Cümə axşamı günü, 05 noyabr 2026
     

100-150 il əvvəl ölkədən getmiş məşhur azərbaycanlıların övladları yenidən Azərbaycana qayıdır

Image


Azərbaycanı ürəkdən sevən, onu müstəqil bir dövlət kimi görmək istəyən bir sıra böyük şəxsiyyətlərimiz, dövlət, mədəniyyət xadimlərimiz, milyonçularımız var ki, onların və övladlarının taleyi mühacirətə yazılıb. Vaxtilə mühacirət etdikləri ölkələrdə həmin şəxsiyyətlərin davamçıları yaşayırlar. Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizin görkəmli şəxsiyyətlərinin davamçıları ilə əlaqələr qurulmağa başladı.

Dövlətimiz 100-150 il bundan əvvəl müəyyən səbəblərdən ölkəmizdən gedən görkəmli azərbaycanlıların ailəsi, nəvə-nəticələri ilə əlaqələr yaradır, onları ölkəmizə dəvət edir. İndiyə qədər bir sıra görkəmli şəxsiyyətlərin xaricdə yaşayan övladları, nəvə və nəticələrinin ölkəmizə gəlməsi təmin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri - Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Bakıya gəldilər. Hacıbəylinin varisləri Bakıya Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində gəlmişdilər. C.Hacıbəylinin varislərindən sonra isə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod Bakıya gəldi. Məşhur milyonçunun ikinci oğlu Sadıxın nəvəsi olan A.Klod ilk dəfədir Azərbaycana səfər etmişdi.

Bu günlərdə isə görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəliblər. Fəxri Xiyabanda babaları C.Məmmədquluzadənin və nənələri Həmidə Cavanşirinin məzarını ziyarət edən varislər C.Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılışında iştirak ediblər.

Ekspertlər qeyd edirlər ki, dahi şəxsiyyətlərin şəcərəsinin nümayəndələrinin Azərbaycana gəlməsi, doğma vətəni görməsi olduqca müsbət hal olmaqla yanaşı, həm də bir mənəvi məsələdir.

Azərbaycan dövləti görkəmli şəxsiyyətlərin şəcərə nümayəndələrini vətənə dəvət etməklə milli-mənəvi dəyərlər sistemində yeni müsbət ənənənin meydana gəlməsinə şərait yaradır. Ekspertlər hesab edirlər ki, bu addım azərbaycançılıq məfkurəsinin, ideologiyasının təbliği baxımından da çox əhəmiyyətlidir.

“...bu insanlar Azərbaycanın çox gözəl təbliğatçısı ola bilərlər”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə bildirdi ki, əsası son illər qoyulan bu ənənənin böyük mənəvi, tarixi əhəmiyyəti var. “Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusən də son dövrlər mühacirətdə yaşamış, burada ölkəmiz üçün faydalı işlər görmüş görkəmli şəxsiyyətlərin nəvə-nəticələrinin Azərbaycanla əlaqələrinin qurulması çox müsbət haldır. Əvvəla ona görə ki, biz onlar vasitəsilə də xaricdəki diaspor qurumlarımızın fəaliyyətini genişləndirə və gücləndirə bilərik. Müxtəlif xarici ölkələrdə yaşayan bu insanlar Azərbaycanın çox gözəl təbliğatçısı ola bilərlər. Azərbaycan dövləti görkəmli  şəxsiyyətlərimizin davamçılarının ölkəmizə gəlməsi, vətənimizi daha yaxından tanıması üçün böyük şərait yaradır. Onlar bura gələrkən həm babalarının mənəvi irsi ilə yaxından tanış olur, onun vasitəsilə də, bütövlükdə, Azərbaycanı daha yaxından tanıyır, mədəniyyəti, ədəbiyyatı, mənəvi dəyərlərini öyrənirlər. Böyük şəxsiyyətlərin xaricdə yaşayan nəvə-nəticələrinin axtarılıb tapılması, onlarla əlaqələr qurulması, vətənə dəvət edilməsi ənənəsinin formalaşdırılması çox müsbət göstəricidir”.

B.Xəlilov hesab edir ki, mühacirətdə yaşayan digər görkəmli şəxsiyyətlərin də nəvə-nəticələrinin axtarışına başlanmalı və onlarla da əlaqələr yaradılmalıdır. “Bilirsiniz ki, bizim digər böyük şəxsiyyətlərimiz də var ki, onların da nəvə-nəticələri axtarılmalı, ölkəmizə dəvət edilməlidir. Mən çox məmnun oldum ki, böyük ədibimiz Cəlil Məmmədquluzadənin şəcərəsinin davamçıları  Azərbaycana gəlib. Cəlil Məmmədquluzadənin nəticəsi dedi ki, mən indiyə qədər bilmirdim, babamı Azərbaycanda bu cür tanıyır və sevirlər, onun belə zəngin mənəvi irsi var, bu mənəvi irsi gördüm, qürur hissi duydum. Cəlil Məmmədquluzadənin də, digər dahi şəxsiyyətlərin də nəvə-nəticələri Azərbaycandan uzaqda yaşayırlar, onları və başqalarını da Azərbaycana bağlamaq lazımdır. Bilirsiniz ki, onlarla əlaqə qurmağa uzun illər Sovet imperiyası imkan verməyib, onlar bizdən uzaq salınıb, qohumları ilə əlaqələri kəsilib. Bu gün Azərbaycanın müstəqilliyi bizə şans verib ki, onlarla əlaqələr yaradaq”.

B.Xəlilov qeyd etdi ki, C.Məmmədquluzadənin şəcərə davamçılarını Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib. Müsahibimiz bildirdi ki, vaxtilə o, C.Məmmədquluzadənin nəticəsinin xaricdə yaşadığını deyirdi. “İsa müəllimin bu addımı alqışalayiqdir. Sevindirici haldır ki, görkəmli şəxsiyyətlərin irsini öyrənən alimlər həm də onların şəcərəsini axtarıb tapır və onları Azərbaycana gətirirlər. Görkəmli şəxsiyyətlərimizin xaricdə yaşayan nəvə-nəticələrinin ölkəmizə dəvət edilməsi azərbaycançılıq ideologiyasının bərqərar olunmasında mühüm rol oynayır və bunu uğurlu dövlət siyasəti hesab edirəm, bu siyasəti alqışlayıram” - deyə B.Xəlilov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ