Cümə axşamı günü, 05 noyabr 2026
     

Gürcüstanda və Azərbaycanda etirazçılara polisin münasibətinə Qərbdən aşkar fərqli yanaşma – Bakıda 19 oktyabrda və 2 noyabrda “qaz bombası” atılsaydı...

Image


Məlum olduğu kimi, neçə gündür qonşu Gürcüstanda vəziyyət gərginləşib. Belə ki, ölkənin paytaxtı Tiflisdə, Batumidə mitinqlər, etiraz aksiyaları keçirilməkdədir.

Qeyd edək ki, bir müddət bundan əvvəl Gürcüstan hökuməti, o cümlədən, hakim “Gürcü arzusu” partiyası xalqa proporsional seçki sisteminə keçidlə bağlı vədlər verib. Bu vədlər xalqda, eyni zamanda, müxalifətdə ümidlər doğurub və yüksək qiymətləndirilib. Lakin bu günlərdə partiyadan olan bir qrup deputat bu qanuna səs vermədi və layihə rədd edildi. Nəticədə müxalifətçilər ciddi etirazlara başladılar. Proporsional sistemə keçid 2019-cu ilin iyununda Tiflisin mərkəzində baş tutmuş etirazların iştirakçılarının əsas tələblərindən olub. Yay aylarında 3 aya yaxın mitinqlər davam etdi. Müxalifətin bir tələbi var idi, o dövrün daxili işlər naziri Qaxariyanın vəzifədən getməsini tələb edirdi. Sonda Qaxariya Baş nazir oldu. Bununla da siyasi böhran yeni bir forma almış oldu.

Gürcüstan hakimiyyəti isə növbədənkənar parlament seçkilərinin keçirilməsini düşünmür. Bu səbəbdən Tiflisdə xüsusi təyinatlılar Gürcüstan parlamentinin ətrafını etirazçılardan təmizləyib. Etirazlar dağıdılarkan onlara qarşı güc tətbiq edilib və bu özünü açıq formada göstərib. Etirazçılara qarşı su şırnaqlarından, digər vasitələrdən istifadə olunub. Xüsusi təyinatlılar mitinq iştirakçılarının çadırlarını belə ərazidən yığmağa müvəffəq olublar. Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, hökumətin etirazçılara güc tətbiq etməsinə baxmayaraq, Qərbin buna münasibəti çox yumşaq olub. İstər ABŞ, istərsə də Avropa qurumları etirazların zor gücü ilə dağıdılmasına yumşaq tərzdə yanaşıblar. Ancaq bundan fərqli olaraq, 19 oktyabrda Azərbaycanda radikal müxalifətin keçirmək istədiyi qanunsuz aksiyaların qarşısının alınmasına çox sərt münasibət sərgiləndi. Hansı ki, aksiya keçirmək istəyənlər açıq-aşkar polisi provokasiyaya çəkirdilər. Onların bu təxribatlarından sonra qanuna uyğun olaraq müvafiq addımlar atıldı. Ancaq Qərb buna elə sərt münasibət sərgilədi ki, sanki etirazçılar linç edilib.

O baxımdan, Qərbin bu ikili yanaşmasını ekspertlər necə dəyərləndirirlər?

  • “Ona görə də Gürcüstanda keçirilən aksiyalara yumşaq yanaşırlar, Azərbaycana gəldikdə isə məsələlər şişirdilir”

Məsələyə münasibət bildirən ekspert Azər Həsrətin sözlərinə görə, Qərbin etiraz aksiyalarının dağıdılmasına bu cür ikili münasibət sərgiləməsi Azərbaycanla bağlı qərəzin olmağının göstəricisidir: “Məsələ ondadır ki, Gürcüstan ABŞ-la çox yaxın münasibətdədir. Azərbaycan isə müstəqil dövlətdir və heç kəsin çaldığına oynamır. Gürcüstan, daha dəqiq desək, ABŞ-ın arxasınca sürünür. Rusiya ilə bütün körpüləri yandıraraq Birləşmiş Ştatların, bir növ, forpostuna çevriləcək qədər irəli gedib. Ona görə də ABŞ və Avropa İttifaqı aksiyaların zorla dağıdılmasını görməzdən gəldi. Baş verən hadisələrə yumşaq münasibət sərgilədilər. Ancaq Azərbaycan müstəqil siyasət yeritdiyinə görə adi bir məsələni şişirdirlər və bunun ətrafında şou yaradırlar. Ancaq Gürcüstanda nə baş versə belə, Qərb ona demokratiya donu geyindirir. Mitinqlərə münasibətdə bir daha bunu gördük. Azərbaycanda icazəsiz aksiyalar keçirilməzdən əvvəl Qərb təşkilatları dilə-dişə düşmüşdülər, canfəşanlıq edirdilər. Açıqlamalar verib müxtəlif çağırışlar edirdilər. Sanki onlar özləri gəlib burada aksiya keçirməyə hazırlaşırdılar. Halbuki, heç nə baş verməmişdi. Sonradan da piket, mitinq cəhdi olarkən həmin təşkilatlar hazır bəyanatlarını dərhal ictimailəşdirdilər. Yəni aksiya cəhdinin başa çatmasını belə gözləmədən açıqlamalar verməyə başladılar. Bütün bunlar, təbii ki, ikili standartın bariz nümunələrindən biridir. Ona görə də Gürcüstanda keçirilən aksiyalara yumşaq yanaşırlar, Azərbaycana gəldikdə isə məsələlər şişirdilir. Nəticədə qərəzli olaraq sərt mövqe ortaya qoyurlar. Bütün bu qərəzli yanaşmalar Azərbaycan dövlətinin müstəqil siyasət yeritməsindən imtina etməsinə gətirib çıxarmayacaq”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ