “mavi yanacağ”ın əsas təchizatçısı olacaq və burada Rusiya layihələrinə hər hansı rəqabətdən söhbət getmir. Amma məsələ burasındadır ki, Avropa İttifaqının Rusiya ilə qaz məsəəlsində yeni problemləri üzə çıxır. Belə ki, Rusiyanın “Qazprom” dövlət konserninin törəmə müəssisəsi olan “Nordstrim-2” Avropanın ən iri enerji layihələrindən birinin icrasını, yəni “Şimal axını-2” qaz magistralının tikintisini başa çatdırır. Bununla əlaqədar olaraq, Rusiyanın energetika nəhənginin Avropa İttifaqı ərazisində fəaliyyətinin hüququ baxımdan rəsmiləşdirilməsi məsələsi Avropa siyasətinin gündəminə qayıdır. Məsələ burasındadır ki, “Aİ-nin üçüncü enerji paketi”nə müvafiq olaraq, Aİ ərazisində qaz kəmərləri qaz hasilatçılarına və satıcılarına məxsus olmamalıdır. Brüsselin qaydalarına görə, boruların sahibləri müstəqil şirkətlər olmalıdır. Onların Avropanın qazla təchizində iştirakı bazarın bir əldə cəmləşməsinin qarşısını almalı və müəyyən mənada bazarı liberallaşdırmalıdır.

Avropa Komissiyası bu ilin əvvəlində bazarın demonopolizasiyanı üçüncü ölkələrdən dəniz yolu ilə Avropa İttifaqı ərazisinə çəkilən qaz kəmərlərinə də şamil etmək barədə qərar qəbul edib. Qəbul edilmiş direktiv məxsusi olaraq Avropanın “Şimal aıxını-2”dən asılılığının qarşısının alınmasına yönəldilib. İndilikdə isə  “Qazprom” özü “Şimal axını-2”ni idarə etmək istəyir. Buna isə Avropa razılıq vermir və bu səbəbdən rus qazının Avropaya çatması yenidən ciddi sual altına düşüb. Məhz bu şəraitdə Azərbaycan qazına Avropada maraq artır. Özü də o fonda ki, Avropa Azərbaycan üzərindən türkmən qazını da almaq istəyir. Avropanın bu istəkləri reallaşsa və rus qazı ilə bağlı problem davam etsə, Azərbaycan bu qitənin enerji bazarında daha güclü oyunçu statusu əldə edəcək.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ