Şənbə günü, 12 iyul 2025
     

Azərbaycanın hərbi məktəblərində təhsil alan əcnəbilərin sayı artır

Image

Vaxtilə azərbaycanlı gənclər ali hərbi təhsil almaq üçün ölkəmizdən kənarlara üz tuturdularsa, bu gün hərbi təhsil üçün Azərbaycanı seçənlərin sayı get-gedə artır. Son illər Azərbaycanda hərbi təhsil sistemində baş verən böyük inkişaf xariciləri bura cəlb edir. 

1939-cu ildə əsası qoyulan Azərbaycan Ali Hərbi Məktəbində yaradılan infrastruktur təhsil prosesinin müasir standartlara uyğun şəraitdə təşkilinə imkan yaradıb. Müdafiə Nazirliyindən mətbuata verilən məlumata görə, hazırda ali təhsil ocağının 4 fakültəsinin 21 kafedrasında 23 hərbi ixtisas üzrə zabitlər hazırlanır.

Təhsil ocağının daxilində hazırda 10-dan çox müxtəlif ixtisaslı məktəbin fəaliyyəti cəmləşdirilib. Təhsil müəssisəsində yaradılan müasir tədris şəraiti ali məktəbdə yerli kursantlarla yanaşı, xarici dövlətlərdən olan kursantların da yüksək səviyyədə hərbi təhsil almasına əlverişli imkan yaradıb.

Son illər hərbi məktəb bir çox xarici dövlətin hərbi təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində ciddi addımlar atıb. Məhz bu əlaqələrin nəticəsidir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xarici dövlətlərdən, xüsusilə Qırğızıstan, Tacikistan və Əfqanıstandan olan kursantlar təhsil alırlar. Həmin ölkələrin kursantları yerli kursantlarla bərabər nəzəri və praktiki dərslərdə hərbi biliklər qazanırlar. O cümlədən, onlar simulyator zallarında atışların həyata keçirilməsi, artilleriya, aviasiya vasitələrinin və zirehli texnikanın, eyni zamanda, döyüş əməliyyatlarının idarə olunması kimi vərdişlərə yiyələnirlər.

Qeyd edilənə görə, Ali Hərbi Məktəbdə kursantların elektron və kompyuter siniflərində hərb elminin son nailiyyətləri ilə tanış olması, idman zallarında fiziki hazırlıqlarının artırılması və asudə vaxtlarının səmərəli təşkili üçün də lazımi şərait yaradılıb.

Artıq Qazaxıstan və Özbəkistan da öz kursantlarının Azərbaycan Ali Hərbi Məktəbində gələcəyin yüksək ixtisaslı zabitləri kimi yetişməsi üçün müraciət ediblər.

  • “Həmin xarici ölkələr öz hərbi kadrlarını Azərbaycanın ali məktəbində yetişdirmək istəyirlər”

Onu da bildirək ki, hərbi təhsil sahəsindəki əməkdaşlıq çərçivəsində bu gün, eyni zamanda, azərbaycanlı kursantlar da dünyanın bir çox dövlətinin nüfuzlu ali hərbi məktəblərində təhsil alırlar. Bu əməkdaşlıq prosesi isə yalnız bir məqsədə - peşəkar zabit kadrlarının hazırlanmasına xidmət edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ASQ-nin ehtiyatda olan polkovniki, tanınmış hərbi ekspert Şair Ramaldanov bizimlə söhbətində bildirdi ki, artıq Azərbaycan hərbi təhsil sahəsində və zabit hazırlığlı istiqamətində böyük uğurlar əldə edib. “Bilirsiniz ki, Azərbaycan çox ölkə ilə hərbi sahədə əməkdaşlıq edir və həmin əməkdaşlıq çərçivəsində də bizə hərbi ali təhsillə bağlı müraciət edən ölkələr var. Həmin xarici ölkələr öz hərbi kadrlarını Azərbaycanın ali məktəbində yetişdirmək istəyirlər. O ki, qaldı son zamanlar bu sahədə edilən müraciətlərə, artıq Pakistan və Əfqanıstan da Azərbaycana müraciət edib. Artıq Əfqanıstandan olan namizədlər gəliblər, Pakistandan olanlar isə gəlmək üzrədir. Bu iki dövlət də peşəkar zabit hazırlığını məhz Azərbaycanın Ali Hərbi Məktəbinə etibar ediblər, onlar bu ali məktəbə üstünlük veriblər. Azərbaycanın Ali Hərbi Məktəbində yüksək peşəkarlıq səviyyəsinə malik zabit kadrları yetişdirmək üçün böyük şərait, potensial var. Amma hərbi sahədə əməkdaşlıq əlaqələri olmasa, bunlar da baş verməz. Bu proses əməkdaşlıq çərçivəsində baş verir. Xarici ölkələrlə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində olan müqavilədə kadr hazırlığı ilə bağlı ayrıca bənd var. Buna əsasən də kadr hazırlığı həyata keçirilir”.

Ş.Ramaldanov qeyd etdi ki, bu gün Azərbaycan hərbçiləri beynəlxalq hərbi yarışlarda üstünlük əldə edir və finala yüksəlirlər. Bunun Azərbaycanın hərbi təhsilinin güclü olmasının nəticəsi olduğunu deyən Ş.Ramaldanov hesab edir ki, Azərbaycan artıq peşəkar hərbçi kadrlar yetişdirməyə qadir ölkə kimi tanınmağa başlayıb. “Bu sahədə kadr hazırlığı üçün Azərbaycanın geniş imkanları var və xarici ölkələrdən də müraciətlər getdikcə çoxalır, bizim Ali Hərbi Məktəbdə oxumaq istəyənlərin sayı çoxdur. Ona görə də bu gün Ali Hərbi Məktəbdə olan maddi-texniki baza, müasir tələblərə cavab verən şərait, döyüş təcrübəsi olan peşəkar müəllimlərin burada dərs keçməsi çox əhəmiyyətlidir. Azərbaycanda verilən hərbi təhsil digər ölkələr tərəfindən də izlənir, öyrənilir. Bilirsiniz ki, ölkəmizdə xarici dövlətlərin hərbi attaşelikləri var. Əlbəttə, onlar Azərbaycandakı hərbi təhsilin səviyyəsi ilə bağlı məlumatları toplayır və ölkəmizdə yüksək peşəkarlıq tələblərinə cavab verən hərbi kadr hazırlığı potensialının olduğu barədə öz ölkələrinə məlumat verirlər. Azərbaycan Silahlı Qüvvələri ən nüfuzlu beynəlxalq qurumların təqdim etdiyi statistikda dünyanın 50 ən güclü orduları sırasındadır. Ölkəmiz 50 ən güclü ordu sırasında yalnız hərbi texnikası, texniki təminatı, silah-sursatı ilə deyil, həm də o texnikanı idarə edən peşəkar heyətilə seçilir. Bu gün həmin o peşəkar hərbi heyəti Azərbaycan Ali Hərbi Məktəbinin özü hazırlayıb. Demək olar ki, burada bütün sahələr üzrə mütəxəssislər hazırlanır. Əlbəttə, bu gün Azərbaycanın inkişafı hərbi təhsil verən məktəblərin də inkişafı deməkdir, bu hamısı kompleks şəkildə imkan verir ki, yüksək ixtisaslı, peşəkar heyət hazırlansın. Bu baxımdan, xarici ölkələrin hərbi sahədə kadr hazırlığı ilə bağlı Azərbaycana müraciət etməsi təbii haldır, çünki yüksək peşəkarlıq səviyyəsinə malik kadrların hazırlanmasında ölkəmizin təcrübəsi var” - deyə Ş.Ramaldanov vurğuladı.

İradə SARIYEVA 



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910